Yohannes Zlatoust

İoánn Xrisostóm və ya Zlatoúst (yun. Ἰωάννης ὁ Χρυσόστομος; təqr. 347407) — Konstantinopol arxiyepiskopu, ilahiyyatçısı, kilsə müqəddəsi. Ortodoks kilsəsində onun xatirəsini yulian təqvimi ilə hər ilin 13 noyabrında qeyd edirlər.

İohann Xrisostom
yun. Ἰωάννης ὁ Χρυσόστομος
Rütbə Konstantinopol patriarhı
Doğum tarixi
Doğum yeri Antiohiya
Vəfat tarixi
Vəfat yeri Pont
Qeyd edilir

Ortodoks kilsəsi
Katolik kilsəsi kilsəsi]]
Şərq kilsələri
Lyuteran kilsəsi

Roma-Katolik kilsəsi
Xatirə günü Ortodokslarda — 30 yanvar (12 fevral) və 13 (26) noyabr, katoliklərdə — 13 sentyabr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian rahibliyi  • İsihazm

O Suriyanın mərkəzi şəhəri olan Antioxiyada anadan olmuşdur və orada təhsil almışdır. Sonra o, bir müddət rahib həyatı yaşamışdır. Daha sonra isə Antioxiyada keşiş olmuşdur. 397-ci ildən sonra ən yüksək xristian rütbəsinə nail olmuşdur. O Konstantinopol patriarhı olmuşdur. Lakin onun imperatorla ixtilafı yarandıqdan sonra o, 402 ildə bu vəzifədən azad olunmuşdu.

İoann Xrisostom əsasən əxlaqi məsələlərə həsr olunan bir çox əsər müəllifi olmuşdur. Ən tanınmış əsərlərinin biri "Peri hierosynes" adlanan keşişlər haqqında kitabdır. Bundan başqa onun homiliyaları, məktubları, Bibliya kitablarına yazılmış şərhləri kilsə xadimləri tərəfindən yüksək qiymətləndirilir.

Fəaliyyəti və təlimi

[redaktə | mənbəni redaktə et]

İoann Xrisostom çoxlu kitab müəllifi olmuşdur. Onların böyük əksəriyyətini homiliyalar (moizələr) təşkil edirdi. Ümumiyyətlə isə o, Müqəddəs Kitabın yozulması(ekzegetika) ilə tanınmışdır. Onun fikrincə, dörd İncilin çeşidli yazarlar tərəfindən, birbirindən bağımsız olaraq, çeşidli vaxt və məkanda yazılması, orada olan rəvayətlərin həqiqiliyinə dəlalət edir. Hətta onların arasında olan ziddiyyətlər də bu həqiqəti təsdiq edir. Çünki bu o deməkdir ki, İncilləri yazan yazarlar bir-biri ilə ittifaqa girmədən eyni şeyləri yazmışdılar. Bu ziddiyyətləri, İoann Xrisostomun fikrincə, nəzərə çarpacaq qədər ciddi hesab etmək olmaz.

İoann arianlara qarşı da çıxış et mişdi. Burada o Kappadokiyalı kilsə atalarını təkrarlayırdı. İsada eyni zamanda İlahi və insani mahiyyətin hansı şəkildə bir-biri ilə uyğunlaşması məsələsində İoann dəqiq bir fikir söyləməmişdir.

Xristian təlimində ən mühüm məsələlərdən biri "ilk günah" problemidir. İoann fikrincə, bunun nəticəsində insanlıq günahlara və ölümə düçar olmuşdur. İsanın gəlişi isə xilasedici olmuşdur. Ona iman edən xristianların günahları bağışlanmışdır və onlara gələcəkdə əbədi həyat vəd edilmişdir.

İoann Xrisostom var-dövlətə qarşı çıxış edirdi, müxtəlif kilsələri və Kilsə xadimlərini şiddətli tənqid atəşinə tuturdu. Kilsələr insanın ruhunu zənginləşdirməlidir, binaların daxilini yox. Dünya malı insanlar arasında qeyri-bərabərliyə səbəb olur, deməli ədalətsizliyin əsasını təşkil edir. İoann fikrincə, əgər hər şey Tanrıya məxsusdursa, onda xristianlar "bu mənimdir, bu isə sənin" sözlərini dilə gətirməməlidirlər.

Keşiş zümrəsini imperatorun hakimiyyətindən yüksək sayan İoann, dövlətin kilsə işlərinə müdaxilə etməsi cəhdlərinin əleyhinə çıxış edirdi. Dövlət isə günahın nəticəsidir. Dövlətin verdiyi cəzaların əksinə olaraq, Kilsə mərhəmət prinsipindən çıxış edir.

  • Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 82-83. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.