Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Agrostis zerovii
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Stanislav Despot-Zenoviç
Stanislav Despot-Zenoviç (1833, Vilnüs – 19 may 1900, Batum) — 1878–1894-cü illərdə Bakı Şəhər Dumasının başçısı. Stanislav Despot Zenoviç (Stanisław Despot-Zenowicz) 1835-ci ildə Vilnüsdə anadan olmuşdur. 15 may 1900-cü ildə Batumidə 65 yaşında ağır xəstəlik nəticəsində vəfat etmişdir. Qujufda, Krımda dəfn olunmuşdur.. Subay idi. Onun nəslinin ilk tanınmış namizədi Bartoşanın adı 1837-ci ildə qeyd olunur. 1401-ci ildə Bartoşa Zenoviç və onun oğlu Zenon polyak kralına öz loyallıqları haqda akt imzalamışdırlar. "Despot" (Deszpot) ləqəbi XVII əsrin sonunda Zenoviçlərin Serbiya despotlarından gəlməsinə əsaslanaraq peyda olmuşdur. Despot-Zenoviç nəslinin ilhaq olunduğu zaman Minsk quberniyasının zadəgan (szlachta) cəmiyyətində qeydiyyatdan keçmişdirlər. Böyük qardaşı Aleksandr Despot-Zenoviç 1850-ci ildə konspirativ fəaliyyətinə görə Sibirə sürgün edilmişdir.
Vladimir Velyaminov-Zernov
Vladimir Vladimiroviç Velyaminov-Zernov (24 noyabr 1830 – 30 yanvar 1904) — Rusiya tarixçi-şərqşünası, dilçisi. Vladimir Vladimiroviç Velyaminov-Zernov 24 noyabr 1830-cu ildə Rusiya imperiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdu. 1850-ci ildə Aleksandrovski liseyini bitirmişdi. Hələ lisey illərindən Şərq dilləri ilə maraqlanırdı. Gerasim Pavskidən yəhudi dilini öyrəndi. Sankt-Peterburq Universitetinin professorlarından isə ərəb və fars dillərini əxz etdi. Vladimir Velyaminov-Zernov 1851-ci ildə Xarici İşlər nazirliyinin Asiya departamentinə xidmətə düzələrək Orenburq quberniyasına getdi. Orda tədqiq edilməmiş türk dilləri ilə məşğul olmağa başladı. Burda ilk işi olan "Исторические известия о киргиз-кайсаках в отношении России со Средней Азией со времен кончины Абдул-Хаир хана (1748–1765)" əsərini yazdı. Bu əsəri əvvəlcə hissə-hissə qəzetdə dərc etdirdi.
Hacı Məhəmmədəli xan Zərnavi
Hacı Məhəmmədəli xan (1682 – 1763, Ağsu) — 1747-ci ildən 1761-ci ilə kimi Yeni Şamaxıda hakimiyyət sürən Şirvan xanı. == Həyatı == Təxminən 1682-ci ildə Sufi Nəbi Zərnəvainin ailəsində doğulmuşdur. 1747-ci ildə Nadir şah Əfşar tərəfindən Yeni Şamaxının hakimi kimi təsdiqlənmişdir. Zərnava kəndindən Hacı Məhəmmədəli xan oturaq əyan-əşrəfin nümayəndəsi idi. Köçəri əmirlər onun başçılığı ilə barışa bilmirdilər. Xançobanlı elindən çıxmış Əsgər bəy Allahverdi bəy oğlu ona qarşı mübarizə aparırdı. 1749-cu ildə şəkili Hacı Çələbi xan, qarabağlı Pənahəli xan, gəncəli Şahverdi xan ilə birlikdə Kartli-Kaxetiyaya hücum etmək üçün razılığa gəlmişdi. Lakin İrəvan xanının xəbərdarlığı ilə baş verə biləcək hadisəyə qarşı II İraklinin hazırlığı bu ittifaqın pozulması ilə nəticələndi. Şamaxı xanlığında ikihakimiyyətliliyin mövcud olması xanlığın mübarizə qüdrətinə mənfi təsir göstərirdi. 1755-ci ildə Hacı Çələbi xan çox sayda qoşunla Şirvanı almaq məqsədilə gəlib Ağsu şəhərini mühasirə etdikdə Yeni Şamaxı hakimi Hacı Məhəmmədəli xan Quba hakimi Hüseynəli xandan kömək istədi.