Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kirill Karabits
Kirill İvanoviç Karabits (ukr. Карабиць Кирило Іванович, 26 dekabr 1976-cı ildə, Kiyev, Ukrayna SSR-də doğulub) — ukraynalı drijor. Onun atası məşhur drijor və bəstəkar İvan Karabitsdir. == Təhsili == Gənclik illərində piano, musiqişünaslıq və kompozisiya təhsili almış Karabits, on üç yaşından drijorluqla maraqlanır. Onun ilk müəllimi Tatyana Kozlova olur. Kiyevdə o, Lisenko Musiqi Məktəbi və P.İ.Çaykovski adına Milli Musiqi Akademiyasında təhsil alır. 1995-ci ildə o, Vyana Konservatoriyasında təhsil almağa başlayır və beş il sonra drijor diplomu alır. Eyni zamanda Ştuttqartdakı “Bachakademie”yə qəbul olan Kirill, burada Helmut Rillinq və Piter Gülkedən təhsil alır. “Berliner Singakademie”də elmi tədqiqatla məşğul olan Kirill, Karl Filipp Emanuel Bax tərəfindən 1784-cü ildə yazılmış və itirilmiş hesab edilən “İohannın ehtirasları” əsərinin əlyazmasını üzə çıxarır və köçürür. == Fəaliyyəti == Karabits, izləyicilər qarşısında ilk drijorluğunu 19 yaşında edir.