Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zarçay
Zarçay — Azərbaycanın Kəlbəcər rayonu ərazisindən axan çay. Çay öz başlanğıcını 2200 metrlik yüksəklik ərazidindən götürür. Başlanğıcını iki çayın birləşməsindən götürür. Uzunluğu 6 km-dir. Sahilində Zar kəndi yerləşir. Tərtər çayının hövzəsinə aiddir.
Zaxariy Çxubianişvili
Zaxari Nikolayeviç Çxubianişvili (gürc. ზაქარე ნიკოლოზის ძე ჩხუბიანიშვილი; 1903 – 1980) — Sovet partiya xadimi. 1937-ci ildən 1940-cı ilin mart ayınadək Gürcüstan SSR meşə sənayesi xalq komissarının vəzifəsində çalışırdı. 1940-41-ci illərdə Gürcüstan Kommunist Partiyasının Siqnaxi rayon komitəsinin katibi idi. 1941-ci ilin 1 aprelindən 1943-cü ilədək Gürcüstan KP (b) MK-nın sənaye üzrə katibi olmuşdur. 1945-ci ilin 8 aprelindən 1953-cü ilin 14 aprelinə qədər Gürcüstan KP MK Bürosunun üzvü idi. 1946-1952-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinə rəhbərlik etmişdir. Daha sonra 1953-cü ildən Gürcüstan Ali Soveti Rəyasət Heyətinin sədri təyin olunmuşdur. 1953-cü ildən 1970-ci ilə qədər müxtəlif vəzifələrdə işləyirdi: meşə və kağız sənayesi naziri, meşə sənayesi naziri, Gürcüstan SSR Xalq Təsərrüfatı Şurasının İdarəsinin rəisi, Tbilisi Meşə sənayesi elmi-tədqiqat institutunun direktoru.
Əl-Vaacid
Əl-Vaacid (ər. ٱلْوَاجِدُ) — Allahın adlarından biri.
Aaçim yarımadası
Aaçim — Çukot Muxtar Dairəsinin şimal sahillərində yerləşən və Şərqi Sibir dənizinin suları ilə əhatələnən yarımada. Qərbdən Nolde körfəzi, şərqdən isə Xıçak körfəzi ilə əhatələnir. Şimal qutaracağında eyni adlı burun yerləşir. Yarımadanın sahəsi 150 km², orta hündürlüyü 15-35 metrdir. Yarımada əsasən düzənlikdən ibarətdir. Burada hətta qumlu dyunlar mövcuddur. Termokarst göllərlə zəngindir. Aaçim adı (çuk. ачым) çukotcadan tərcümədə Buxarlı mənasını verir.
Emanuela Zançi
Emanuela Zançi (17 oktyabr 1977, Milan) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Emanuela Zançi İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Emanuela Zançi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. İdman xidmətlərinə görə mühüm mükafatlara layiq görülüb.
Cucumis melo var. zaami
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.