Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dmitri Znoyko
Dmitri Znoyko — karabidlər, Staphylinidae, Alleculidae, Petriidae böcək ailələri öyrənilməsi üzrə ixtisaslaşan sovet entomoloq. == Həyatı == 1903-cü il 23 iyulda Odessada, həkim ailəsində anadan olmuşdur. Orta və ali təhsilini Odessada almışdır. Məktəbdə oxuyarkən zoologiyala maraqlanırdı, xüsusilə də etimalogiyayla. Hələ məktəbdə oxuyarkən işləməyə məcbur qalır və 1920-ci ilin mayında o, Odessa Gudz İdarəsində əyani vəsaitləri studiyasında işə başlamışdı. 1921-ci il aprel ayından Təkamül Odessgubprofobra Dövlət Muzeyində laborant kimi işə başladı. 1923-1925-ci illərdə, Milli Təhsil Odessa İnstitutunun Geologiya Muzeyində mühafizəçi idi. 1925-ci ildən CGN Ukrayna kənd təsərrüfatı elmi komitəsində, Odessa bölməsində Entomologiya və bitki Patoloji üzrə nəzarətçi sonra isə Odessa Kənd Təsərrüfatı İnstitutunda laborant vəzifələrində çalışmışdır. 1930-cu ildə Milli Təhsil Odessa İnstitutunda entomologiya üzrə kurs keçmişdir. Elmlər Akademiyasının Naxçıvan kompleks ekspidisiyasinda zooloji heyətə başçılıq etmişdir.
Noyon
Noyon — Monqolustanda dünyəvi feodal. Noyon - Monqol ordusunda yüksək rütbəli başçı. == Mənbə == İ.Zeynalov. İzahlı tarix terminləri lüğəti. Bakı, "Azərnəşr", 2006, 284 səh.
Baycu noyon
Baycu noyon (təq. 1201, Böyük Monqol imperiyası – 1260) — Besut ulusundan monqol sərkərdəsi. == Həyatı == Baycu noyon Hülaku xanın sərkərdəsi idi. Tümənbəyi sayılırdı. 30 min qoşunla Sivasda Səlcuqlulara qalib gəldi. Baycu noyon 1261-ci ildə Hülaku xan tərəfindən öldürüldü. == Ailəsi == Baycu noyonun Adak noyon adlı oğlu vardı.
Cebe noyon
Cebe noyon (Чжебе monq. "Cebe", "Ox", yaraq; adı — Cirqoaday aka; 1181, Monqolustan – 1225, Ukrayna) — Monqol minbaşısı, Çingiz xanın silahdaşı. == Həyatı == Cebe noyon Monqol ulusunun Besut/Yesut oymağından çıxmışdı. Monqolların Azərbaycana birinci yürüşü 1220–1222-ci illərdə baş vermişdi. Həmin yürüşdə monqollara Cebe noyon və Sabutay bahadur (1210–1225) başçılıq etmişdi. Cəbə və Sabutay bahadurın başçılıq etdiyi monqol ordusu Azərbaycana soxulub Zəncan, Ərdəbil, Sərab və Təbriz şəhərlərini ələ keçirərək qarət etdi1-ci yürüşdə monqolların Təbrizə 3 dəfə hücum çəkməsinə baxmayaraq, şəhər hər dəfə xərac verməklə qarətdən xilas oldu. Gəncə əhalisidə bu cür taktikanı seçdi və şəhər qarət olunmadı. Monqollar 1222-ci ildə Dərbənddən keçərək şimal istiqamətində geri qayıtmağı qərara aldılar.Onlar 1223-cü ildə Kalka çayı sahilində rus-qıpçaq qalib gəldilər,lakin İdilboyunda bulqarlarla döyüşdə məğlub olub Monqolustana qayıtdılar. == İbn əl-Əsir Cebe noyonun yürüşü haqda == Çin ətrafında çıxmış bir qövm Qaşqar və Balasaqun kimi Türkistan vilaləytlərinə gəldilər. Sonra oradan Səmərqənd, Buxara və qeyri Mavəraunnəhr şəhərlərinə getdilər və oraları alıb gələcəkdə söyləyəcəyimiz işləri gördülər.
Cəlmə noyon
Cəlmə noyon (?-?) — Böyük Monqol imperiyasının sərkərdələrindən biri. == Həyatı == Uryanxay oymağından Çarçıday dəmirçinin oğlu idi. Atası onu götürüb Çingiz xanın yanına getdi. Xan onu keşik dəstəsinə götürüb tez bir zamanda yüksəltdi. Xanın 4 sadiq dostundan biri idi. == Ailəsi == Cəlmə noyonun Yisun Təvə adlı oğlu vardı. O, Çingiz xanın yayçılarının başçısı idi.
Mulay noyon
Mulay noyon (?-1313) — Qara tatar ağası, elxanlı sərkərdəsi. == Həyatı == Mulay noyon Diyarbəkr valisi təyin edilmişdi. Abaqa xanın əmiri idi.
Samaqar noyon
Samaqar noyon (XIII əsr – 28 yanvar 1296) — Qara tatar ağası, Abaqa xanın (1234–1282) sərkərdəsi. == Həyatı == Samaqar noyon Rum valisi təyin edilmişdi. Onun Ərəb ağa adlı oğlu vardı.
Sulamiş noyon
Sulamiş noyon Adak noyon oğlu (?-1299)—Besut ulusundan elxanlı sərkərdəsi. == Həyatı == Sulamiş noyon tanınmış sərkərdə idi. Ünlü bir ailədən çıxmışdı. Atası Adak noyon, babası Baycu noyon Elxanilər dövlətinin adlı-sanlı sərkərdələri idilər. O da bir çox döyüşlərdə özünü tanıtmışdı. Elxanlı taxtında əyləşən Qazan xan, qarşılarında heç cür bacarıqlı olmadıqları Məmlüklərə qarşı cavab vermək üçün 1298-ci ildə Diyarbəkri işğal etdi. Bu sırada Məmlüklər, türkmənlərlə bərabər Maraşı ələ keçirdiler. Daha sonra Hələbdəki Məmlük əsgərləri Sisi vurdu. Buna görə Qazan xan onlara qarşı Suriyaya yönəldi və öncəki Rum valisi Sulamiş ibn Əfak (Üvək) bin Baycu ət-Tatariya bu səfərə qatılmasını əmr etdi. Ancaq Sulamiş bu əmrə tabe olmadı və Qazan xana qarşı üsyan bayrağı açdı (1298).Sulamiş noyon Rum valisi olmaq istəyirdi.
Zeyno Baran
Zeyno Baran (31 yanvar 1972) — əslən Türkiyədən olan Cənubi Qafqaz bölgəsi üzrə tanınmış ABŞ tədqiqatçısı. Zeyno Baran 1972-ci ildə Türkiyədə jurnalist ailəsində anadan olub. Onun atası Əhməd Uran "Hürriyet" qəzetinin xüsusi müxbiri, anası Füsun Arsan isə "Günaydın" qəzetinin əməkdaşı olublar.Zeyno Baran ABŞ diplomatı Metyu Brayzanın həyat yoldaşıdır. Onlar 2007-ci ilin avqustunda ailə qurub.
Çormoqun noyon
Çormoqun noyon (v. 1240-cı illər) — Sunit ulusundan Çingiz xanın qorçusu. == Həyatı == == Ailəsi == Çormoqun noyonun Siramun noyon, Borak noyon adlı oğlanları vardı.
Buxa Noyon Babay
Buxa Noyon Babay — Buryat mifologiyasının personajlarından biridir. Bəzi əfsanələrə görə Boxo Muya (Qərb tanrısı Zayan Saqan Tenqrinin oğlu) Boxo Teli (şərq tanrısı Xamxir Boqdo Tenqrinin oğlu) ilə dava salmış, nəticədə hər ikisi dünyaya düşərək öküzə çevrilmişlər. Boxo Muya boz öküz Buxa Noyon Babaya, Boxo teli isə bəzəkli öküz Tarlan Exen Buxaya çevrilmişdi. Onlar dünyada bir birlərini izləyərək Baykal gölünün ətrafında Tayji xanın mülkündə, bir-birilərilə buynuzlaşmağa başlamışlar. Tayji xanın qızı onları qovmuş, ancaq Buxa Noyon Babayın baxışından və ya böyürməsindən hamilə qalmışdır. Bulaqatların əfsanəsinə görə bu hamiləlikdən bir oğlan olmuş, Buxa Noyon Babay onu öz oğlu kimi qəbul edərək uca dağda yerləşən dəmir beşikdə yedirdərək saxlamışdır. Uşağı olmayan iki şaman qadın Asıxan və Xosıxan Buxa Noyon Babaya xüsusi qurbanvermə mərasimi təşkil edərək, bu uşağı ondan almış və ona Bulaqat Buxa Doroqxo Olokson (Öküz altından tapılmış Bulaqat) adı vermişlər. Bulaqat tayfası onun nəslindən əmələ gəlmişdir. Exiritlərin əfsanəsinə görə Tayji xanın qızı əkiz oğlanları dünyaya gətirmişdi. Bu oğullardan biri Baykal gölü ətrafında yaşayırdı.
Kit Buğa noyon
Kit Buğa noyon (XIII əsr – 3 sentyabr 1260) — Elxanlı sərkərdəsi. == Həyatı == Kit Buğa noyon Nayman ulusundandır. Baurçi (süfrəçi) çini daşıyırdı. O, Hülaku xanın sərkərdəsi idi. Elxan onu Şama hakim təyin etmişdi. == Kitbuğa noyon və Eyn-Cəllut vuruşu == 1260-cı ildə Suriya hakimi monqol Kit Buqa noyon azsaylı ordusu ilə (ya 20000, ya da 10000 əsgərlə) Baalbekdə durmuşdu və düşünürdü ki, heç yerdən qorxu yoxdur. Şərqdən onu səhra qoruyurdu, Qərbdə isə xristian cəngavərlərinin qəsrləri dururdu. Ancaq Kit Buqa noyon çölləri yaxşı bilsə də, xristianları yaxşı tanımırdı. O özü xristian idi və xristianlara inanırdı. Sidonun yiyəsi frank Jülyen isə öz dayısının mülkünü də yağmalayırdı.
Tacəddin Həsən noyon
Böyük Həsən (tam adı: Şeyx Tacəddin Həsən Olcatay noyon ibn Hüseyn noyon ibn Ağbuğa ibn İlxan noyon Cəlayır) (1305-1356) — Elxanlı əmir əl-ümərası, Cəlairilər sultanlığının qurucusu və I sultanı (1344-1356) == Həyatı == Şeyx Həsən noyon Hüseyn noyon oğlu 1305-ci ildə anadan olmuşdu. Elxanlılar dövlətinin böyük əmirlərindən biri olmuşdu. Ara savaşlarının fəal iştirakçısı idi. 1340-cı ildə qalib gəlib Cəlayırlar dövlətini qurdu. Şeyx Həsən noyon Əmir Çoban Sulduzun qızı Bağdad xatunla ailə qurmuşdu. Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xan zorla Bağdad xatunu boşatdırıb özü evləndi. Xan öləndən sonra Şeyx Həsən noyon onun arvadı Dilşad xatun Dəməşq Xacə qızı Sulduzu aldı.
Luici Nono
Luici Nono (it. Luigi Nono; 29 yanvar 1924[…], Venesiya[…] – 8 may 1990[…], Venesiya — İtaliya bəstəkarı. == Həyatı == Luici Nono 29 yanvar 1924-cü il tarixində İtaliyanın Venesiya şəhərində anadan olmuşdur. İtaliya Kommunist Partiyasının üzvü, 1975-ci ildə İtaliya Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur. İkinci Dünya müharibəsi illərində İtaliya Müqavimət hərəkatında iştirak etmişdir. Nono 8 may 1990-cı il tarixində, 66 yaşında Venesiya şəhərində vəfat etmişdir. == Yaradıcılığı == 1950-ci illərdə Nono Pyer Bulez və Karlhayns Ştokhauzen ilə birlikdə musiqidə avanqardizmin başçılarından olmuşdur. Nono "Federiko Qarsia Lorkaya epitafiya" (1953), "Yarımçıq mahnı" (1956; ölümə məhkun olunmuş Avropa Müqavimət hərəkatı mübarizlərinin, o cümlədən sovet vətənpərvərləinin məktubları əsasında), "Hiroşima körpüsündə həyat və məhəbbət mahnıları" (1962) kantataları, "1958-ci il Polşa gündəliyi" (1959; həbs düşərgələrini gəzdikdən sonra yazmışdır) orkestr kompozisiyası, "Dözülməzlik 1960" (1961), "Məhəbbətlə dolu böyük günəş altında" (1975) operaları, "Kabus dünyanı dolaşır" (1970) vokal-elektron kompozisiyası və s. əsərlərində aktual problemləri müasir mövzulara müraciət etmiş, faşizmə, zorakılığa qarşı çıxmışdır. Nono həmçinin, həyat gözəlliklərini vəsf edən lirik əsərlərin müəllifidir.