Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elodeya
Elodeya (lat. Elodea, alm. Wasserpest‎) — suboyar fəsiləsindən çoxillik ot cinsi. Su bitkisidir. Şimali və Cənubi Amerikada 10 növü var. Keçmiş SSRİ-də 2 növü - sıx elodeya və Kanada elodeyası (gətirilmiş bitkidir), o cümlədən Azərbaycanda bir növü bitir. Su hövzələrində kütləvi surətdə çoxaldıqda gəminin hərəkətini çətinləşdirir (buna görə elodeyaya "su taunu" deyirlər). Bitki hüceyrəsinin quruluşunu öyrənmək üçün elodeya qiymətli obyektdir. Akvariumlarda da yetişdirilir.