Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Araneae
Hörümçəklər (lat. Araneae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Növ tərkibinə görə (21000-dən çox) son dərəcə zəngin dəstədir. Hörümçəklər geniş yayılmışdır. Hörümçəklərin tor vəzilərinə malik olmaları təkamüldə mühüm rol oynayır. Növün mövcud olmasında — onun qidalanmasında, çoxalmasında, yayılmasında və əlverişsiz mühitə dözümlülüyündə tor vəzilərinin əhəmiyyəti böyükdür. və onların çoxalması 31 vasitəsilə olur. == Xarici quruluşu == Hörümçəklər 0.8 mm-dən 11 sm-ə qədər ölçüdə olurlar. Baş-döş şöbə bütöv örtüyə malikdir. Ön hissədə 4 cüt gözlər yerləşir.
Zamanət İbrahimov
Zamanət Gülhəsən oğlu İbrahimov (11 may 1989; Salyan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zamanət İbrahimov 1989-cu il mayın 11-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 1997-2007-ci illərdə İ. Həsənov adına tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Zamanət İbrahimov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2009-2011-ci illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, 2011-2014-cü illərdə Göygöl rayonuda yerləşən "N" saylı hərbi hissədə, 2014-2017-ci illərdə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2017-ci ildən isə Naftalanda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun giziri olan Zamanət İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zamanət İbrahimov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamanət İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamanət İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamanət İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamanət İbrahimov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Hörümçəklər (Aranea)
== Quruluşu == Ölçüləri 0.8 mm - 11 sm intervalında dəyişən, çox geniş rəngarəng çalarlara, mürəkkəb naxışlara malik hörümçəklər yırtıcı canlılar olub, Yer kürəsinin hər yerində və müxtəlif şəraitlərdə - Afrika və Amerika səhralarında, Qrenlandiya buzlaqlarında, dəniz səviyyəsindən 7 min metrə qədər yüksəkliklərdə yaşayır. Hörümçəklərin bədəni baş-döşdən və qarıncıqdan ibarətdir.Baş-döşdə 6 cüt ətraf vardır. Öndə yerləşən 2 cüt ətraf – xeliser və pedipalplar qidanı tutmağa və xırdalamağa xidmət edir. Qalan 4 cüt baş-döş ətrafları gəzici ayaqlar rolün oynayır. Səfil hörümçəklər ovunu güdür, hoppanan hörümçəklər şikarın üzərinə öz ölçülərindən 75 - 80 dəfə böyük məsafədən hoppanır. Bu xüsusiyyət şikara qədər olan məsafənin çox dəqiq hesablanmasını tələb edir. Bu funksiyanı baş-döşün ön hissəsində yerləşən 6-8 ədəd göz təmin edir. Digər buğumayaqlılardan fərqli olaraq hörümçəklərin gözləri faset yox, linza tiplidir. İki orta (əsas) gözlər digərlərinə nisbətən iri olur. Yan gözlər hər hansı bir hərəkəti fiksə etmək üçündür.
Maranə (Soyuqbulaq)
Maranə (fars. مرانه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (56 ailə).
Qaranə (Urmiya)
Qaranə (fars. قارانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 421 nəfər yaşayır (79 ailə).
Gavdari-i Qaraney (Soyuqbulaq)
Gavdari-i Qaraney (fars. گاوداري قره ني‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (7 ailə).