Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kava de' Tirreni
Kava de' Tirreni (it. Cava de' Tirreni) — İtaliyanın Kampaniya regionunda şəhər.
Vena kava kompression sindrom
Vena kava kompression sindrom və ya Hamiləlikdə hipotoniya sindromu hamiləlik zamanı dölün eyni zamanda uşaqlığın böyüyərək aşağı boş venanı sıxaraq, qanın ürəyə axınına maneə törətməsindən meydana çıxan hamiləlik fəsadı olan şok vəziyyəti. Bu halı qarın boşluğunda sürətlə inkişaf edən irihəcmli şiş toxuması da yarada bilər. Bu hal əsasən hamiləliyin sonuna yaxın özünü büruzə verir. Bu zaman hamilə qadınlar arxası ustə uzana bilmirlər. Ürəkdöyünmə, tənginəfəslik, ürəkbulanma, qan təzyiqinin kəskin düşməsi, dəri və selikli qişaların avazıması və göyərməsi, soyuq tərbasma, huşun qaralması bu sindromun əsas simptomları sayılır. Sol yanıustə çevrildikdə və bir qədər şok vəziyyəti aldıqda (baş aşağı ayaqlar yuxarı) bu simptomlar tezliklə aradan qalxmış olur. == Mənbə == Stauber, Weyerstahl (Hrsg.): Gynäkologie und Geburtshilfe. Thieme, Stuttgart; 2. Auflage 2005. ISBN 978-3131253422 Peter Sefrin, Rainer Schua Hexal Notfall Manual, 5., aktualisierte u.
Bağça
Bağça (Bukan) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. Bağça (Behi-yi Feyzullah Bəyi) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd.
Cavea
Cavea (lat. Cavea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Cavea tanguensis (J.R.Drumm.) W.W.Sm. & J.Small === Sinonim === Saussurea tanguensis J.R.Drumm.
Cavia
Cavia (lat. Cavia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinə aid heyvan cinsi.
Daşca
Daşca — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Daşca adı bəzi məlumatlara görə bu oykonim öz adını dağ çayının gətirdiyi xırda daş və çınqıllardan almışdır. Ərazinin 30-40 sm dərinliyindəki torpaq qatı xırda daşlıqla örtülüdür. Daşlıca “daşlı yer” deməkdir. == Coğrafiyası == Meyvə bağları, tərəvəz sahələri əhalinin məşğuliyyətidir. Mal-qara saxlayan sakinlər taxıl əkininə də üstünlük verirlər. Heydər Əliyev fondunun vəsaiti hesabına kənddə müasir standartlara uyğun orta məktəb binasının tikilməsi uşaqların yüksək səviyyədə təhsilinə real imkan yaradıb. == Toponimikası == Qəbələ r-nunun Zarağan i.ə.v.-də kənd. Qaraqobu çayı sahilində, dağətəyi ərazidədir. Çox vaxt Daşca variantında işlənir.
FATCA
FATCA (ing. Foreign Account Tax Compliance Act - Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı) — xarici bank hesablarının vergiyə cəlb olunması ilə bağlı amerikan qanunudur. ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixində qəbul edilmiş və 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minmişdir. Əsas məqsəd digər ölkələrdə işləyən və yaşayan Amerika vətəndaşlarının vergidən yayınmasının qarşısını almaqdır. Qanun ABŞ Vergi xidmətinin (İRS) qeydiyyatında olan fiziki şəxslər barədə banklardan və digər maliyyə qurumlarından məlumatların verilməsini tələb edir. FATCA ilə bağlı Azərbaycanda Nazirlər Kabinetinin 22 Aprel 2014-cü il 103 saylı sərəncamı var.
Gavia
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Havsa
Havsa - Ədirnənin ilçəsi. == Tarixi == Havsa ilçəsi qədim romalılar tərəfindən qurulmuşdur. Havsa Roma imperiyası ikiyə parçalandıqdan sonra bizanslıların əlində qalmışdır. 1331 ilində Rumelinə keçən türklər buranı I Murad vasitəsiylə türk torpaqlarına daxil etmiş və ilçəyə "Hosa" adını vermişdilər. Edirne Osmanlı dövlətinin hökumət mərkəzi olduqdan sonra Hosada yaşayan rumlar padişah I Muradın yaşamaq və dini azadlıq ilə bağlı fərmanlarına əhəmiyyət vermədən buranı tərk edərək İstanbul və Selanik ətrafına köç etmişdilər. İstanbulun fəthindən sonra Anadoludan gətirilən köçərilərlə qəsəbənin türkləşdirilməsi təmin edilmiş, Sokollu Mehmed Paşanın bura önəm verməsiylə türklük artmışdır. Bu gün Hacı İsa, Hacı Qazi və Halvacı Baba məhəllələri o dövrdə gətirilən köçəri ailələrin adlarını daşıyır. Tarixi əsərlər 1531 ilində Sokollu Mehmed Paşa tərəfindən oğlu Kazım Paşa adına Memar Sinana hazırladılar Sokollu məscidi, Fukaraya Bektaşilərindən olduğu deyilən Qurd Bəy abidəsi, sadəcə kəməri qalan karvansara, xarab vəziyyəttəki Sokollu Hamamı və bu gün də istifadə edilən bütün infrastrukturu Memar Sinan tərəfindən əsası qoyulan bulaqdır. Tarixi əsərlərdən Hafsa Xatun və Abdülsəlam Məscidindən heç bir iz qalmayıb. Hafizə Sultanın ilçədə yaşamağa başlamasından sonra ilçəyə bir müddə "Hafsə" deyilmiş, daha sonra bu iki adın birləşməsindən "Havsa" adı yaranmışdır.
Kaama
Kaama — bədən uzunluğu 2,3 m-ə qədərdir. Rəng açıq qəhvəyi-qəhvəyi rənglidir. Başın ön və ön tərəfi qəhvəyi, quyruğun bazasında bir ağ nöqtə var.Quyruqdakı fırça qara olur. Bu növ Cənubi Afrikada yayılıbr. Digər antilop növləri ilə yanaşı, gəzinti aparır.Bu heyvanıarın nəsli kəsilmə təhlükəsi altındadır, çünki sayı 130 min dənədir və artmağa davam edir.
Kalaç
Kalaç — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Kalka
Kalka (fr. calque — kopiya) ya da Hərfi tərcümə; linqvistikada başqa dillərin söz, ifadə və frazaların, dil vahidinə uyğun olaraq hərfi tərcümə ilə mənimsənilməsi. Kalkaların yaranmasına gətirən mənimsəmə üsulu kalka ya da kalkalaşdırmaq adlanır. Kalkanın öyrənilməsiylə linqvistika, leksikoloqiya və tərcüməşünaslıq məşğul olur. Kalkalar dil daşıyıcılarının, xarici dilin məişətə və elmə xarici mənimsəmələrin kəskin artımına - müxtəlif tarixi mərhələlərdə Azərbaycan dilinə ardıcıl olaraq fars, ərəb, rus, alman, fransız, ingilis dillərindən, birbaşa reaksiya kimi yaranıb. Bəzi, məsələn island dillində, kalkalaşdırma - praktiki olaraq xarici leksikanın yeganə assimilyasiya vasitəsidir. Linqivistikada aşağıdakı kalka növləri var: sözyaradan kalka; semantik kalka; frazeoloji kalka; yarımkalkalar; yalançı kalkalar. Sözyaradan kalkalar - xarici sözün bir dildən o biri dilə morfemlərlə tərcüməsindən əldə edilir. Kalka adətən mənimsənilmiş söz kimi duyulmur, çünki öz dilinin morfemlərindən ibarət olur. Buna görə bu sözlərin gerçək mənşəyi, çox vaxt bu barədə ilk dəfə bilən insan üçün gözlənilməz olur.
Kalta
Sunərgizi (lat. Caltha) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Kalva
Kalva — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Kalva Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Qədim türk kökənli kəndidir. Kəndin adı türkcəmizdəki "kalafa" sözündəndir ki, ("kalafa" sözündəki "kala" dilimizdəki "çala" sözüdür) bu da "çala, çökək, dərə yer" anlamındadır. Qədim Kalva dərəyaxasında yerləşdiyinə görə kəndə bu ad verilib. Kəndin adı haqqında bir çox rəvayətlər mövcuddur. Ümumiyyətlə, kəndə qıraqdan baxanda onun coğrafi mövqeyinə görə çalada, çökəkdə yerləşdiyi aydınca görünür. == Tarixi == Bəzi məlumatlara görə Kalvanın ən azı 8–10 əsrlik tarixi var. Belə ki, əvvəllər Şamaxı rayonunun tərkibində olmuş Kalva kəndində hələ xanlıqlar, bəyliklər dövründə yaşayış olub.
Kalço
Kalço:
Kanci
Kanci (yap.: 漢字; ci — hərflər, Kan — Xan; hərfi mənası: "xan hərfləri") — müasir yapon yazısında hiraqana, katakana, ərəb rəqəmləri və romaci (latın əlifbası) ilə birgə işlənən çin heroqrifləri.
Kanna
Kanna - İtaliyanın cənub-şərqində kənd. E.ə. 216-cı il avqustun 2-də həmin kəndin yaxınlığında Roma konsulları Terensi Varron və Emili Pavelin sərkərdəlik etdikləri Roma ordusu (80 min piyada və 6 minədək süvari) ilə Hannibalın sərkərdəlik etdiyi Karfagen ordusu (40 min piyada və 10 minədək süvari) arasında 2-ci Pun müharibəsinin ən iri döyüşü baş vermişdir.
Kaoma
Kaoma - Fransadan olan musiqi qrupdur. == Tarixi == "Kaoma" musiqi qrupu 1989-cu ildə Fransada yaranmışdır. Musiqi heyətləri Latın Amerikası ölkələrindən təşkil olunmuşdur. Onların 1989-cu ildə ifa etdikləri "Lambada" mahnılası böyük populyarlıq qazanmışdı. Bu mahnı bütün ölkələrin hit paradı olmuşdur. 1998-ci ildə musiqi heyətləri ayrılmışlar. 2006-ci ildə onlar yenidən birləşmişlər.
Havpa
Havpa (sor. هاوپا, Hāwpā, hərf. eynitipli şəxs), həmçinin Kürd Milli Sosialist Partiyası (kurm. Partiya Sosyalîst a Neteweyî ya Kurdî, qısaca forma "PSNK") — İraq Kürdüstanında kürd neonasist və hökumət əleyhinə yeraltı hərəkat.Havpa 21 mart 2020-ci ildə Ərbildə gənc tələbələr tərəfindən Novruzun ilk günündə qurulmuşdur. Onların tez-tez vurğuladıqları təşkilatın əsas məqsədi Kürdüstanda yalnız etnik kürdlərin yaşaya bilməsidir. Havpa sionist işğal hökuməti konspirasiya nəzəriyyəsinə inanır, Kürdüstan Regional Hökumətinin hakim Bərzani və Təlabani ailələri kürd hökumətinin yəhudi işğalçıları olduğunu bildirir. "Instagram" və "Telegram" kimi müxtəlif onlayn platformalar vasitəsilə Havpa ərəblərin Kürdüstan bölgəsindən qovmaq, türkmanlar və aysorlara qarşı soyqırımı keçirmək ideyasını təbliğ etmək üçün kampaniya həyata keçirdi.Bundan əlavə, Havpa İraq Kürdüstanının hər yerində plakatlar nümayiş etdirərək fəallıq göstərir.
Annamari Dança
Annamari Dança (ukr. Данча Аннамарі Михайлівна; 26 mart 1990, Ujqorod) — Alpinist xizəkçilikdə ixtisaslaşan Ukraynalı xizəkçi.
Apache Kafka
Apache Kafka — gündə trilyonlarla hadisəni emal etməyə imkan verən paylanmış axın platformasıdır. Əvvəlcə məlumatlar növbəsi kimi nəzərdə tutulmuş Kafka abstraksiyaya əsaslanan paylanmış qeydiyyat jurnalıdır. 2011-ci ildə LinkedIn tərəfindən yaradılması və kodlarının açıq elan edilməsi anından qısa müddətdə Kafka məlumatlar növbəsindən mükəmməl axın platformasına çevrilmişdir (LinkedIn – İşgüzar kontaktların axtarışı və quraşdırılması üçün sosial şəbəkədir. LinkedIn-də 200 ölkədən 150 biznes sektorunu təmsil edən 500 milyondan çox istifadəçi qeydiyyatdan keçib).
Avaça (vulkan)
Avaça (rus. Авача) — Rusiyanın Kamçatka yarımadasının cənubunda, Petropavlovsk-Kamçatski şəhərindən şimalda vulkan. Hündürlüyü 2,741 metr olan vulkan son 230 ildə 12 dəfə püskürmüşdür. Həmişə tüstülənir. == İstinadlar == == Əlavə ədəbiyyat == Авачинская сопка // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978. Брайцева О. А., Базанова Л. И., Мелекесцев И. В., Сулержицкий Л. Д. Крупнейшие голоценовые извержения вулкана Авачинский на Камчатке (этап 7250-3700 лет назад) // Вулканология и сейсмология, 1998.
Avaça körfəzi
Avaça körfəzi (rus. Авачинская бухта) — Sakit okeanda, Kamçatka yarımadasının cənub-şərqində buxta. Uzunluğu 24 kilometr, eni (girişində) 3 kilometr, dərinliyi 26 metrdir. Avaça körfəzinin şimal sahilində Petropavlovsk-Kamçatski şəhəri (portu) var. Liman balıçılıq və yük daşımalarında istifadə edilən gəmiləri qəbul edir.Buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. == Qısa təsvir == Dünyanın ən böyük buxtalarından biridir. Dünyanın istənilən tip gəmilərini qəbul edir. Avaçi körfəzinin qapalı hissəsini təşkil edir. Buxta 24 km uzunluğa və 3 km enə malikdir (girəcəkdə). Su səthinin sahəsi 215 km2-dir.
Bakça (Şaran)
Bakça (başq. Баҡса, rus. Бахча) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Nürəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 33 km, kənd sovetliyindən (Nürəy): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 38 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (85 %) üstünlük təşkil edir.
Bağça (Bukan)
Bağça (fars. باغچه‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (70 ailə).
Bağça şahmatı
Bağça şahmatı — bağça üzərində yerləşdirilmiş lövhə üzərində oynanılan şahmat növüdür. BUrda hündür fiqurlardan istifadə edilir. Məqsəd şahmatın ancaq qapalı məkanlarda oynanılmadığını göstərməkdir. Əsasən məktəblərdə, otellərə və parklarda oynanılır.