Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Türkəci
Türkəci (bəzən: Türkəçi) — Azərbaycan Respublikasının Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Göyçayın sahilində, Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 416 nəfərdir. == Toponimikası == Tədqiqatçılara görə, oykonim Türk Hacı adı­nın tələffüzdə təhrif olunmuş formasıdır. Əslində, keçən əsrin əvvəllərində Göyçay qəzasında Təklə Hacı və Türkəncə adlı ayrı- ayrılıqda iki kənd mövcud olmuşdur. Tür­kəçi oykonimi Türkəncə adının təhrif olun­muş formasıdır. 1933-cü ildə həmin kənd səhvən Türk Hacı kimi qeydə alınmışdır. 1917-ci ildə Türkəncə kəndi Yengikənd ic­masının tərkibində olmuşdur. Oykonim “yeni türk kəndi” mənasındadır.
Zərnəli
Zərnəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Zərnəli kəndi Həkəri çayının sahilində, təpəli düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ mahalindan, Arazın sağ sahili boyundakı Zərnə kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Achyrocline turneri
Achyrocline turneri (lat. Achyrocline turneri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin achyrocline cinsinə aid bitki növü.
Aquila gurneyi
Qurney qartalı (lat. Aquila gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Mimizuku gurneyi
Qırmızıqulaq meşə bayquşcuğu (lat. Otus gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin meşə bayquşcuğu cinsinə aid heyvan növü.
Otus gurneyi
Qırmızıqulaq meşə bayquşcuğu (lat. Otus gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin meşə bayquşcuğu cinsinə aid heyvan növü.
Tuluq zurnası
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. == Tarixi və xarakteristikası == Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Zərənci (Qoşaçay)
Zərənci (fars. ‎‎زارنجي‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 459 nəfər yaşayır (112 ailə).
Özləm Türeci
Özləm Türeci (6 mart 1967-ci il, Lastrup, Almaniya) — türk mənşəli Almaniya həkimi, elm adamı, sahibkar. 2008-ci ildən bəri həyat yoldaşı Uğur Şahin ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarəçisi. 2020-ci ildə COVID-19 əleyhinə peyvəndin yaradıcılarından biri. Türeci 2018-ci ildən bəri "BioNTech"in baş həkimi vəzifəsini icra edir. 2008-ci ildən 2016-cı ilə qədər "Ganymed Pharmaceuticals" şirkətinin qurucusu və baş direktoru idi. O, həmçinin Mayns Universitetində mühazirələr oxuyur. == Həyatı və təhsili == 1967-ci ildə Almaniyanın Lastrup şəhərində İstanbuldan gələn mühacir bir ailənin övladı olaraq anadan olub. Rizə ilinin, Fındıqlı kökənli atası, Katolik xəstəxanasında cərrah olaraq işləyirdi. Atasının çalışdığı xəstəxanada tibb bacısı rahibələrə heyranlıq duyan Türeci, çox mədəni bir mühitdə böyüyür. Reportajlarının birində özünü "Prussiya türkü" kimi xarakterizə edir.
Əfzələddin Xunəci
Əfzələddin Xunəci — əslən Cənubi Azərbaycanın Xunəc şəhərindən olan, 1194-cü ildə doğulmuş filosof. == Həyatı == Onun haqqında ən qiymətli ilk mənbə öz şagirdi İbn Əbi Useybiənin "Təbiblər təbəqələri barədə xəbərlərin qaynaqları" kitabıdır. Ərəb alimi Azərbaycan filosofuna rəğbətini ifadə edərək yazır: "Ə.Xunəci bilikli başçıdır, kamil düşünəndir, alim və filosofların cənabıdır". O, Qahirədə, daha sonra Misirdə uzun müddət yaşayıb, orda dövlət işlərində çalışıb. Ömrünün son vaxtlarında Misirin və onun əyalətlərinin baş qazisi vəzifəsini tutub. Bu haqda tarixçi Cəlaləddin Suyitinin "Misir və Qahirə xəbərlərinə dair" əsərində qeyd edilib. Qahirədə vəfat edib və orda şagirdləri tərəfindən dəfn edilib. Alman alimi Hammer Purqştal 1856-cı ildə Vyanada çap etdirdiyi çoxcildli "Ərəb ədəbiyyatı tarixi" kitabında Xunəciyə xeyli yer ayırıb. Alman şərqşünası Karl Brokkelmanın da onun haqqında tədqiqatları var. Nikolas Resçer "Ərəbdilli məntiq tarixinə dair tədqiqatlar" (1963), "Ərəbdilli məntiqin inkişafı" (1964) adlı kitablarında Xunəcinin də üzərində geniş dayanıb.
Heyvandarlıq Zərbəçi Cəbhədir (1981)
Heyvandarlıq zərbəçi cəbhədir (film, 1981)
Zərbəçi kolxozçuların I toplanışı (film, 1936)
== Məzmun == Film Azərbaycanın kənd təsərrüfatında çalışan zərbəçi kolxozçuların I toplanışına həsr olunmuşdur.