Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maskat
Maskat (ərəb. مسقط‎, ing. Muscat) — Omanın paytaxtı və ən böyük şəhəri. Maskat quberniyasının (mintaki) inzibati mərkəzi. 2010-cu il məlumatına görə əhalisi 650 min nəfərdir. == Coğrafiyası == Oman körfəzində yerləşir. Günəşli bölgə adlanan şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə ərazisi 1500 км². == İqtisadiyyatı == 1970-ci il modernləşdirilməsindən sonra şəhər infrastrukturu sürətlə inkişaf edir. Şəhər üç yerə bölünür : Qərbi Maskat, Mərkəzi Maskat və Şərqi Maskat.
Hakikat (qəzet)
Hakikat (avar. XӀакъикъат) - Dağıstan Respublikasının Mahaçqala şəhərində avar dilində nəşr olunan qəzet. Qəzet 1917-ci ildə təsis edilmişdir. === Keçmiş adları === 1979-1918: XӀакъикъат - (azərb. Həqiqət‎) 1918-1920: ХӀалтӀулел чагӀи - (azərb. İşləyən insanlar‎) 1920-1921: БагӀараб байрах - (azərb. Qırmızı bayraq‎) 1921-1934: БагӀарал мугӀрул - (azərb. Qırmızı dağlılar‎) 1934-1951: МагӀарул большевик - (azərb. Bolşeviklər dağlarda‎) 1951-1957: Дагъистаналъул правда - (azərb. Dağıstan həqiqətləri‎) 1957-1990: БагӀараб байрах - (azərb.
Zariyat Surəsi
51-ci surə əz-Zariyat (Sovurub dağıdan küləklər) surəsi (Məkkədə nazil olmuşdur, 60 ayədir). Surə adını ilk ayədə işlənən və sovurub dağıdan küləklər mənasına gələn əz-Zariyat sözündən götürmüşdür.
Asiat Naniyeva
Asiat Naniyeva (18 yanvar 1940, Sir[d], Cənubi Osetiya Muxtar Vilayəti) — Cənubi Osetiya uşaq yazıçısı, publisist və tərcüməçi. Osetiya Yazıçılar Birliyinin və Cənubi Osetiya Yazıçılar Birliyinin üzvü. Cənubi Osetiyanın Əməkdar Mədəniyyət İşçisi. Nafi Cusoyti adına ədəbi mükafat laureatı (Cənubi Osetiya). == Bioqrafiyası == O, 1940-cı ildə Cənubi Osetiya Muxtar Vilayətinin Sir kəndində kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi doğma kəndində bitirir, sonra Leninqorski rayonunun Zakkor kəndində orta məktəbdə oxuyur. Məktəbin ədəbi dərnəyinin fəaliyyətində iştirak etmişdir. Məktəbli ikən ilk jurnalist yazılarını "Molodoy Stalinets" qəzetində dərc etdirir. Orta təhsilini 1958-ci ildə bitirmişdir. Cəbhəçi atasının ölümündən sonra o, anasına ev işlərində kömək edir.
Maskat və Oman
Maskat və Oman Sultanlığı ( ərəb. سلطنة مسقط وعمان‎ </link> ), qısaca olaraq Maskat və Oman Dövləti kimi də tanınır ( ərəb. دولة مسقط وعمان‎ </link> ) Taymur bin Feysalın hakimiyyəti dövründə, 19-cu əsrin ikinci yarısı və 20-ci əsrdə indiki Oman Sultanlığını və indiki Birləşmiş Ərəb Əmirliklərinin və Pakistanın hissələrini əhatə edən suveren bir dövlət idi. Busəidlər sülaləsi tərəfindən idarə olunan bu, Oman İmperiyasının son hökmdarı Səid bin Sultanın ölümündən sonra parçalanması nəticəsində qurulmuşdur. Sultan Səid bin Taymurun oğlu Qabus bin Səidin lehinə dərhal devrilməsi ilə 23 iyul 1970-ci il saray çevrilişindən sonra Sultanlıq yeni idarəetmə formasına keçdi. == Adı == Oman (Oman imamlığı) sahilə çıxışı olmayan və paytaxtı Nizva şəhərində olan bölgənin daxili, kontinental hissəsidir. Maskat sahilyanı sultanlıqdır, hökmdarları əsasən dövləti gənişləndirmək ilə məşğul olmuşdular. Tarixi Maskat və Omanı Cəbəl-Əxdar ayırır. == İstinadlar == == Əlavə ədəbiyyat == William Smyth. "Oman".