Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Benedetto Menzini
Benedetto Menzini (29 mart 1646, Florensiya – 7 sentyabr 1704, Roma) — italyan şairi. == Həyatı == Benedetto Menzini 1646-cı ildə yoxsulluq içində dünyaya gəlmişdir. Keşiş olmuş, natiqlik üzrə dərs demişdir. Papa XII İnnokenti və XI Klimentin qayğısı sayəsində hörmət və firavanlıq qazanmışdır. O, şüurlu olaraq marinizmdən uzaqlaşır. Onun "Poeziya sənəti" adlı kitabı Bualonun əsəri kimi klassisizmin əsas müddəalarının şərhinə həsr olunmuşdur. Bir klassisist kimi Mendizini sənətkarın vəzifəsini "dərin həqiqətləri aydın və yüksək formada əks etdirməkdə" görmüşdür. Tasso və Kyabrera kimi sənətkarların ədəbi irsinə əsaslanan ədib italyan klassisizminin nəzəriyyəçisi və qanunvericisi kimi şöhrət tapmışdır. Onun 1680-ci ildə çap olunmuş "Lirik şeirlər" kitabında klassisizm ədəbiyyatına məxsus meyllər aydın şəkildə nəzərə çarpır. Benedetto Menzini 1704-cü ildə vəfat edib.
Euphorbia imerina
Euphorbia imerina (lat. Euphorbia imerina) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Kazuo İmanişi
Kazuo İmanişi (d. 12 yanvar 1941) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kinci İmanişi
Kinci İmanişi (今西 錦司, İmanişi Kinci, 6 yanvar 1902, Kioto – 15 iyun 1992, Kioto) – Yaponiya zooloqu, ekoloqu və antropoloqu. Yaponiyada primatologiya elminin əsasını qoymuşdur. == Həyatı == Kinci İmanişi 1902-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur. Kioto Universitetindən məzun olduqdan sonra gündəcələrin ekologiyasını araşdırmağa başlamışdır. Tədqiqatları əsasında "yaşayış arealı üzrə təcrid olunma" nəzəriyyəsini inkişaf etdirmişdir. Bu nəzəriyyəyə görə eyni arealda məskunlaşan müxtəlif növlər müvəqqəti olaraq eyni yaşayış adaptasiyalarını saxlayırlar. Kioto Universitetində dərs verməyə başladıqdan sonra alpinizm və səyahətlə maraqlanmağa başlamışdır. 1938–39 və 1944–46-cı illərdə Daxili Monqolustanda, 1941-ci ildə Ponpey adasında, 1952-ci ildə Nepalın Himalay dağlarında, eləcə də, digər yerlərdə tədqiqat ekspedisiyaları təşkil etmişdir. İkinci dünya müharibəsindən sonra Kioto Universitetinin Humanitar Elmlər üzrə Tədqiqat İnstitutunun üzvü olmuşdur. Burada primatların davranışı üzərində tədqiqatlar başlatmışdır.
Pienini dağları
Pienini (pol. Pieniny; slovak. Pieniny) — Polşanın cənub-şərqində, Slovakiyanın isə şimal-şərq hissəsində yerləşən dağ silsiləsi. Silsilə Qərbi Beskid dağlarının şərq hissəsi hesab olunur. Dəniz səviyyəsindən ən yüksək zirvəsi — Velki-Skalki dağıdır ki, onun da hündürlüyü 1050 metr təşkil edir. Ən tanınmış zirvələrindən biri də Tri Korona dağıdır (982 m). Dağ massivi 3 hissədən ibarətdir — Spisske Pienini, Mərkəzi Pienini (Polşa ərazisində) və Kiçik Pienini (Polşa və Slovakiya ərazilər). Dağlar əsasən əhəngdaşı və dolomit mənşəli süxurlardan təşkil olunub. Pienini dağ silsiləsi bir neçə geoloji epoxalar boyu dəniz dibində formalaşmışdır. Təbaşir dövründə toplanmış çöküntü qatı yüksəlməyə başlamışdır.
Milena Benini
Milena Benini (24 noyabr 1966, Zaqreb – 4 iyun 2020, Zaqreb) — xorvat elmi fantastika yazıçısı və tərcüməçisi. Benini 24 noyabr 1966-cı ildə Yuqoslaviyanın Zaqreb şəhərində anadan olub. 6 dəfə (1999, 2006, 2010, 2012, 2016, 2017) SFERA mükafatı da daxil olmaqla bir sıra mükafatlara və əsərlərinə görə çoxsaylı artifakt mükafatlarına layiq görülüb. Benini 4 iyun 2020-ci ildə Xorvatiyanın Zaqreb şəhərində ciddi xəstəlik səbəbiylə 53 yaşında vəfat etdi.
Roberto Benini
Roberto Beninyi (it. Roberto Benigni, d. 27 oktyabr 1952, Kastilyon Fiorentino, Aretsso, Toskana, İtaliya) — italyan aktyor, rejissor, ssenarist və prodüser, "Oskar" və "BAFTA" mükafatları laureatı. Roberto Beninyi 1970-ci illərdə İtaliya komediya seriallarında çəkilməyə başlayıb. Az sonra məşhur italyan komiki Totonun ənənələrinin davamçısı kimi məşhurlaşıb. İtalya sərhədlərindən kənarda Beninyinin ekssentrik kimliyi o Cim Carmuşun art-haus layihələri olan "Qanundan kənar" (1986) və "Yer üzündə gecə" (1991) filmlərində çəkildikdən sonra şöhrət qazanıb. Onun əcaibliyi rejissoru olduğu "Həyat gözəldir" filmi 1997-ci ildə Kann kinofestivalının qran-prisini alandan sonra özünə daha çox diqqət çəkib. Qeyri-adi hərəkətləri ilə tanınan aktyor bu mükafatı ona təqdim edən Martin Skorsezenin qarşısında diz çöküb onun əlini öpüb. Film bir neçə nominasiya üzrə "Oskar" mükafatına təqdim olunmuş və "Ən yaxşı kişi rolu" nominasiyasında Beninyiyə qələbə qazandırmışdır. Bu iki mükafatı qazanandan sonra Beninyinin uzun müddət daha hansı işlər ortaya qoyacağı müzakirə predmeti olmuşdur.
İmenti-xenti
Bubastis (q.yun. Βουβαστίτης νομός) və ya İmet-xenti (q.misir 𓈳; "cənub şahzadəsi"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca on səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "İmti-xenti", "İm-xent", "Amti-xenti" və "Am-xent" daxildir. Tədqiqatda bu nom adətən "L18" adlandırılır.
Merini sultanlığı
Merinilər — indiki Mərakeşi və 13-cü əsrin ortalarından 15-ci əsrə qədər aralıqlarla Şimali Afrikanın Cəbəllütariq ətrafını və cənubi İspaniyanın bəzi ərazilərini idarə etmiş sülalə. Sultanlıq bərbər əsilli Zənata qəbiləsinə mənsub Merini və ya Bəni Əbdülhaqq sülaləsi kimi tanınan müsəlman ailə tərəfindən idarə olunurdu. Merinilər Tunis və Sahara ətrafında köçəri və ya oturaq həyat sürmüş və heç bir hakimiyyətin vassallığını qəbul etməmişdilər. Lideriləri Mahyunun ölümündən sonra I Əbdülhaqq dövründə bütün Merini qəbilələrinə çağırışlar edilmiş və 1213-cü ildə Mərakeş ətrafında tam məskunlaşmışlar. 1244-cü ildə Merini hökmdarlarının Əlmüvəhhidi tayfalarını məğlub etməsi ilə Mərakeşdə Merini hakimiyyətinin əsası qoyulmuşdur. Xanədanlıq 14-cü əsrin ortalarında qısa müddətlik bütün Məğrib üzərində hakimiyyət qura bilmişdi. 13-14-cü əsrlərdə Kastiliya və Portuqaliyaya qarşı Əndəlüs və Qranada əmirliklərinə dəstəkləmişdir. Həmçinin Cəbəllütariq boğazının Avropa hissəsinə birbaşa nəzarət etmək üçün səy göstərsələr də Tarif döyüşündəki məğlubiyyətləri və Alhesirasın 1344-cü ildə Kastiliya tərəfindən ələ keçirilməsi ilə bu siyasətləri baş tutmadı. Merinilər 1465-ci il Mərakeş üsyanı nəticəsində devrildilər və onları Vattasi sülaləsi əvəz etdi. Vikianbarda Merinilər ilə əlaqəli mediafayllar var.
Menni Pakyao
Menni Pakyao — Filippinli boksçu. Filippinli Menni Pakyao bütün 7 çəki kateqoriyasının hamısında çempionluq kəmərini qazanan ilk boksçu kimi tarixə düşüb. 2021-ci ilin sentyabrında Manny Pacquiao 2022-ci il prezident seçkilərində namizəd olacağını elan etdi.. Menni Pakyao karyerası ərzində 56 qələbə qazanıb, 5 dəfə məğlub olub. Qələbələrdən 38-də nokaut qeydə alınıb.
Qabdrəhim Utız İməni
Qabdrəhim Utız İməni əl-Bulqari (əsl adı — Qabdrəhim Osman; başq. Ğәbdеrəhim әl-Bolğari, tat. Qаbderəhim Qosman uqılı Utız-İməni əl-Bulqari; d.1752 — ö.1836 (bəzi mənbələrə görə 1754–1834) — tatar və başqırd şairi, alim, din xadimi və maarifçi. İslam dünyasında həmçinin qədim Quranın itirilmiş hissələrinin bərpaçısı kimi tanınan alim (Xəlifə Osmanın yazdığı Quranı). Bioqrafik məlumatlar ziddiyyətlidir. Belə ki, Q. Qaziz, K. Nasıri, Q. Rahim və Q. Saqdinin fikrincə Qabdrəhim Utız İməni 1730-cu ildə anadan olub, və 1815-ci (yaxud 1816-cı) ildə vəfat edib. Lakin ənənəvi versiyalara inansaq Qabdrəhim 1754-cü ildə anadan olub. Atası Osman, onun anadan olmasına qədər vəfat edib və anası Qafifa Qabdrəhimin də anadan olduğu doğma kəndi Utız-İmənə qayıtmağa məcbur olmuşdu. Qabdrəhim in 2–3 yaşı olanda anası da vəfat edir. O, qohumlarının himayəsində böyüyüb başa çatır.
İmeni Aleksandra Kosmodemyanskoqo
İmeni Aleksandra Kosmodemyanskoqo (rus. и́мени Алекса́ндра Космодемья́нского) — Rusiyanın Kalininqrad vilayətinin Kalininqrad şəhərinin Mərkəzi İnzibati Rayonunda mikrorayon. Əvvəllər alman dilində Metqethen adı ilə əvvəlcə şəhər mərkəzindən qərbdə yerləşən Köniqsberqin qəsəbəsi, sonra isə şəhərin əsas hissəsi idi. Vistula Laqonun (Kalin ipinqrad körfəzi) şimalında,"Kaporner Heath"da yerləşən Metqethen kəndi ilk dəfə 1278-ci ildə Tevtonik ordeni salnamələrində Myntigeite olaraq adı çəkilir. Bu zaman Landmeister Konrad von Terberq əkin sahəsinin bir hissəsini Regune adlı prusslara verdi. "Metgethen" sonuncu ad olaraq öz qızını On üç illik müharibənin komandiri və Erhard Ernst von Röderin əcdadı Kristof fon Röderlə evləndirənə qədər,yəni 1482-ci ilə qədər idi. Onun malikanəsi 1760-cı ildə bir İtalyan memar tərəfindən inşa edilmişdir. Metqethen bir villa ətrafında böyüməyə başladı. Günlük səfərlər üçün məşhur bir yer idi, xüsusən də Vierbrüderkrug mehmanxanası və 13-cü əsrdə Sudovilər tərəfindən öldürülmüş Tevtonik Cəngavərlərin dörd ögey qardaşının əfsanəsinin şərəfinə Vierbrüdersäule abidəsi. Ətraf ərazidə Şərqi Prussiya qadınları üçün məktəb olan Landfrauenschule Metgethen, həmçinin yanğınsöndürmə akademiyası və bədən tərbiyəsi müəllimləri yetişdirmək üçün bir Volkssportschule vardı.