Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elodeya
Elodeya (lat. Elodea) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin suboyarkimilər fəsiləsinə aid bitki cinsi. Şimali və Cənubi Amerikada 10 növü var. Keçmiş SSRİ-də 2 növü - sıx elodeya və Kanada elodeyası (gətirilmiş bitkidir), o cümlədən Azərbaycanda bir növü bitir. Su hövzələrində kütləvi surətdə çoxaldıqda gəminin hərəkətini çətinləşdirir (buna görə elodeyaya "su taunu" deyirlər). Bitki hüceyrəsinin quruluşunu öyrənmək üçün elodeya qiymətli obyektdir. Akvariumlarda da yetişdirilir.
ZMODEM
ZMODEM – faylların bir kompüterdən başqasına Xmodem-ə nisbətən daha böyük bloklarla və daha etibarlı ötürülməsini təmin edən kommunikasiya protokolu. Bu protokol ən populyar və effektli kommunikasiya protokolu olmaqla faylları ötürmək üçün demək olar ki, bütün kommunikasiya proqramları tərəfindən istifadə olunur. ZMODEM protokolu faylları telefon xəttiylə sürətlə və etibarlı ötürür. Bu protokolun bir özəlliyi də ondadır ki, ötürülmə zamanı rabitə kəsilərsə, faylın ötürülməsi başlanğıcdan deyil, kəsilmə nöqtəsindən başlayaraq davam edir. Bundan başqa, ZMODEM protokolu faylın adını və başqa xidməti informasiyaları göndərir və faylı avtomatik olaraq diskdə saxlayır ki, bu da istifadəçini əlavə işlərdən azad edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Elodea
Elodeya (lat. Elodea) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin suboyarkimilər fəsiləsinə aid bitki cinsi. Şimali və Cənubi Amerikada 10 növü var. Keçmiş SSRİ-də 2 növü - sıx elodeya və Kanada elodeyası (gətirilmiş bitkidir), o cümlədən Azərbaycanda bir növü bitir. Su hövzələrində kütləvi surətdə çoxaldıqda gəminin hərəkətini çətinləşdirir (buna görə elodeyaya "su taunu" deyirlər). Bitki hüceyrəsinin quruluşunu öyrənmək üçün elodeya qiymətli obyektdir. Akvariumlarda da yetişdirilir.
Elodes
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Eldey
Eldey (isl. Eldey) — İslandiyanın cənub-qərbində, Reykyanes yarımadasından təxminən 10 mil (16 km) məsafədə yerləşən kiçik bir ada. Ada təxminən 3 hektar ərazini əhatə edir və hündürlüyü 77 metrə çatır. Adanın dik yamaclarında təxminən 16.000 cüt ilə dünyanın ən Şimal oluşası koloniyalarından biri də daxil olmaqla bir çox quş yaşayır. Adanın yuxarı hissəsində quraşdırılmış iki veb-kameradan istifadə edərək bu koloniyanı real vaxt rejimində müşahidə edə bilərsiniz. 1830-cu ildə vulkan püskürməsindən sonra Qeyrfuqlasker adasından quşlar buraya çoxlu sayda qanadsız qaqara populyasiyası köç edir. 1835-ci ildə kəşf edildikdən sonra koloniyanın sayı 50-yə yaxın olur. Kolleksiyalarında bu quşu görmək istəyən muzeylər tədricən quşları koloniyadan götürürlər. Balalarını yumurtadan çıxaran sonuncu cüt 1844-cü ildə öldürülür.
Kamilla Klodel
Kamilla Klodel (fr. Camille Claudel, 8 dekabr 1864[…], Fer-an-Tardenua[d] – 19 oktyabr 1943[…], Montfavet[d], Voklüz departamenti) — Fransa heykəltaraşı, fransız şair və diplomat Pol Klodelin bacısıdır. == Həyatı == Kamilla Klodel Şimali Fransada Aisnedə, Louise Athanaïse Cécile Cerveaux ilə Louis Prosperin ikinci uşağı olaraq doğulub. Ailə Kamilla uşaq ikən Vilnyöv-Syur-Ferə köçür. Qardaşı Pol 1868-ci ildə doğulub. 1870-ci ildə ailə Bar-le-Duc-ə, 1876-cı ildə Nogent-sur-Seine-ə və 1879-cu ildə Wassy-sur-Blaise-ə köçür. Kamilla anası və digər uşaqlar ilə birgə 1881-ci ildə Parisin Montparnasse bölgəsində məskunlaşır. Kamilla hələ uşaq yaşlarından evlərinin bağçasında palçıqdan və gildən cürbəcür fiqurlar düzəltməyi xoşlasa da, düzəltdiyi fiqurları günün altında qurudub evə gətirəndə anasının ciddi tənqidi ilə üzləşirdi. Kamilla böyüdükcə heykəllərə olan marağı daha da ciddiləşməyə başlayır. Həmin dövrlərdə Fransada qadın rəssam və heykəltaraşlar o qədər azlıq təşkil edirdilər ki, ailə qızlarının incəsənətə olan marağına o qədər də əhəmiyyət vermirdi.
Pol Klodel
Pol Klodel (6 avqust 1868[…], Vilnöv-Sür-Fer, İkinci Fransa İmperiyası – 23 fevral 1955[…], Paris, Dördüncü Fransa Respublikası) – Fransa şairi, dramaturqu və diplomatı. Fransada müasir dövrün ən böyük şairlərindən və dini dramaturqlarından biri hesab olunur. Kamilla Klodelin balaca qardaşıdır. Fransa–Yaponiya münasibətlərinin inkişafına töhfələr vermişdir. == Fəaliyyəti == 1890-cı ildə Fransa Xarici İşlər Nazirliyinin imtahanlarında birinci yeri tutduqdan sonra diplomat karyerası başlamışdır. Otuz il boyunca ABŞ, Çin, Avropa və Cənubi Amerikada müxtəlif diplomatik missiyalarda iştirak etmişdir. 1921-ci ilin dekabrından 1927-ci ilin fevralına qədər Tokioda Fransanın Yaponiyadakı səfiri kimi fəaliyyət göstərmişdir. Yaponiyadakı fəaliyyəti boyunca iki ölkə arasındakı mədəni əlaqələrin gücləndirilməsi üçün işlər görmüş, Fransa-Yaponiya Cəmiyyətini qurmuşdur. 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsindən sonra göstərdiyi xeyriyyə fəaliyyətləri onun Yaponiyadakı reputasiyasını artırmışdır. Klodel Yaponiya mədəniyyətini və ruhunu öyrənməyə çalışmış, Yaponiya haqqındakı mühazirələrini və yazılarını "Yüksələn günəşdəki qara quş" (fr.
Klodet Mukasakindi
Klodet Mukasakindi (25 dekabr 1982, Nyarungenge, Ruanda) — Ruandanı təmsil edən marafonçu. Klodet Mukasakindi Ruandanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Klodet Mukasakindi birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında yarışdı və məsafəni 2 saat 51 dəqiqə 7 saniyəyə qət edərək 118 marafonçu sırasında 101-ci yeri tutdu.. Klodet Mukasakindi növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 5 dəqiqə 57 saniyəyə qət edərək 157 marafonçu sırasında 126-cı yeri tutdu.
Lodev (rayon)
Lodev (fr. Lodève) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ero. Suprefektura — Lodev. Rayon əhalisi 1999-cı ildə 83 044 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 46 nəf / km². Rayon sahəsi — 1819 km².
Markus Zöder
Markus Zöder (alm. Markus Thomas Theodor Söder‎ 5 yanvar 1967[…], Nürnberq, Bavariya) — 2018-ci ildən Bavariyanın Baş naziri və 2019-cu ildən Bavariyadakı Xristian Sosial Birliyinin (CSU) sədri olan Alman siyasətçisidir. == Həyatı == 1986-cı ildə Gimnaziyanı bitirdikdən sonra 1986-1987-ci illərdə hərbi xidmətdə olmuşdu. Sonra 1987-ci ildən Konrad Adenauer Fondunun təqaüdü ilə Erlangen-Nürnberg Universitetində hüquq təhsili almışdır. 1991-ci ildə ilk dövlət imtahanından keçmiş və eyni universitetin konstitusiya, inzibati və kilsə hüququ kafedrasında tədqiqatçı köməkçisi olmuşdur. 1998-ci ildə hüquq tarixində „Von altdeutschen Rechtstraditionen zu einem modernen Gemeindeedikt: Die Entwicklung der Kommunalgesetzgebung im rechtsrheinischen Bayern zwischen 1802 und 1818.“ adlı başlıqlı bir dissertasiya ilə hüquq doktoru dərəcəsinə layiq görülmüşdür. 1992-1994-cü illərdə Münhendə Bavariya radiosunda praktikant, daha sonra redaktor vəzifəsində çalışıb. 1995- ci ildən Bavariya Parlamentinə seçilərək siyasətlə məşğuldur. Zöder 1994-cü ildən Bavariya əyalət parlamenti olan Landtaqın üzvüdür. 2003-2007-ci illərdə CSU partiyasının baş katibi olub.
Zoey Doyç
Zoi Doyç (10 noyabr 1994-cü il təvəllüdlü) — amerikalı aktrisa və prodüser. == Filmoqrafiya == Niyə O?