Kinci İmanişi

Kinci İmanişi (今西 錦司, İmanişi Kinci?, 6 yanvar 1902[1], Kioto15 iyun 1992, Kioto)Yaponiya zooloqu, ekoloquantropoloqu.[2] Yaponiyada primatologiya elminin əsasını qoymuşdur.[3]

Kinci İmanişi
yap. 今西 錦司
Doğum tarixi 6 yanvar 1902(1902-01-06)[1]
Doğum yeri
Vəfat tarixi 15 iyun 1992(1992-06-15) (90 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti antropoloq, entomoloq, universitet müəllimi[d], alpinist
Mükafatları "Mədəniyyət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kinci İmanişi 1902-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur.[2] Kioto Universitetindən məzun olduqdan sonra gündəcələrin ekologiyasını araşdırmağa başlamışdır.[2] Tədqiqatları əsasında "yaşayış arealı üzrə təcrid olunma" nəzəriyyəsini inkişaf etdirmişdir.[2] Bu nəzəriyyəyə görə eyni arealda məskunlaşan müxtəlif növlər müvəqqəti olaraq eyni yaşayış adaptasiyalarını saxlayırlar.[2]

Kioto Universitetində dərs verməyə başladıqdan sonra alpinizm və səyahətlə maraqlanmağa başlamışdır.[2] 1938–39 və 1944–46-cı illərdə Daxili Monqolustanda, 1941-ci ildə Ponpey adasında, 1952-ci ildə Nepalın Himalay dağlarında, eləcə də, digər yerlərdə tədqiqat ekspedisiyaları təşkil etmişdir.[2]

İkinci dünya müharibəsindən sonra Kioto Universitetinin Humanitar Elmlər üzrə Tədqiqat İnstitutunun üzvü olmuşdur.[2] Burada primatların davranışı üzərində tədqiqatlar başlatmışdır.[2] Onun yapon əntərləri haqqında araşdırmaları xarici ölkələrdə maraqla qarşılanmışdır.[2] 1957-ci ildə "Primates" jurnalını qurmuşdur.[3] Bu jurnal dünyada nəşr olunan ən köhnə beynəlxalq primatologiya jurnalıdır.[3] İmanişi 1979-cu ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.[2]

  • "Seybutsu no sekay" (1941, "Canlılar dünyası")
  • "Seybutsu şakay no ronri" (1949, "Canlılar aləminin məntiqi")
  • "İmanişi Kinci zenşu" (1974–75, "Kinci İmanişinin seçilmiş əsərləri")
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 Kodansha Encyclopedia of Japan
  3. 1 2 3 Matsuzava, Tetsuro; Yamaqiva, Juichi. "Primatology: the beginning". Primates. 59 (4). 2018: 313–326. doi:10.1007/s10329-018-0672-9. PMID 29982936.