Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zdravko Lazarov
Zdravko Lazarov (20 fevral 1976[…], Qabrovo[d], Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan futbolçusu. 1976-cı il fevralın 20-də Bolqarıstanın məşhur Qabrovo şəhərində anadan olub və futbolçu karyerası 1991-ci ildən başlayıb. Vətənində "Septemvri" (21 oyun, 3 qol), "Yantra" (88 oyun, 35 qol), MOİK (14 oyun, 3 qol), "Minyor" (22 oyun, 7 qol), "Levski (23 oyun, 3 qol), "Slaviya" (35 oyun, 12 qol) klublarının şərəfini qoruyan hücumçunun legioner həyatı əsasən Türkiyə ilə bağlıdır. Z. Lazarov əvvəlcə aşağı divizionda üç mövsüm "Kocaelispor" (79 oyun, 23 qol), sonra üç mövsüm Superliqada "Qaziantepsor" (87 oyun, 35 qol) və "Ərciyyəspor" klubunun şərəfini qoruyub. 2006/07 mövsümündə son komandada çıxış edən Z. Lazarov 31 oyunda 9 qol vurub. 1,77 metr boya malik bolqarıstanlı hücumçu cari mövsüm Premyer Liqaya qayıdan Rusiyanın "Şinnik" (Yaroslavl) klubunda oynayır. Yığma komandasında çıxışına 2001-ci ildən başlayan Z. Lazarov meydana çıxdığı 31 oyunda 3 qola imza atıb. Hücumçu 2004-cü ildə Portuqaliyada keçirilən Avropa çempionatının final mərhələsinin iştirakçısıdır.
Dravid dilləri
Dravid dil ailəsi — özündə 16 dili birləşdirərək 4 budağa ayrılır. Bunlar dravid, andxra, Mərkəzi hind və Şimal-qərb budaqlarıdır. Dravidin ən böyük dilləri: tamil, malayyali və kannaradır. Andxra budağına: teluqu dili daxildir. Mərkəzi hind dillərindən ən böyüyü qonda dilidir. Şimal-qərb budağı brahui dilidir ki, bu dildə əsasən şimal-qərbi Hindistanda və Pakistanda danışırlar. == Mənbə == Андронов М. С. Дравидийские языки. М., 1965. −124 с. Krishnamurti, B., The Dravidian Languages, Cambridge University Press, 2003.
Milena Draviç
Milena Draviç (serb. Милена Дравић; 5 oktyabr 1940[…], Belqrad – 14 oktyabr 2018[…], Belqrad) — Yuqoslaviya və Serbiya teatr və kino aktrisası. Uşaq ikən Milena rəqs, xüsusən də baletlə məşğul idi və 1959-cu ildə filmlərdə debütünu etmişdir. Gənc aktrisanın ilk uğuru "Lazımsız qadın" (1962) filmində iştirak etdikdən sonra gəldi. 1971-ci ildən Atelye 212 adlı Belqrad teatrında oynamağa başladı, burada Vedekind, Horvat, İonesko, Duşan Kovaçeviç və digər məşhur dramaturqların pyeslərində rol aldı. Üç dəfə ailə qurmuşdu. Aktrisanın üçüncü əri serbiyalı aktyor Draqan Nikoliç oldu. Yuqoslaviya və Serbiya kinosunun 78 yaşlı ulduzu 14 oktyabr 2018-ci ildə uzun sürən xəstəlikdən vəfat etdi.
Dravid dil ailəsi