İmeretin ovalığı
İmeretin ovalığı — Rusiya dövlət sərhədinin keçdiyi Mzımta və Psou çayları arasında, Qara dəniz sahilində, Soçi şəhərinin Adler rayonunu yerləşdiyi ovalıq. İmeretin ovalığı ərazisində, 2014 -cü ildə XXII Qış Olimpiya Oyunları üçün tikilmiş Olimpiya Parkı və digər obyektlər var.
İmeretin ovalığının ərazisində, 2014-cü il Olimpiadası üçün olimpiya obyektləri tikilməzdən əvvəl yaşayış məntəqələri var idi: Nijne-İmeretinskaya körfəzi, "Rusiya", "Yujnıye kultury" sovxozları və Mirnı kəndi. Imeretin ovalığı təxminən 1300 hektar ərazini əhatə edir.
Ovalıq ərazisində IX-X əsrlərə aid bir xristian məbədinin qalıqları var və bunun əsasında hazırda muzey təşkil etmək planlaşdırılır.
Nijne-Imeretinskaya körfəzi sahilində tarixən kazaklar-nekrasovların evləri və torpaq sahələri var idi. Ərazidə Marlinski qəsəbəsi var idi. 2011-ci ildə əhalinin əksəriyyəti Nekrasovskoye köçürüldü. Buna səbəb ərazidə Olimpiya oyunları üçün qurğuların tikilməsi idi.. Beynəlxalq əhəmiyyətə malik ornitoloji ərazi statusunu, habelə heyvanlar aləmini və yaşadıqları qorumaq, bərpa etmək və çoxaltmaq üçün İmeretin ovalığında ümumi sahəsi 298.59 hektar olan təbii ornitoloji park yaradılmışdır.