Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zlatoust
Zlatoust — Rusiyanın Çelyabinsk vilayətində yerləşən şəhərdir. Şəhər eyni zamanda Zlatoust şəhər dairəsinin inzibati mərkəzidir. İnzibati-ərazi bölgüsü baxımından rayon tabeliyində olan şəhərdir. Çelyabinsk vilayətinin qərbindəki iqtisadi, siyasi, mədəni və turizm mərkəzidir. Zlatoust zəngin tarixə malikdir və Rusiyanın tarixi şəhərləri siyahısına daxildir. Əhalisi Şablon:Население nəfərdir. (Şablon:Население). Uralın ən yüksək dağ şəhərlərindən biridir. Şəhərə məxsus yaşayış məntəqələri dəniz səviyyəsindən 400–600 m yüksəklikdə yerləşir. Şəhərin şərqində dünyanın Avropa və Asiya hissələri arasındakı sərhəd yerləşir.
Yohannes Zlatoust
İoánn Xrisostóm və ya Zlatoúst (yun. Ἰωάννης ὁ Χρυσόστομος; təqr. 347 — 407) — Konstantinopol arxiyepiskopu, ilahiyyatçısı, kilsə müqəddəsi. Ortodoks kilsəsində onun xatirəsini yulian təqvimi ilə hər ilin 13 noyabrında qeyd edirlər. O Suriyanın mərkəzi şəhəri olan Antioxiyada anadan olmuşdur və orada təhsil almışdır. Sonra o, bir müddət rahib həyatı yaşamışdır. Daha sonra isə Antioxiyada keşiş olmuşdur. 397-ci ildən sonra ən yüksək xristian rütbəsinə nail olmuşdur. O Konstantinopol patriarhı olmuşdur. Lakin onun imperatorla ixtilafı yarandıqdan sonra o, 402 ildə bu vəzifədən azad olunmuşdu.