Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ablakim İlmiy
Ablakim İlmiy — (1887 – 1947, Mecidiya[d], Konstantsa) — krım tatar yazıçı, jurnalist, pedaqoq, ictimai xadim. == Haqqında == Ablakim İlmiy 1887-ci ildə Tavrida quberniyasının Simferopol uyezdinin Duvankoy volostinin Eski-El kəndində anadan olub. İbtidai təhsilini kənd məktəbində aldıqdan sonra Baxçasarayda orta təhsilini davam etdirib. İstanbulda təhsil aldığı dövrdə krım tatar tələbələrinin gizli "Tələbə cəmiyyəti" təşkilatına üzv olub. Burada o Krım tatar milli hərəkatının fəalları Cəfər Seyidəhməd Krımər, Noman Çələbi Cihan, Həbibulla Odabaş ilə tanış olur. Ablakim İlmiyin "Xanların çəhrayı gül bağı və ya Krımın tarixi" kitabının tərcüməsi onu tanıdan əsas əsərlərdən biri olur. Bu əsər 1811-ci ildə Gəraylar nəslindən olan Həlim Gəray tərəfindən Krım xanlığının tarixi haqqında yazılıb. 1909-cu ildə Ablakim İlmiy öz şərhləri ilə bu əsərin tərcüməsini İstanbulda çap etdirdi. 1914-cü ildə Ablakim İlmiy Krıma geri dönür. Tavdair mədrəsəsinin rektoru kimi fəaliyyət göstərir.