Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pavel Qraçov
Pavel Qraçov (1 yanvar 1948 – 23 sentyabr 2012, Krasnoqorsk, Moskva vilayəti) — Rusiyanın müdafiə naziri (1992-1996), ordu generalı, Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Pavel Qraçov 1 yanvar 1948-ci ildə Tula vilayətində doğulub. Pavel Qraçov SSRİ Silahlı Qüvvələrində vzvod, rota, batalyon, polk, diviziya komandiri olub. Əfqanıstan müharibəsində iştirakına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1990-1991-ci illərdə SSRİ Hava Desant Qoşunlarının komandanı olub, daha sonra Rusiya müdafiə nazirinin birinci müavini vəzifəsini tutub. 1992-1996-cı illərdə Rusiyanın müdafiə naziri vəzifəsində çalışıb. Müdafiə naziri postunu tərk edəndən sonra Pavel Qraçov "Rosvoorujeniya" və "Rosoboroneksport"da xidmət edib. 2007-ci ildən, Silahlı Qüvvələrdən tərxis olunandan bəri Popov adına Radio Zavodunda (Omsk) baş direktor müşaviri idi. Pavel Qraçov 2012-ci il sentyabrın 23-ü Moskva vilayətində vəfat edib. O, sentyabrın 12-dən Müdafiə Nazirliyinin hərbi hospitalında, reanimasiya şöbəsində müalicə olunurmuş.
Xraçik Babayan
Xraçik Babayan (1 avqust 1996) — Ermənistanlı atıcı. Xraçik Babayan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Xraçik Babayan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 621.5 xal toplayaraq 24-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Dracaena draco
Ədəm ağacı (lat. Dracaena draco) — drasena cinsinə aid bitki növü.
Radok gölü
Radok — Antarktidanın şərqində yerləşən şirinsulu göl. Göl Biver gölündən 5 km cənub-qərbdə, Aramis silsiləsindən isə 24 km cənub-şərqdə yerləşir. Antarktidanın ən dərin gölü hesab edilir. Onun dərinliyi 362 metrdir. Göl ilk dəfə 1956-cı ildə Avstraliya Millli Antaktika Araşdırma ekspedisiyası tərəfindən xəritəyə salınmışdır. Adı ekspedisiyanın qlyasiologiya proqramına böyük dəstəyi olan Melburn Universitetində məruzə oxuyan meteoroloq Uve Radokun şərəfinə adlandırılmışdır. Göl Antarktidanın dəqiq şəkildə müəyyənləşən ən dərin gölü olmaqla yanaşı həm də indiyənə kimi məlum olan yeganə şirinsulu göldür. Gölün sahilində buzlaq dili mövcuddur..
Vasileya Zaçou
Vasileya Zaçou (d. 24 aprel 1994) — Yunanıstanı təmsil edən bədii gimnast. Vasileya Zaçou 2012-ci ildə Yunanıstanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vasileya Zaçou 2012-ci ildə Yunanıstan bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yeleni Doika, Alexia Kiriazi, Evdokia Loukanqkou, Stavroula Samara, və Marianti Zafeiriou ilə birgə təsnifat mərhələsində 51.875 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Braço-du-Trombudo
Braço-du-Trombudo (port. Braço do Trombudo) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 3682 nəfərdir. Ərazisi 90,426 кm²-dir. Əhalinin sıxlığı 41,1 nəfər/кm²-dir. Bələdiyyə 26 sentyabr 1991-ci ildə yaradılmışdır.
Haim Yosef Zadok
Haim Yosef Zadok (ivr. ‏חיים יוסף צדוק‏‎; 2 oktyabr 1913[…] – 15 avqust 2002, Almaniya Federativ Respublikası) — İsrail hüquqşünası, ədliyyə naziri və siyasətçisi idi. == Həyatı == Zadok 1913-cü ildə Avstriya-Macarıstan (indiki Ukrayna) Şərqi Qalisiya bölgəsindəki Rava-Ruskada anadan olmuşdur. Varşava Universitetində fəlsəfə və yəhudi təhsili almışdır. Polşadakı Gordonia gənclər hərəkatının və "Poale Zion Federasiyası" Partiyasının üzvü idi. 1935-ci ildə Məcburi Fələstinə köç etdi və Haqana və Yəhudi Yaşayış Polisinə qoşuldu. İbrani Universitetində hüquq təhsili almış və hüquqşünas kimi təsdiqlənmişdir. 1948-ci il ərəb-İsrail müharibəsi zamanı Baş Hərbi Prokurorluğunda vəkil kimi İDF-yə qoşuldu. 1949-cu ildə Baş prokurorun müavini kimi Ədliyyə Nazirliyinin qanunverici şöbəsinə qatıldı, 1952-ci ilə qədər işlətdi.
Track Top-40
Track Top-40 - Danimarkanın rəsmi hit paradı. Hit parad sinql satış miqdarı və dijital yükləməyə əsasən tərtib edilir.
Zack və Cody Gəmidə
Zak və Kodinin gəmidəki macəraları (İngiliscə: The Suit Life On Deck) bir Disney Channel orijinal serialıdır. Zak və Kodinin əla həyatının davam serialıdır. Bu serialda Zak və Kodi yenə vardır. Amma bu səfər Tipton Hoteldə yox, S.S. Tiptondadırlar. Orada 7 Dəniz məktəbi adlı məktəbə gedərlər. Yeni dostlar taparlar. Serialın köhnə aktyor heyətində kiçik bir dəyişiklik olub. Eşli Tisdl yerinə Debbi Rayan (Beyli Pikket) gəlmişdir. Meddi (Eşli Tisdl) Bostonda universitetə getmişdir; ona görə bu səyahətdə yoxdur, lakin "Meddi gəmidədir" adlı seriyada seriala qonaq kimi gəlmişdir. Serial ilk əvvəl Disney Channelda yayımlandı.Sonra Disney XD ilə bərabər yayımlandı.İndi isə həm Disney XDdə həm də Disney Channelda yayımlanır.