Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əkrəm Akurqal
Əkrəm Akurqal (türk. Ekrem Akurgal; 30 Mart 1911 - 1 Noyabr 2002) — Türk arxeoloqu. 1911-ci ildə Fələstində Hayfa yaxınlarındakı Tulkarem kəndində dünyaya gəlib (Tulkarem eyni zamanda sonradan arxeologiya dünyasında böyük əhəmiyyət qazanmış olan antik Kayserya şəhərinin qalıntılarının tapıldığı yerdir). Osmanlının Herseqovina vilayətinə müftilər və idarəçilər yetişdirmiş köklü bir ailə olan Rizvanbəyoviç ailəsindən gələn atası paytaxtda doğulmuş görünməsini istədiyi üçün doğum yerinə İstanbul yazdırmışdır. Akurgal 2 yaşı olanda ailəsi İstanbula qayıtmış, bir müddət Adabazarının Ağyazı mahalındakı fermalarında qalmışdırlar. 6 yaşından etibarən bibisinin köhnə Herseqovina müftisi olan və Darülfünunda Ərəb ədəbiyyatı müdərrisliyi ilə məşğul olan əri Cabizadə Əli Fehmi Əfəndinin evində qalmağa başlamış və ilk təhsilini burada almışdır. 1931-ci ildə İstanbul Oğlanlar üçün liseyi bitirdi. Dövlət imtahanını qazanaraq Almaniyada arxeologiya təhsili aldı.1934-cü ildə Soyadı Qanunu çıxan zaman, atasının istəyi üzərinə, bir Şumer kralının adı olan və Şumer dilində a-'baba, su' kur- 'ölkə' və gal-'böyük' kəlimələrinin yan yana gəlməsindən əmələ gələn Akurgal soyadını aldı. A-KUR-GAL Türk dilinə tərcümə edildikdə: "Böyük su ölkəsi" mənasını verir. 1957-ci ildə Ankara Üniversiteti Dil və Tarix-Coğrafiya Fakültəsində ordinaryus professor oldu.