Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tateşina Oyuncaq Ayı Muzeyi
Tateşina Oyuncaq Ayı Muzeyi (蓼科テディベア美術館, Tateşina Teddi Bea Bicutsukan) – Yaponiyanın Naqano prefekturasının Tateşina qəsəbəsində, Şirakaba gölünün sahilində yerləşən muzey. Dünyada ən böyük oyuncaq ayı muzeyidir. == Tarixi == Muzey 1995-ci ildə Yaponiyanın ilk oyuncaq ayı muzeyi kimi açılmışdır. 2011-ci ildə muzeydə yenidənqurma işləri aparılmış və 30 iyul 2011-ci ildə yenidən açılmışdır. == Xüsusiyyətlər == Muzeydə 15 fərqli ölkədən və 18 fərqli mövzuda olan 11.000-dən çox oyuncaq ayı nümayiş etdirilir. Muzey sərgisi 18 kabinə bölünmüşdür. Muzeydə tez-tez oyuncaq ayı axtarma oyunları keçirilir. Muzeyin miniatür oyuncaq ayı kolleksiyası var. Bu kolleksiyaya daxil olan 0,8 millimetr ölçüsündəki oyuncaq ayı dünyanın ən kiçik oyuncaq ayısı kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. Muzeyin sahəsi 3,300 m2 təşkil edir və dünyadakı ən böyük oyuncaq ayı muzeyidir.