Salamanka (İspaniya)
Salamanka — İspaniyada şəhər.
İspaniyanın Kastiliya və Leon muxtar vilayətinin (ispanca Comunidad autonoma)cənub-qərbində yerləşən eyniadlı ərazi vahidinin paytaxt şəhəridir.
Əhalisi 154.462 nəfər olmaqla Çarro düzənliyində, Tormes çayının sahilində yerləşir. Əsası 1218-ci ildə Alfonso XI de Leon tərəfindən qoyulmuş Avropanın ən qədim universiteti sayılan Salamanka Universiteti bu şəhərdə yerləşir. Salamanka 1988-ci ildə YUNESKO tərəfindən Bəşəriyyət İnciləri siyahısına daxil edilmişdir. Dünyanın müxtəlif yerlərindən olan çoxsaylı turistləri özünə cəzb edən Catedral Vieja, Catedral Nueva, Casa de las Conchas, Plaza Mayor, Convento de San Esteban kimi tikililər mühüm memarlıq inciləri sayılır. 2002-ci ildə Avropanın Mədəniyyət Mərkəzi elan edilmişdir. İspaniyanın mühüm turist mərkəzlərindən biridir.