Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazuo İmanişi
Kazuo İmanişi (d. 12 yanvar 1941) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kinci İmanişi
Kinci İmanişi (今西 錦司, İmanişi Kinci, 6 yanvar 1902, Kioto – 15 iyun 1992, Kioto) – Yaponiya zooloqu, ekoloqu və antropoloqu. Yaponiyada primatologiya elminin əsasını qoymuşdur. == Həyatı == Kinci İmanişi 1902-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur. Kioto Universitetindən məzun olduqdan sonra gündəcələrin ekologiyasını araşdırmağa başlamışdır. Tədqiqatları əsasında "yaşayış arealı üzrə təcrid olunma" nəzəriyyəsini inkişaf etdirmişdir. Bu nəzəriyyəyə görə eyni arealda məskunlaşan müxtəlif növlər müvəqqəti olaraq eyni yaşayış adaptasiyalarını saxlayırlar.Kioto Universitetində dərs verməyə başladıqdan sonra alpinizm və səyahətlə maraqlanmağa başlamışdır. 1938–39 və 1944–46-cı illərdə Daxili Monqolustanda, 1941-ci ildə Ponpey adasında, 1952-ci ildə Nepalın Himalay dağlarında, eləcə də, digər yerlərdə tədqiqat ekspedisiyaları təşkil etmişdir.İkinci dünya müharibəsindən sonra Kioto Universitetinin Humanitar Elmlər üzrə Tədqiqat İnstitutunun üzvü olmuşdur. Burada primatların davranışı üzərində tədqiqatlar başlatmışdır. Onun yapon əntərləri haqqında araşdırmaları xarici ölkələrdə maraqla qarşılanmışdır. 1957-ci ildə "Primates" jurnalını qurmuşdur.
Denise Bilmann
Denise Bilmann (11 dekabr 1962, Sürix) — İsveçrəli Fiqurlu konkisürmə ustası, idmançı. == Həyatı == Denise Bilmann 1981-ci ildə Avropa və Dünya çempionu olmuşdur və 3 dəfə İsveçrə dünya çempionatında qızıl medal almışdır. Bir yarışmada üçlü lutz atan ilk qadın Fiqurlu konkisürmə ustasıdır. İlk dəfə 1978-ci il Avropa çempionatında çıxış etmişdir. 1980-ci il qış olmiyasında sərbəst proqramı birinci tamamlayıb, toplamda dördüncü sırada yer almışdır. Billmann dönüşünə adını verən idmançıdır. Denise Bilmann bu dönüşü tapmamış ancaq dönüşün tanınmasına yardımçı olmuşdur.
Umnisə Musabəyova
Umnisə Süleyman qızı Musabəyova (9 oktyabr 1902 – 15 noyabr 1974) — Azərbaycan oftalmoloqu, tibb elmləri doktoru (1936), professor (1943), Azərbaycan SSR EA-nın üzvü (1962), Azərbaycan SSR Əməkdar Elm Xadimi (1957). == Həyatı == Ümnisə Musabəyova 9 oktyabr 1902-ci ildə Qutqaşendə (Qəbələ) rayonunda hüquqşünas ailəsində anadan olmuşdur.Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) fondlarında mühafi zə olunan, vaxtaşırı ekspozisiya və sərgilərində nümayiş etdirilən 26 adda materialları—fotoşəkillər, sənədlər, kitablar və şəxsi əşyaları kəmiyyətcə çox olmasa da, elmi dəyəri etibarı ilə Ü.Musabəyovanın görkəmli alim, ictimai xadim və gözəl pedaqoq kimi çoxcəhətli fəaliyyətini işıqlandırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Materialları Ü.Musabəyovanın yeganə övladı vaxtilə Muzeyin Yeni Tarix şöbəsinin əməkdaşı olmuş, tarix elmləri doktoru Dilarə İbrahim qızı Musabəyova 1960-cı ilin yanvarında Muzeyə hədiyyə etmişdir. == Yaradıcılığı == Orta təhsilini Bakıda böyük xeyriyyəçi H.Z.Tağıyevin maliyyə dəstəyi ilə 1901-ci ilin oktyabrında açılmış Aleksandra rus-müsəlman qız məktəbində (müsəlman şərqində ilk dünyəvi qız məktəbi) aldıqdan sonra 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. IV kursda oxuyarkən həm də Mikrobiologiya və gigiena institutunda laboratoriyada işləyir. Burada onun elmi-tədqiqat işinə marağı özünü büruzə verir. 1926-cı ildə ali təhsilini başa vurmuş Ümnisə Musabəyova bacarıqlı gənc mütəxəssis kimi Universitetin göz xəstəlikləri kafedrasında saxlanılır, əvvəl ordinator, 1930-cu ildən assistent işləyir. Ali təhsildəki uğurları gənc həkimdə göz xəstəliklərinin müxtəlif problemlərini öyrənmək, bu sahədə elmə yeni əlavələr etmək həvəsini artırır. Bu məqsədlə gündüzlər vaxtını Mərkəzi göz klinikasında, məşğələ otaqlarında, gecələr yazı masası arxasında keçirir. Tezliklə Ümnisə xanımın göz xəstəliklərinin mühüm problemlərindən bəhs edən sanballı məqalələri mətbuat səhifələrinə yol açır, xarici ölkələrin tibb jurnallarında onun dəyərli elmi mülahizələri maraq doğurur, fövqəladə istedadı alimlərin diqqətini cəlb edir.
Qabdrəhim Utız İməni
Qabdrəhim Utız İməni əl-Bulqari (əsl adı — Qabdrəhim Osman; başq. Ğәbdеrəhim әl-Bolğari, tat. Qаbderəhim Qosman uqılı Utız-İməni əl-Bulqari; d.1752 — ö.1836 (bəzi mənbələrə görə 1754–1834) — tatar və başqırd şairi, alim, din xadimi və maarifçi. İslam dünyasında həmçinin qədim Quranın itirilmiş hissələrinin bərpaçısı kimi tanınan alim (Xəlifə Osmanın yazdığı Quranı). == Həyatı == Bioqrafik məlumatlar ziddiyyətlidir. Belə ki, Q. Qaziz, K. Nasıri, Q. Rahim və Q. Saqdinin fikrincə Qabdrəhim Utız İməni 1730-cu ildə anadan olub, və 1815-ci (yaxud 1816-cı) ildə vəfat edib. Lakin ənənəvi versiyalara inansaq Qabdrəhim 1754-cü ildə anadan olub. Atası Osman, onun anadan olmasına qədər vəfat edib və anası Qafifa Qabdrəhimin də anadan olduğu doğma kəndi Utız-İmənə qayıtmağa məcbur olmuşdu. Qabdrəhim in 2–3 yaşı olanda anası da vəfat edir. O, qohumlarının himayəsində böyüyüb başa çatır.
İmeni Aleksandra Kosmodemyanskoqo
İmeni Aleksandra Kosmodemyanskoqo (rus. и́мени Алекса́ндра Космодемья́нского) — Rusiyanın Kalininqrad vilayətinin Kalininqrad şəhərinin Mərkəzi İnzibati Rayonunda mikrorayon. Əvvəllər alman dilində Metqethen adı ilə əvvəlcə şəhər mərkəzindən qərbdə yerləşən Köniqsberqin qəsəbəsi, sonra isə şəhərin əsas hissəsi idi. == Tarixi == Vistula Laqonun (Kalin ipinqrad körfəzi) şimalında,"Kaporner Heath"da yerləşən Metqethen kəndi ilk dəfə 1278-ci ildə Tevtonik ordeni salnamələrində Myntigeite olaraq adı çəkilir. Bu zaman Landmeister Konrad von Terberq əkin sahəsinin bir hissəsini Regune adlı prusslara verdi. "Metgethen" sonuncu ad olaraq öz qızını On üç illik müharibənin komandiri və Erhard Ernst von Röderin əcdadı Kristof fon Röderlə evləndirənə qədər,yəni 1482-ci ilə qədər idi. Onun malikanəsi 1760-cı ildə bir İtalyan memar tərəfindən inşa edilmişdir.Metqethen bir villa ətrafında böyüməyə başladı. Günlük səfərlər üçün məşhur bir yer idi, xüsusən də Vierbrüderkrug mehmanxanası və 13-cü əsrdə Sudovilər tərəfindən öldürülmüş Tevtonik Cəngavərlərin dörd ögey qardaşının əfsanəsinin şərəfinə Vierbrüdersäule abidəsi. Ətraf ərazidə Şərqi Prussiya qadınları üçün məktəb olan Landfrauenschule Metgethen, həmçinin yanğınsöndürmə akademiyası və bədən tərbiyəsi müəllimləri yetişdirmək üçün bir Volkssportschule vardı. Kənd üçün olan kilsə isə tacir Qustav Brun tərəfindən maliyyələşdirilmiş və 1924-1925-ci illərdə Edmund May tərəfindən inşa edilmişdir.
Umnisə xanım (film, 1969)
== Məzmun == Film gözəl insan, istedadlı həkim, təcrübəli cərrah, alim və ictimai xadim Umnisə xanım Musabəyovaya həsr olunmuşdur. Umnisə xanım çalışdığı Mərkəzi Göz Klinikasında lentə alınmışdır. Burada əsas yer həkimin xəstələrlə tanışlığına, cərrahiyyə əməliyyatı aparmasına, həkimlərlə söhbətinə ayrılıb. Bu epizodlarla bərabər onun haqqında ictimai xadim kimi də söhbət gedir. Filmdən bəlli olur ki, o, bir çox ölkələrdə olmuş, beynəlxalq konfranslarda, simpoziumlarda iştirak etmişdir.
Mənşə (Den Braunun əsəri)
Başlanğıc (ing. Origin) — ABŞ yazıçısı Den Braun tərəfindən 2017-ci ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi, İtirilmiş simvol və Cəhənnəm romanlarından sonra beşinci romandır. Əsər ilk dəfə 3 oktyabr 2017-ci ildə "Doubleday" nəşriyyatı tərəfindən təqdim edilmişdir.
Qatilin inancı: Mənşə (film, 2009)
Assasinin kredosu: Mənşə (ing. Assassin’s Creed: Lineage) — Qatilin İnancı II videooyunu əsasında çəkilmiş üç qısa bölümdən ibarət bir filmdir. Film Ubisoft tərəfindən çəkilmişdir. Və birinci bölümü də 26 oktyabr 2009-cu ildə YouTube-də çıxmışdır. Filmin məqsədi videooyun üçün həvəs yaratmaq idi, bununla bərabər, həm də o, Ubisoft-un film sahəsinə girməsində ilk addım oldu. Filmi kanadalı rejissor İv Simono yönəltmişdir. == Süjet == Filmdəki əhvalat Qatilin İnancı II oyunundakı əhvalatın başlanğıcıdır. Diqqətlər videooyunun baş qəhrəmanı Ezio Auditore da Firenze-nin atası Covanni Auditore-nin üzərində cəmləşir. Covanni XV əsr intibah dövrundə İtaliyada yaşayan bir Qatildir. Yeni bir çağın başlanğıcında satqın bir ailə tərəfindən birləşmiş vahid İtaliyanı dağıtmaq üçün İtaliyanın güclü ailələrindən olan Medisi ailəsinə qarşı sui-qəsd qurulur.