Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Casey Kasem
Kemal Amin "Casey" Kasem (27 aprel 1932, Detroyt, Miçiqan – 15 iyun 2014) — amerikalı aktyor və aparıcı. 27 aprel 1932-ci ildə doğulmuşdur. 15 iyun 2014-cü ildə vəfat etmişdir.
Laser
Dağrazyanası (lat. Laser) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Acanthopleura K.Koch Galbanum D.Don Polylophium Boiss.
Pasen
Pasen (fr. Passins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38297. Kommunanın 1999-cu il üçün əhalisi 696 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 210 ilə 377 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Rasək
Rasək — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sərbaz şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,931 nəfər və 1,102ailədən ibarət idi.
Vaşer
Vaşer (fr. Vachères, oks. Vachieras) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04227. 2008-ci ildə əhalinin sayı 305 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 178 nəfər arasında (15-64 yaş arasında) 128 nəfər iqtisadi fəal, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.9%, 1999-cu ildə bu 69.7%). Fəal olan 128 nəfərdən 116 nəfəri (61 nəfər və 55 qadın), 12 nəfəri işsizdir (4 kişi və 8 qadın).
Zaqes
Zaqes (gürc. ზაჰესი ზაჰესი, Zaqsi) — Gürcüstan, Tbilisi şəhərinin inzibati tabeliyindəki şəhər tipli qəsəbə. Qəsəbə Tbilisi bələdiyyəsinin (bölgəsinin) şimalında, Kür çayının sahilində yerləşir. 1967-ci ildən bəri şəhər tipli qəsəbənin statusuna malikdir. 2008-ci ilə qədər Mtsxeta-Mtianeti bölgəsinin Mtsxeta bələdiyyəsinin bir hissəsi idi. 2008-ci ildə Tiflis bölgəsinə daxil edildi. Mövcud statistikada qəsəbə Tbilisi şəhərinin daxilində hesaba alınır. Kənd Zemo-Avçal Su Elektrik Stansiyasında və ya ZASES-də (rusca ZAQES) yaradıldı.
Zarəç
Zarəç- -İranın Yəzd ostanının Yəzd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,979 nəfər və 2,447 ailədən ibarət idi.
Zazen
Zazen (hərfi mənada "oturmuş meditasiya "; yap. 座禅 ; simplified Chinese, tələffüz olunur [tswô ʈʂʰa ̌ n]) adətən Zen Buddist ənənəsinin əsas təcrübəsi olan meditativ praktikadır. Zazenin mənası və metodu məktəbdən məktəbə fərqli şəkildə qavranılır, lakin ümumilikdə onu varlığın təbiətini dərk etmək vasitəsi kimi qəbul etmək olar. Yapon Rinzai məktəbində zazen adətən koanların öyrənilməsi ilə əlaqələndirilir. Yaponiyanın Sōtō Məktəbi isə nadir hallarda koanları zazenə daxil edir, zehnin heç bir obyekti olmayan şikantaza kimi tanınan yanaşmaya üstünlük verir. Zazen Yapon Sōtō Zen Buddist təcrübəsinin ürəyi hesab olunur. Zazenin məqsədi sadəcə oturmaq, yəni bütün mühakimə düşüncələrini dayandırmaq və sözlərin, fikirlərin, şəkillərin və düşüncələrin onlara qarışmadan keçməsinə icazə verməkdir. Zen məbədlərində və monastırlarında praktikantlar ənənəvi olaraq zendo adlanan meditasiya zallarında qrup şəklində zazen otururlar. Kiminsə yerində oturmazdan əvvəl və zazen başa çatdıqdan və ayağa qalxdıqdan sonra Zenlə məşğul olmuş tələbə oturacağına və digər praktikantlara təzim edir. Zazen dövrünün başlanğıcı ənənəvi olaraq üç dəfə zəng çalmaqla ( şijoşo ), zazenin sonunda isə zəngi bir və ya iki dəfə (hozensho) çalmaqla elan edilir.
Zabel
İzabella (erm. Զապել; 25 yanvar 1216, 25 yanvar 1217, 1212 və ya 1213, Kozan – 23 yanvar 1252, Kozan, Kilikiya Erməni Çarlığı) — həmçinin İzabel və ya Zabel kimi də tanınır, 1219-cu ildən 1252-ci ildə ölümünə qədər Erməni Kilikiya Çarlığının kraliçası. O, Bağraslı Adəmin hökmdarlığı altında kraliça elan edildi. O, öldürüldükdən sonra Baberonlu Konstantin (Hetumilər sülaləsindən) qəyyum seçildi. Bu məqamda III Rubenin nəvəsi (Zabelin atası Kral I Levonun böyük qardaşı) Raymund-Ruben Kilikiya taxtını özü üçün iddia etməyə cəhd etdi, lakin o, məğlub oldu, əsir düşdü və edam edildi. Baberonlu Konstantin tezliklə Antakya şahzadəsi IV Boemund ilə ittifaq axtarmağa istədi və o, gənc şahzadə ilə IV Boemunun oğlu Filip arasında evlilik təşkil etdi. Filip isə ermənilərin həssaslığını toxundu, hətta kral sarayını qarət edərək kral tacını Antakyaya göndərdi; buna görə də o, Sis (indiki Türkiyənin Kozan şəhəri) həbsxanasına salındı, ehtimal ki, zəhərlənərək öldürüldü. Məyus olmuş gənc Zabel Barbaronun oğlu Hethum Konstantinlə evlənmək məcburiyyətində qaldı. Uzun illər onunla yaşamaqdan imtina etsə də, sonda o, bunu qəbul etdi. Kilikiyanın iki əsas sülalə qüvvələrinin (Rubenilər və Hetumilər) nikahında aşkar birləşməsi bir əsrlik sülalə və ərazi rəqabətinə son qoydu və Hetumiləri Kilikiya Ermənistanında siyasi hökmranlığın ön sırasına gətirdi.
ASDP
Azərbaycan Sosial Demokrat Partiyası — Azərbaycanda mövcud siyasi partiyalardan biri.
Aşer
Aşer (Tam adı: Usher Raymond; 14 oktyabr 1978, Dallas) — ABŞ-lı 8 Grammy mükafatçısı R&B musiqiçisi. Ən çox Grammy qazanan qaradərili musiqiçilərdən biridir. Bütün dünyada 65 milyon albomu satılmışdır. Billboard Hot 100-də 9 dəfə bir nömrə, 16 dəfə top 10-da qalib olmuş mahnıları var. Billboard Hot 100 tarixinin ən uğurlu 16-cı sənətçisi, 21-ci əsrin ən uğurlu 2-ci sənətçisi və 21-ci əsrin Billboard Hot 100 siyahısının ən uğurlu sənətçisi olmuşdur. 1994-cü ildə tanıtım albomu olan "Usher" ilə peşəkar karyerasına başlamışdır. Bu albomuyla çox yaxşı satış qrafiki əldə etməsə də diqqətləri özünə çəkən Aşer 1997-ci ildə orta məktəbdən məzun olduqdan sonra, ikinci albomu "My Way"i yayımlamışdır. Albom 10 milyon nüsxə satılaraq böyük uğur qazanmışdır. Rəqsi və səsi ilə bir anda maraq dairəsinə girən Azəer 2001-ci ildə "8701" adlı albomunu satışa çıxarmış və uğurlu satış göstəriciləri əldə etmişdir. 2004-cü ilin mart ayında "Confessions" albomu işıq üzü görmüşdür.
Asəf
Asəf — kişi adı. Asəf İsgəndərov — fizika-riyaziyyat elmləri doktoru, professor Asəf ibn Bərxiyə Asəf Zeynallı — Azərbaycan bəstəkarı. Asəf Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Basel 2
Bazel 2 İnkişaf etmiş dövlətlərin Mərkəzi Banklarının birlikdə təşkil etdikləri təşkilat olan Beynəlxalq Hesablaşmalar Bankı (BİS – "Bank for İnternational Settlements") 1974-cü ildə İsveçrənin Bazel şəhərində "Bazel Komitəsi"ni təsis etmişdir. Bu qurum 1988-ci ildə bankların iqtisadiyyatda baş verəcək böhranlara qarşı dayanıqlılığını təmin etmək üçün bankların məcmu kapitalının riskli aktivlərə nisbətinin 8%-dən az olmamasının vacib olduğunu elan etmiş və həmin il də "Bazel-I" Sazişi adı altında kapital adekvatlığı ilə bağlı beynəlxalq standartlar toplusu yayımlamışdır. Bu standartlar bankların əməl etmələri vacib olan kriteriyaları müəyyən edir. Sonrakı illərdə texnologiyanın da inkişafı ilə banklar fərqli risk mənbələrini daha effektiv şəkildə müəyyən edəbiləcək və bazarda risklərin həcminə görə İqtisadi Kapitalın Yayılması (Economic Capital Allocation) metodologoyasını istifadə edərək lazımi kapitalı ayırabiləcək səviyyəyə çatması və bazarda başverən böhranların nəticəsi olaraq, Bazel Komitəsi 1996-cı ildə yeni bir saziş üzərində işləməyə başladı. Yeni sazişin əsas məqsədi bank sektorundakı inkişafa uyğunlaşmaq və eyni zamanda, risklərə uyğun olaraq kapitalın yerləşdirilməsində banklar üçün əsas olan qanunları həyata keçirməkdən ibarətdir. İlk versiyası 1999-cu ildə tamamlanan "Bazel-II" sazişinin üçüncü (Basel 3rd Consultative Paper) versiyasının da 2003-cü ildə yayımlanması ilə yekunlaşma mərhələsinə çatmış və planlaşdırıldığı kimi 2007-ci ilin əvvəlindən etibarən icra edilməsinə başlanılmışdır. — Yeni Bazel Kapital Sazişi (Bazel 2), bankların kapital adekvatlığının ölçülməsi və qiymətləndirilməsi ilə bağlı Bazel Bank Nəzarəti Komitəsi (Basel Committee on Banking Supervision – BCBS) tərəfindən yayımlanan və yaxın zamanlarda bir çox dövlətlərdə tətbiq edilməsi gözlənilən standartlar toplusudur. — "Bazel 2" banklarda risklərin effektiv idarəedilməsini və bazar intizamını inkişaf etdirmək, kapital adekvatlılığının ölçülməsinin effektivliyini artırmaq və bunun əsasında sağlam bank sistemi qurmaq və maliyyə sabitliyinə yardım etmək üçün mühüm amildir. – "Bazel 2"-nin daxilində kapital öhdəliyinin necə hesablanacağı, məruz qalınan risklərin necə idarə olunacağı, kapital adekvatlığının necə qiymətləndiriləcəyi və ictimaiyyətə necə açıqlanacağı ilə bağlı göstərişlər mövcuddur. — "Bazel 2" prosesi əslində risklərin idarəedilməsi ilə bağlı son illərdə müşahidə olunan inkişafın bir davamıdır və inkişaf etmiş dövlətlərdə sektor standartı olaraq həyata keçirilən metodlar "Bazel 2" ilə birlikdə qanun formasını almışdır.
Josep Guardiola
Xosep Qvardiola (18 yanvar 1971[…]) — katalon əsilli ispaniyalı keçmiş futbolçu, Mançester Siti futbol klubunun baş məşqçisi. Xosep Qvardiola futbolçu karyerasına həvəskar futbol klubu olan Gimnastik de Manresada başlayıb. 13 yaşı olanda Barselona B futbol klubuna keçib. Təxminən 6 il bu klubun heyətində çıxış edib, 1990-cı ildən karyerasını Barselona klubunun heyətində davam etdirib. İspaniya milli futbol çempionatında Barselona klubunun heyətində ilk oyununu 16 dekabr 1990-cı ildə Kadiz futbol klubuna qarşı keçirib. Klubun heyətində yarımmüdafiəçi kimi çıxış edən Qvardiola 1997-ci ildə Joze Mari Bakerodan komandanın kapitanı sarğısını təhvil alıb. 1990–2001-ci illərdə Barselonanın heyətində İspaniya milli futbol çempionatında 263, ümumilikdə isə 379 oyun keçirib. Qvardiola 17 iyun 2001-ci ildə Valensiya klubuna qarşı oynadığı oyundan sonra Barselona klubunun heyətindəki çıxışına son qoyub. Barselona klubundan ayrıldıqdan sonra İtaliya milli futbol çempionatında çıxış edən Breşiya və Roma klublarının heyətində yer alıb. Ancaq İtaliya çempionatında keçirdiyi oyunlarda çox da uğurlu nəticələr göstərə bilməyən Qvardiola Nandrolon testinin nəticələri müsbət çıxandan sonra 4 ay cəza alıb və bununla da İtaliyadakı futbolçu karyersını bitirib.
Kamil Yaşen
Kamil Yaşen (12 (25) dekabr 1909, Əndican, Fərqanə vilayəti – 25 sentyabr 1997, Daşkənd) — Özbəkistan yazıçısı. Kamil Yaşen 1909-cu ildə doğulmuşdu. Kamil Yaşen Özbəkistan Yazıçılar İttifaqının sədri olmuşdu. Kamil Yaşen 1997-ci ildə vəfat edib.
Larisa Zaspa
Larisa Zaspa (d. 22 sentyabr 1971) — Ukraynanı təmsil edən həndbolçu. Larisa Zaspa Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Marsel Kaşen
Marsel Kaşen (fr. Marcel Cachin; 20 sentyabr 1869[…] – 12 fevral 1958[…]) — Fransa siyasətçisi, kommunist. Kaşen 1869-cu il sentyabrın 20-də Lamanş dənizi sahilində, Pempole şəhərciyinin Kot-dü-nor departamentində anadan olmuşdur. Kaşen ömrünün son günlərinədək tez-tez baş çəkdiyi doğma şəhərinin sadə adamları ilə sıx əlaqə saxlayırdı. Bretanın kəndliləri, dənizçiləri, balıqçıları Kaşeni nəvazişlə bizim "Marsel ata" adlandırırdılar. Kaşen onlarla breton dilində sərbəst danışırdı. Adamlar fəhlə hərəkatına müxtəlif yollarla qoşulurlar. Marsel Kaşenin də öz yolu var idi. Kaşenin özünün xatırladığı kimi, 1891-ci ilin əvvəllərində o, siyasətdən uzaq idi. Hər şeylə maraqlanan iste'dadlı gənc, o zaman Bordo universitetinin fəlsəfə fakültəsində boyük həvəslə oxuyurdu.
Məhəmməd Kasem
Məhəmməd Kasem (3 oktyabr 1993) — Suriyalı cüdoçu. Məhəmməd Kasem Suriyanı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. Məhəmməd Kasem birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 81 kq çəkidə, 1/8 final mərhələsində İordaniyanın nümayəndəsi Baker Əlzidanen üzərində 10:0 hesabı ilə qalib gəlsədə, növbəti mərhələdə Özbəkistanın nümayəndəsi Davlat Bobonov ilə üz-üzə gəldi və rəqibinə 11:0 hesabı ilə uduzdu.
Naser Şadli
Naser Şadli (Fransızca tələffüz: [nɑsɛʁ ʃadli]; 2 avqust 1989) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. O, peşəkar karyerasına Eerste Diviziya təmsilçilərindən olan Apeldoorn klubunda start vermişdir. 2010-cu ildə isə Tvente klubuna transfer olmuşdur. O, ilk mövsümdəcə KNVB Kubokunun qalibi olmuşdur. 2013-cü ildə Şadli Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. Üç il sonra isə klub rekordu olan £13 milyon qarşılığında Vest Bromviç Albion klubuna transfer olmuşdur. Şadlinin atası Mərakeş vətəndaşıdır. O, 2010-cu ildə Mərakeş millisində debüt etmişdir. Növbəti ilə isə o, Belçika millisini təmsil etməyə başlamışdır. O, milli ilə 2014 və 2018 FİFA Dünya Kuboku turnirləri də daxil olmaqla, 51 oyunda iştirak etmişdir.
Uaset (nom)
Necefet-pehtet (q.misir wAst, yun. ὁ Διοσπολίτης νομός, lat. Nomos Diospolites) — Yuxarı Misirin IV nomu (əyaləti). Nomun mərkəzi və Yuxarı Misirin paytaxtı Teben şəhəri olmuşdur. Əsas tanrısıları Amon, Mut, Xonsudur.
Valtraud Kaser
Valtraud Kaser (d. 3 iyul 1980; Brixen, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Valtraud Kaser İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Xordi Masip
Xodi Masip ( tam adı Xodi Masip Lopes ) Barselonanın qapıçısı . Xodi Masip 3 yanvar 1989-cu ildə Sabadell çəhərində doğulub . Barselonada onu digərlərindən fərqləndirən cəhət onun solaxay olmasıdır . Masip 179 Santimetr boya və 67 Kloqram çəkiə malikdir . Masip Barselonada hələ ki , oyun keçirməsə də , bu kamanda da Qapıçı kimi çalışır .
Xosep Bartomeu
Xosep Mariya Bartomeu Floreta (6 fevral 1963, Barselona) — biznesmen, tacir, sahibkar. 6 fevral 1963-cü ildə Barselonada doğulub.
Xosep Qvardiola
Xosep Qvardiola (18 yanvar 1971[…]) — katalon əsilli ispaniyalı keçmiş futbolçu, Mançester Siti futbol klubunun baş məşqçisi. Xosep Qvardiola futbolçu karyerasına həvəskar futbol klubu olan Gimnastik de Manresada başlayıb. 13 yaşı olanda Barselona B futbol klubuna keçib. Təxminən 6 il bu klubun heyətində çıxış edib, 1990-cı ildən karyerasını Barselona klubunun heyətində davam etdirib. İspaniya milli futbol çempionatında Barselona klubunun heyətində ilk oyununu 16 dekabr 1990-cı ildə Kadiz futbol klubuna qarşı keçirib. Klubun heyətində yarımmüdafiəçi kimi çıxış edən Qvardiola 1997-ci ildə Joze Mari Bakerodan komandanın kapitanı sarğısını təhvil alıb. 1990–2001-ci illərdə Barselonanın heyətində İspaniya milli futbol çempionatında 263, ümumilikdə isə 379 oyun keçirib. Qvardiola 17 iyun 2001-ci ildə Valensiya klubuna qarşı oynadığı oyundan sonra Barselona klubunun heyətindəki çıxışına son qoyub. Barselona klubundan ayrıldıqdan sonra İtaliya milli futbol çempionatında çıxış edən Breşiya və Roma klublarının heyətində yer alıb. Ancaq İtaliya çempionatında keçirdiyi oyunlarda çox da uğurlu nəticələr göstərə bilməyən Qvardiola Nandrolon testinin nəticələri müsbət çıxandan sonra 4 ay cəza alıb və bununla da İtaliyadakı futbolçu karyersını bitirib.
Yasen dili
Yasen dili — qumdan təşkil olunan dil Azov dənizinin şərq sahillərində, Yasen körfəzi ilə Beyqus limanı arasında yerləşir. Yasen dilinin uzunluğu 14 km, maksimal eni şimalda 3 km-dir. Dil fəal şəkildən şimala uzanır. Səbəb isə qərb, cənub-qərb istiqamətində əsən külək və cənubdan şimala hərəkət edən dəniz axınları səbəb olur. Axınlar qum və balıqqulağı ilə qarışaraq dilin ərazisini genişləndirir. Kamışevat dili Ясенская коса // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907. Лотышев И. П. География Кубани.