Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaleydoskop
Kaleydoskop — içinə baxıldığında rəngli naxışlar görülən bir əşya. Bu naxışlar, işığın əks olunmasıyla əldə edilir və durbin hərəkət etdirildikcə davamlı dəyişir. "Kaleydoskop" sözü yunanca kalos (gözəl), eidos (forma) və scopos (izləmək) sözlərinin birləşməsindən yaranmışdır. Durbin şotlandiyalı David Brüster tərəfindən 1816-cı ildə işığın polyarlaşdırılmasından faydalanaraq icad edilmiş və 1817-ci ildə ona patent alınmışdır. Durbinin içərisi qara, ya da tünd bir rəngə boyalıdır. İçində arasında 60 dərəcəlik əyilən bir-birinə bitişik iki ayna, aynaların arasında rəngli şüşə parçaları, tüklər, pullar, incə muncuqlar və s. kimi vəsaitlər olur. Bu durbinin bir ucundan baxıldığında şəkil dəyişdirən çoxbucaqlılar, əksəriyyətlə bir daha eyni olmayacaq görünüşlər görülür.
Kaleydoskop (balet)
Bəstəkar Fərəc Qarayevin italyan bəstəkarı Domeniko Skarlattinin sonatalarını interpretasiya edərək yazdığı beşpərdəli balet. Xoreoqraflar Rəfiqə Axundova və Maqsud Məmmədovdur. Librettonun müəllifi Rəfiqə Axundova və İlya Dadaşidze, rəssamı Tahir Tarirovdur. Premyera Paris şəhərində oynanılıb. Bakıda ilk tamaşa 1971-ci ildə göstərilib. == Məzmun == Süjetsiz baletdir.