Stanislav Despot-Zenoviç

Stanislav Despot-Zenoviç (1833, Vilnüs19 may 1900, Batum) — 1878–1894-cü illərdə Bakı Şəhər Dumasının başçısı.

Stanislav Despot-Zenoviç
Fevral 1879 – 12 Mart 1894
Əvvəlkiİosif Cakeli
SonrakıXristofor Antonov
Konstantin İreteksi
Oktyabr 1878 – Fevral 1879
Sədrİosif Cakeli
Şəxsi məlumatlar
Doğum tarixi 1833
Doğum yeri
Vəfat tarixi 19 may 1900(1900-05-19)
Vəfat yeri
Təhsili
  • Moskva İmperator Universiteti[d]

Stanislav Despot Zenoviç (Stanisław Despot-Zenowicz) 1835-ci ildə Vilnüsdə anadan olmuşdur. 15 may 1900-cü ildə Batumidə 65 yaşında ağır xəstəlik nəticəsində vəfat etmişdir. Qujufda, Krımda dəfn olunmuşdur..

Subay idi. Onun nəslinin ilk tanınmış namizədi Bartoşanın adı 1837-ci ildə qeyd olunur. 1401-ci ildə Bartoşa Zenoviç və onun oğlu Zenon polyak kralına öz loyallıqları haqda akt imzalamışdırlar. "Despot" (Deszpot) ləqəbi XVII əsrin sonunda Zenoviçlərin Serbiya despotlarından gəlməsinə əsaslanaraq peyda olmuşdur. Despot-Zenoviç nəslinin ilhaq olunduğu zaman Minsk quberniyasının zadəgan (szlachta) cəmiyyətində qeydiyyatdan keçmişdirlər.

  • Böyük qardaşı Aleksandr Despot-Zenoviç 1850-ci ildə konspirativ fəaliyyətinə görə Sibirə sürgün edilmişdir. İllər sonra Aleksandr Tobol qubernatoru olmuşdur (1862 −1867).

Siyasi-ictimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1853-cü ildə Stanislav Despot-Zenoviç Tiflis şəhərinə gəlmişdir. Əvvəlcə rus imperatorunun Qafqazdaki səfiri Vorontsovun Qafqazdakı karguzarlığında qubernatorun müavini olmuşdur. 1854-cü ildə kollec müavini vəzifəsinə təyin olundu. Eyni zamanda Moskva Universitetində təhsil alırdı. Krımın Türkiyə ilə müharibəsindən sonra nailiyyətlərinə görə müşavir təyin olunmuşdur. 1861-ci ildə saray müşaviri rütbəsinə qalxmışdır, 1864-cü ildə isə kollec məsləhətçisi rütbəsində çalışmıdır.

Sonra Despot-Zenoviçi Bakıya gəlmişdir. Burada rayon məhkəməsində prokuror vəzifəsini tutmuşdur. 1872-ci ildə indiki general rütbəsinə bərabər olan dövlət müşaviri oldu.1873-cü ildə iyirmi illik qüsursuz xidmətinə görə Despot-Zenoviç general-mayor rütbəsini qalxmışdır. Məhbusların himayəsi üzrə Qafqaz Cəmiyyətinin üzvü olmuşdur.

Şəhər Dumasında

[redaktə | mənbəni redaktə et]

1878-ci ilin oktyabr ayında şəhər başçısının xəstə olmasına görə müvəqqəti olaraq onu əvəz edirdi, 1879-cu ilin fevral ayında isə qubernator tərəfindən şəhərin başçısı təyin olmuşdur. Qubernator bağının yaşıllaşması, dənizkənarı yolun tikilməsi və şəhərin görünüşü ilə bağlı bir çox işlərlə məşğul olur.

1881-ci ildə Bakı Şəhər Dumasına dörd illik müddətə seçkilər keçirilir (1882–1885), bunun nəticəsində Despot-Zenoviç şəhərin başçısı vəzifəsinə seçilir. O, öz çıxışında belə demişdi: "İlk dəfə bu vəzifəyə hökmdar tərəfindən təyin olunmuşdum. Bu dəfə isə məni siz özünüz seçdiniz, buna görə sizə dərin minnətdarlığımı bildirirəm." Bakı Şəhər Dumasının üzvləri başçının təklifinə əsasən azərbaycan, rus və erməni təyin olunmuşdur.

1886-cı ilin mart ayında Bakı Şəhər Dumasına üçüncü seçkilər keçirilmişdir. Despot-Zenoviç yenidən Bakı Şəhər Dumasının başçısı seçilmişdir.

1888-ci ildə başçının səyləri nəticəsində küçələrin sayı artmış, trotuarlara asfalt salınmış, neft tüstüsü azalmışdır. İctimai at nəqliyyat vasitəsi öz fəaliyyətinə başlamışdır. Despot-Zenoviç həmçinin küçələrin adlanması və nömrələnməsi ilə də məşğul olmuşdur. Balkonda xalçaların çırpılmasına və özəl elanların yayılmasına qadağa qoyulmuş, nəzarətçi müəssisələri açılmışdır. O, həmçinin tarixi abidələrə, əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Sarayına xüsusi qayğı göstərirdi. Məhz onun sayəsində Şirvanşahlar Sarayı bərpa olmuş və şəhərə təhvil verilmişdir.

1889-cu ildə yenidən Bakı Şəhər Dumasının başçısı seçilmişdir. 1893-cü ilin iyul ayında, 16 il başçı kimi xidmət etdikdən sonra öz vəzifəsindən çıxması haqda qərar vermiş və növbəti seçkilərdə iştirak etməkdən imtina etmişdir. 21 iyul 1894-cü ildə Şəhər Şurasına ilkin seçkiləri keçirildi. 12 mart 1894-cü ildə təqaüdə çıxan Stanislav Despot-Zenoviçin şərəfinə təntənəli vida mərasimi keçirildi.

Texniki Məktəb

[redaktə | mənbəni redaktə et]

1880-ci ildə Despot-Zenoviç texniki məktəbin açılışı mövzusunu açmışdı. Daha sonra bu peşə məktəbi dördillik peşə məktəbinə çevrildi və 8 noyabr 1888-ci ildə təntənəli açılışı baş tutdu. 1893-cü ildə məktəbin Stanislavski küçəsində məktəb tikilməsinə təkan vermişdi – layihəni memar Qoslavskiyə tapşırmışdı. 1896-cı ildə məktəbin akt zalında müəssisənin yaradıcısı kimi onun şəkilinin asılmasına qərar verilmişdi. Hazırda həmin məktəb Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir.

1879-cu ildə Ludviq Nobelin hakimiyyətlə birlikdə problemlərin həll olunması üçün sənayeçilərin müstəqil təşkilatının yaradılması fikrini dəstəkləmişdi.

1883-cü ildə Ludviq Nobelin başçılığı ilə "Neft Sənayeçiləri İttifaqı" yaranmışdı. Onun səyləri sayəsində Peterburqda İttifaqın yaranmasına icazə verildi. 26 oktyabr 1884-cü ildə ilk qurultay keçirilən zaman sənayeçi A. F. von Velke belə demişdi: "Despot-Zenoviç öz üzərinə indiyə kimi heç bir başçının etmədiyini götürüb." Hörmət nişanəsi olaraq başçı ömürlük qonaq şəklində ittifaqın bütün qurultaylarında iştirak etməyə dəvət olunmuşdur.

1891-ci ildə Despot-Zenoviç "Xəzər-Qara Dəniz Daşınma İdarəsinə" və "Neft Cəmiyyəti"nin İdarə Heyətinin sədri seçilmişdir.

1895-ci ilin sonunda Bakı Xəzər-Qara Dəniz Cəmiyyətinin İdarəsinin sədri seçilib Batumiyə köçdü.

13 yanvar 1904-cü ildə Bakı Şəhər Duması şəhərin Fəxri Xiyabanında Stanislav Despot-Zenoviçə abidə qoymağa qərar verdi və buna külli miqdarda vəsait ayırdı. Həmçinin Bakı Texniki Məktəbində Despot-Zenoviçin adına "millətindən və dinindən asılı olmayaraq" tələbələr üçün 2 təqaüd ayrıldı.