XƏBƏRSİZLİK
XƏBİSLİK
OBASTAN VİKİ
Xəbis qızlar (film, 2004)
Yaramaz qızlar (ing. Mean Girls) — 2004-cü il amerikan komediya filmi. Filmin rejissoru Mark Uotersdir; o əvvəllər də Lindsi Lohanla birgə "Dəli cümə günü" filminin çəkilişlərində iştirak etmişdi. Filmin Teqlaynı: "Ehtiyatlı ol! Onlar Sənin arxandadırlar!". Keydi Hiron (Lindsi Lohan), zooloq ailəsinin 16 yaşlı qızı, Afrikadan köçərək Amerikaya gəlir. O Evastondakı (İllinoys ştatı) Nort-Şort dövlət orta məktəbində özünün birinci tədris gününə hələ hazır deyil. Cəmiyyətdən qovulmuş Cennis (Lizzi Kaplan) və Demienin köməyi ilə Keydi məktəbin bir-birindən fərqli kompaniyaları haqqda öyrənir. Cennis xəbərdarlıq edir ki, məktəbin 3 ən populyar qızlarından uzaq gəzmək lazımdır, xüsusən də bu qızların başçısı və çox pis dili olan Recina Corcdan (Reyçel Makadams) eytiyatlı olmaq lazımdır. Bu qızlar özlərini "Baunti" adlandırırlar.

Значение слова в других словарях