Türkəci

Türkəci (bəzən: Türkəçi) — Azərbaycan Respublikasının Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Türkəci
40°28′ şm. e. 47°47′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ucar rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 10 m
Saat qurşağı
Əhalisi
Əhalisi 416 (2009) nəfər
Xəritəni göstər/gizlə
Türkəci xəritədə
Türkəci
Türkəci

Göyçayın sahilində, Şirvan düzündədir.[2]

Əhalisinin sayı 416 nəfərdir. [3]

Tədqiqatçılara görə, oykonim Türk Hacı adı­nın tələffüzdə təhrif olunmuş formasıdır. Əslində, keçən əsrin əvvəllərində Göyçay qəzasında Təklə Hacı və Türkəncə adlı ayrı- ayrılıqda iki kənd mövcud olmuşdur. Tür­kəçi oykonimi Türkəncə adının təhrif olun­muş formasıdır. 1933-cü ildə həmin kənd səhvən Türk Hacı kimi qeydə alınmışdır. 1917-ci ildə Türkəncə kəndi Yengikənd ic­masının tərkibində olmuşdur. Oykonim “yeni türk kəndi” mənasındadır. [4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  4. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.