Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dmitri Znoyko
Dmitri Znoyko — karabidlər, Staphylinidae, Alleculidae, Petriidae böcək ailələri öyrənilməsi üzrə ixtisaslaşan sovet entomoloq. == Həyatı == 1903-cü il 23 iyulda Odessada, həkim ailəsində anadan olmuşdur. Orta və ali təhsilini Odessada almışdır. Məktəbdə oxuyarkən zoologiyala maraqlanırdı, xüsusilə də etimalogiyayla. Hələ məktəbdə oxuyarkən işləməyə məcbur qalır və 1920-ci ilin mayında o, Odessa Gudz İdarəsində əyani vəsaitləri studiyasında işə başlamışdı. 1921-ci il aprel ayından Təkamül Odessgubprofobra Dövlət Muzeyində laborant kimi işə başladı. 1923–1925-ci illərdə, Milli Təhsil Odessa İnstitutunun Geologiya Muzeyində mühafizəçi idi. 1925-ci ildən CGN Ukrayna kənd təsərrüfatı elmi komitəsində, Odessa bölməsində Entomologiya və bitki Patoloji üzrə nəzarətçi sonra isə Odessa Kənd Təsərrüfatı İnstitutunda laborant vəzifələrində çalışmışdır. 1930-cu ildə Milli Təhsil Odessa İnstitutunda entomologiya üzrə kurs keçmişdir. Elmlər Akademiyasının Naxçıvan kompleks ekspidisiyasinda zooloji heyətə başçılıq etmişdir.
İvonka Survilla
Survilla İvonka (belar. Івонна Уладзіміраўна Шыманец; 11 aprel 1936, Stolbtsı[d], Polşa Respublikası) — belaruslu ictimai və siyasi fəal, mühacir, dilçi, rəssam. Hazırda Kanadada yaşayır. 1997-ci ildən bəri Belarus Xalq Respublikasında (BXR) Rada sədri kimi fəaliyyət göstərir. == Həyatı == 1936-cı ildə Polşaın Stolbtsı ərazisində anadan olmuşdur. Atası Vladimir Şimaneç, V.Zaxarkinin rəhbərliyi altında BXR hökumətində Maliyyə naziri olmuşdu. 1944-cü ildə bütün ailə Belarusdan Şərqi Prussiya, sonra Danimarka qaçqın düşərgəsində bir neçə il yaşamış, daha sonra Fransa və İspaniyaya qaçmışdır. O, Sorbonnada (filologiya) təhsil almışdı. 1969-cu ildən etibarən Kanadada məskunlaşmış, tərcüməçi vəzifəsində çalışmışdı. 1974-cü ildə Kanadada Belarus Elm və İncəsənət İnstitutunun sədri seçilib.
Anatoli Zlenko
Anatoli Maksimoviç Zlenko (ukr. Анатолій Максимович Зленко; 2 iyun 1938 – 1 mart 2021) — Ukrayna dövlət xadimi. 1990-cı ilin iyulundan 1994-cü ilin avqustuna qədər və 2000-ci ilin oktyabrından 2003-cü ilin sentyabrınadək iki dəfə Ukraynanın Xarici İşlər naziri olub. == Təhsli == Anatoli Zlenko, Kiyev Mədən Kolleci və Taras Şevçenko adına Kiyev Milli Universitetində (tərcüməçi-referent) təhsil alıb. == Həyatı == Anatoli Zlenko, 1967-ci ildən diplomatik fəaliyyətdədir. 1967-ci ildə attaşe, Ukrayna SSR Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar şöbəsinin ikinci katibi olub. 1973–1979-cu illərdə Parisdə YUNESKO Katibliyində çalışıb. 1979-cu ildə Ukrayna SSR Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar şöbəsinin müşaviri olub. 1979–1983-cü illərdə Ukrayna SSR YUNESKO üzrə Komissiyasının məsul katibi olub. 1983–1987-ci illərdə Ukrayna SSR-nin YUNESKO yanında daimi nümayəndəsi olub.
Radoslav Vanko
Radoslav Vanko (1983, Jilinа) — tanınmış slovak Top-Model. Vanko fiziki tərbiyə və idman fakültəsini bitirmiş, müəllim və personal trener üzrə magistr dərəcəsi almışdı. == Karyera == Radoslav hakim qərb bazarları və "Valentino", "Dolce and Gabbana", "Giorgio Armani", "Gucci", "Pierre Cardin", "Louis Vuitton" və "Prada" kimi tanınmış brend kompaniyalar üçün çəkilmişdir. O həmçinin "Men’s Health" və "DNA" kimi populyar jurnalların üz qabığını da bəzəmişdi. İdmançı oğlan Vanko öz boş vaxtlarında velosiped sürməyi, tennis oynamağı və idman zalında məşq etməyi çox sevir. O həmçinin səyahəti sevir — yeni məkanları seyr etmək və çəklişlərdə iştirak etmək məqsədilə. O tanınmış fotoqraflar ilə çalışmışdı, onlar arasında Bryus Veberin adını xüsusi ilə qeyd etmək olar. Bu əməkdaşlığın bəhrəsi kimi, Radoslav keçən il Men's Health jurnalının alman dilində olan nəşrinin üz qabığını bəzəmişdi. === Maraqlı faktlar === Radoslav Vankonun anketi: Boyu : 1.85 sm Çəkisi : Sinə ətrafı : 98 cm Beli : 78 cm Omba genişliyi : 98 cm.
Vinko Paradzik
Vozko BK
Vozko BK — Nikolayevskaya vilayətinin Voznesensk şəhərini təmsil edən Ukrayna basketbol komandası. 1996-cı ildə əsası qoyulmuşdur. Klub beş mövsüm Ukraynanın basketbol üzrə Superliqasında iştirak etmişdir. 2005-ci ildə buraxılmışdır . == Tarixi == Nikolayevskaya vilayətinin Voznesensk şəhərini təmsil edən Vozko basketbol komandası 1996-cı ildə "Vozko" yerli dəri birliyinin vəsaiti hesabına təsis edilmişdir. "Vozko" dəri birliyi inflyasiyaya uğrayaraq 2015-ci ildə ləğv olunmuşdur. Komanda müəssisənin adı ilə Vozko adlandırılmışdır.
Moyka Zlobko Vayql
Moyka Zlobko Vayql (sl. Mojca Zlobko Vajgl) — Sloveniya arfa ifaçısı, musiqiçi, Lyublyana Musiqi Akademiyasının arfa və kamera musiqisi üzrə professoru. == Həyatı == Moyka Zlobko Vayql arfa ifaçısı və Lyublyana Universiteti Musiqi Akademiyasının müəllimi olmaqla yanaşı, Sloveniya və həmçinin dünyada solo ifaçı və kamera musiqisi sahəsində tanınmış öncül musiqiçilərdən biridir. O, 1991-ci ildə Lyublyanadakı Musiqi Akademiyasının məzunu olmuş və fəaliyyətinə solo arfa ifaçısı kimi Lyublyananın Milli Sloven Opera və Balet teatrının orkestrində başlamışdır. Lakin tezliklə bütün istedadını solo və kamera musiqisinə həsr etmək qərarına gəldi. Daha sonra o, Hamburqda professor Mariya Qrafın müəllimlik etdiyi Musiqi və Teatr Akademiyasında arfa ifası üzrə aspiranturanı bitirmişdir. Tezliklə Moyka Zlobko geniş və müxtəlif məzmunlu repertuara malik tanınmış solo ifaçısına çevrildi. O, bir sıra bəstəkarları arfa ilə solo musiqisi, eləcə də müxtəlif alətlərlə səsləndirilən əsərlər yazmağa həvəsləndirmişdir. Bu əsərləri məhz özü tez-tez bütün dünyada öz konsertlərində müvəffəqiyyətlə ifa edir. Solo ifaçı kimi o, çoxsaylı məşhur ansambllar, o cümlədən Berlin Simfonik Orkestri, Stokholm Kamera Orkestri, Hamburq Filarmoniyasının Kamera Orkestri, Leypsiq Simli Kvarteti, Ars Amata Sürix, Venesiyadakı Paduya Orkestri, Belqrad Filarmoniyası, Sarayevo Filarmoniyası, Kiyev Milli Kamera Orkestri və Zaqrebdəki Xorvat Kamera Orkestri, "Uiener Konsert Verein" və digər orkestrlərin müşayiəti ilə çıxış etmişdir.