Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zabıtıy (ada)
Zabıtıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarınin Taymır rayonu ərazisinə daxildir. Laptevlər dənizində, arxipelaqın mərkəzində, Bolşevik adasının şimal-qərbində yerləşən Baranov burnundan 400 metr şimalda yerləşir. Aypara formasına malikdir. Yüksəkliyi yoxdur. Sahilləri düzənlikdir.
Emin Axundov (polis zabiti)
Emin Axundov (ivr. ‏אמין אוחנדוב‏‎; 1980-ci illər, Sumqayıt – 8 oktyabr 2023, Cənub dairəsi) — azərbaycanəsilli İsrail polis zabiti, kapral, baş inspektor. 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumları zamanı döyüşlərdə həlak olmuşdur. == Həyatı == Emin Axundov 1987-ci və ya 1988-ci ildə SSRİ-də, Azərbaycan SSR-nin Sumqayıt şəhərində anadan olmuşdur. O, sonradan İsrailə köçmüşdür. Axundov burada təhsil almış və polisə işə qəbul edilmişdir. O, kapral vəzifəsinə qədər yüksəlmişdir, baş inspektor olmuşdur. Axundov ailəsi ilə birlikdə müxtəlif mənbələrə görə Beer-Şeva və ya Ofakim şəhərində yaşamışdır. O, HƏMAS-ın İsrailə hücumları zamanı müharibəyə çağırılmışdır. Axundov 8 oktyabrda Qəzza zolağı yaxınlığında yaşayış məntəqələrinin HƏMAS döyüşlərindən azad edilməsi zamanı həlak olmuşdur.