Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saşa Zvereva
Saşa Zvereva (1 mart 1981, Potsdam) — rus müğənnisi, tele aparıcı, Demo qrupunun solisti. Aleksandra (Saşa) Zvereva 1 mart 1981-ci ildə Potsdam şəhərində anadan olub. Saşa Moskvada yaşayır - onun iki uşağı var: qızı Vasilisa (2003) və oğlu Makar (2008). Saşa motosportla maraqlanır. Солнышко (1999) DJ Remix 2000 (2000) Выше неба (2001) До свидания, лето (2002) Радуга (2004) Это шоу-бизнес, baby (2005) Запрещённые песни (2007) Солнышко (1999) 2000 лет (1999) Я не знаю… (1999) Я делаю вдох (2000) Всё просто!… (2000) Выше неба (2000) Давайте петь! (2000) Странные сны (2001) Улыбните ваши лица (совместно с Братьями Улыбайте) (2001) Последняя песня (2002) Желание (2002) До свидания, лето! (2002) До утра (2002) Попала (2003) Новый год идёт… (2003) Радуга (2004) Тайна (2004) Супермама (2004) Не с тобой (2004) Не думай, не гадай (2005) Всё нормально (2005) Нежность (2006) Соседи (2006) Это небо (2007) Точка (2009) Первый поцелуй (2009) Создай движение (2010) Расплетает косы весна (2010) Остаться (single) (2010) Как прежде (single) (El Ray ilə birgə) (2011) Схожу с ума (single) (2011) Супербой (single) (Sasha Dith & Steve Modana birgə) (2012) 1999 — Солнышко (rejissor Aleksandr İqudin) 1999 — Я не знаю… (rejissor Vlad Opelyants) 2000 — Я делаю вдох 2000 — Выше неба 2000 — Всё просто!
Covanni Verqa
Covanni Verqa (it. Giovanni Verga) (d. 2 sentyabr 1840, Kataniya - v. 27 yanvar 1922, ) – italyan yazıçısı == Həyatı == Covanni Verqa 1840-cı ildə Siciliyanın Kataniya şəhərində liberal zadəgan ailəsində anadan olmuşdur. Yaradıçılığının ilk illərinə vətənpərvər və sentimental- melodic ruhda qələmə aldlğı “Dağlardaki karbonarilər”, “Laqunalarda”, “Gülnahkar”, “Eros” və “Yeva” kimi romanlarla ədəbiyyata gələn Verqa sonraki dövürlərdə yaxından bələd olduöu Siciliya kəndinin ağır güzəranını təsvir edən məşhur “verist” novellalarını yaratmışdır. “Verizm” (italiyanca vero- həqiqi deməkdir) bir cərəyan kimi İtalyanın ədəbi mühitinə inqilabi metod, yeni ideologiya kimi daxil olmuşdur. XX əsrin 80- ci illərində verizm bütün İtaliyada yayaılaraq ölkənin aparıçı əbədi məktəbinə çevrilmişdir. Sicilidiyada bu məktəbin baniləri Covanni Verqa və Luici Kapuana ilə yanaşı, F.De Poberto və bədii yaradıçılığına bu cərəyanla başlayan L.Pirandello, Napolidə M.Serao, S.Di Cakomo və R.Brakko, Sardeniyada Q.Deledda, Abrutsoda C.Campoli və bəzi ilkin novellaları ilə Q.D`Annuntsio, Toskanada isə R.Fiçini kimi tanınmış yazışılar öz əsərlərində doğma əyalətlərinin sosial- psixoloji problemlərini parlaq gerçəkliklə əks etdirirdilər. 1922-ci ildə vəfat etmişdir. == Yaradıçılığı == Covanni Verqa “Çöllərin həyatı”, 1880; “Kənd novellaları” 1983, topluları böyük müşahidə qabiliyyəti əsasında və kəskin reallizmlə yazılmışdır.
Vərqa və Gülşa
Vərqa və Gülşa (az-əbcəd. ورقا و گولشا‎) - XVII əsr Azərbaycan şairi Məsihi tərəfindən yazılmış liro-epik poemadır (məsnəvi). Poema 1628-1629-cu illərdə Azərbaycan dilində yazılmışdır. Əsər Yaxın Şərq xalqları arasında məşhur olan qədim əfsanənin süjeti əsasında yazılmışdır. Əsər Səfəvi şahı I Abbasın ölüm ilində tamamlanmışdır. Şah Abbasın mədhi ilə başlayan poema, Şah I Səfiyə həsr edilmiş qəsidələr və şairin oğluna vəsiyyəti ilə tamamlanır. "Vərqa və Gülşa" poeması orta əsrlərdə azərbaycandilli ədəbiyyatın ən yaxşı romantik poema nümunələrindən biri hesab edilir. Poemada Vərqa və Gülşa adlı baş qəhrəmanların sevgisindən və onların birlikdə keçməli olduqları ağır sınaqlardan bəhs edilir. Əsərdə çoxlu döyüş səhnələri, döyüşçüləri, onların quldurlarla toqquşmalarını təsvir edən hissələr mövcuddur. Vərqa şairin ideal insan obrazının təcəssümü olmaqla ədalət uğrunda mübarizə aparır.
Vərqa Və Gülşa (Yusif Məddah)
Vərqa və Gülşa — XIV əsrdə yaşamış Azərbaycan şairi Yusif Məddah tərəfindən qələmə alınmış əsər. Ərəb əfsanəsi olan, buna baxmayaraq ilk dəfə İran ədəbiyyatında məsnəvi kimi görünən Vərqa və Gülşa hekayəsi Qəznəvilər dövründə Əyyuqi adlı bir şair tərəfindən qələmə alınıb. Bu mövzu İran ədəbiyyatının digər məsnəvi mövzuları kimi geniş yayılmayıb. Vərqa və Gülşa mövzusu türk ədəbiyyatında ilk dəfə 1368–1369-cu ildə Yusif Məddah tərəfindən işlənilib. Yusif Məddahın həyatı haqqında çox məlumat yoxdur. XIV əsrdə yaşadığı məlumdur. Lakin onun doğum və ölüm tarixi məlum deyil. Onun adı sadəcə Şeyxoğlunun "Kənzül Kübəra və Məhəkkül-Uləma" adlı əsərində çəkilir. Müəllif həmçinin əsərinə Vərqa və Gülşa məsnəvisindən aşağıdakı beyti daxil edib: "Sənligün gedər hicab olmuş sənəSən onun üzünə onsuz baxsana" İ. Hikmət şairi daha çox Azərbaycan ərazisində xalq arasında dolaşan və öz əsərlərini xalq kütlələrinə oxuyan bir dərviş hesab edir. Bu mülahizəni söyləyərkən о, əsasən, Yusif Məddahın fars dilində yazdığı ''Xamuşnamə'' məsnəvisindəki fikirlərə əsaslanır.