Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İzvança müqaviləsi
İzvança müqaviləsi, 1672-1676-cı illər Osmanlı- Polşa-Litva Birliyi (Reç Pospolita-Polşa Krallığı Taxt-tacı və Böyük Litva Knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış federativ dövlət) müharibəsinə son qoyan sülh müqaviləsi. 27 oktyabr 1676-cı ildə Ukraynanın Zuravno şəhərində imzalandığı üçün Zuravno Müqaviləsi kimi də tanınır. Türkcə adını isə Zoravno şəhərinə Türklərin verdiyi İzvança adından götürür. == Müqaviləyə gedən yol == Polşanın Osmanlı İmperiyasının himayəsi altında olan Ukrayna kazaklarına müdaxilə etməsi səbəbiylə 1672-ci ildə baş verən müharibədə Türk qoşunları qısa bir zamanda bütün Podolyeni və Ukraynanın əhəmiyyətli bir hissəsini fəth etdi, Lvov və Lublin mühasirəyə alındı və Polşa Krallığı ağır şərtləri olan Buçaş müqaviləsini imzalamalı oldu. 1673-cü ildə Polşa, ordusunu bərpa etdi, əks-hücuma keçdi və itirilmiş torpaqların bir hissəsini geri ala bildi. Daha sonra Osmanlı İmperiyası bölgəyə cəmləşdi və Türk ordusu 1675-ci ildə böyük bir bölgəni yenidən fəth etdi, Lvova gəldi. Şeytan İbrahim Paşanın komandanlığı altında olan Türk ordusu 1676-cı ildə yenidən bölgəyə hücum etdi və Lvovun cənubundakı Zuravno tərəfə keçdi, III Jan Sobieskinin komandanlığı altında olan Polşa ordusunu mühasirəyə aldı. Çətin bir vəziyyətdə olan və itirdiyi torpaqları geri ala bilməyəcəyini anlayan Polşa-Litva Birliyi sülh təklif etdi. == Müqavilə == Barışıq təklifi Osmanlı İmperiyası tərəfindən qəbul edildi və müqavilə 27 oktyabr 1676-cı ildə imzalandı. Müqavilə, Buçaş müqaviləsinin şərtlərini bir qədər yüngülləşdirdi, lakin Osmanlı İmperiyasının xeyrinə idi.
Akemi İvata
Akemi İvata (d. 19 yanvar 1954) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Ayumi İvata
İvata (şəhər)
İvata (yapon dilində: 磐田市 İvata-si) Yaponiyanın Şizuoka prefekturasında şəhər. Şəhərin ərazisi 164,08 km² , əhalisi 164 792 nəfər (1 avqust 2014-cü il , əhalinin sıxlığı hər km²-ə 1004,34 nəfər. == Coğrafi vəziyyəti == İvata şəhəri Honşu adasında Çubu regionunun Şizuoka prefekturasında yerləşir. Xamamasu, Fukuroi şəhərləri və Mori qəsəbəsi ilə həmsərhəddir . == Əhalisi == Şəhərin əhalisi 164 792 nəfərdir (1 avqust 2014-cü il). Əhalinin sayının 1980-cı ildən 2005-ci ilədək dəyişməsi aşağıda əks olunmuşdur .