Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamallı
Kamallı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Kamallı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Kamal Kamallı
Kamal Vilayət oğlu Kamallı (16 noyabr 1995, Cicimli, Laçın rayonu – 16 iyun 2021, Şəki, Şəki rayonu) — İkinci Qarabağ Müharibəsi iştirakçısı. == Həyatı == Kamallı Kamal Vilayət oğlu 16 noyabr 1995-ci ildə Şəki şəhərində anadan olmuşdur. 2002-ci il 1 sentyabrda Əyyub Namazov adın Şəki rayon Şəki kəndində 1-ci sinifə getmiş, 2013-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2014–2016-cı illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində "N" saylı hərbi hissəsində xidmətdə olmuşdur. Subay idi. == Hərbi xidməti == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 16.06.2021-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən naməlum səbəbdən Laçın rayonu Cicimli kəndində avtomobil qəzasına düşərək şəhid olmuşdurŞəki rayonunun Şəki kəndində torpağa tapşırılıb.
Kamallı (Laçın)
Kamallı — Azərbaycan Respublikasının Laçın rayonu Kamallı kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Laçın rayonunun Alxaslı inzibati ərazi vahidində yrləşən kənd dağlıq ərazidədir. Keçmiş adı Bozlu olmuşdur. Yaşayış məntəqəsinin əsasını Dərələyəz mahalından gəlmiş bozlu tayfasına mənsub ailələr salmışlar. Kəndin qərbindəki əkin sahələrindən biri Kamalın çuxuru adlanırdı. == Əhalisi == Kəndin əhalisi 1992-ci ildə 2 min nəfərə çatırdı və türksoylu millət olan azərbaycanlılardan ibarət idi. Onlar kəndin işğalından sonra on iki müxtəlif rayonda məskunlaşmışdır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik idi. Kəndin 1992-ci ildə 800–900 baş iribuynuzlu mal-qarası, 6–7 min baş xırda buynuzlu davan, meyvə və bostan məhsullan yetişdirmək üçün böyük bağ sahəsi var idi.
Kamallı (Saatlı)
Kamallı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1107 nəfərdir.[mənbə göstərin] == Toponimikası == Saatlı r-nunun Hacıqasımlı i.ə.v.-də kənd. Araz çayı sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Kamal adlı şəxs qoyduğundan kənd onun adını daşıyır. Güman etmək olar ki, bu kəndlər ya Dərələyəz mahalında vaxtilə mövcud olmuş Kamal kəndindən köçüb gəlmiş ailələrin gətirdiyi adla, ya da kamallı nəslinin adı ilə adlandırılmışdır. Keçən əsrdə Tatarıstan ərazisində də Kamallı adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Türk dillərində kamal sözü "qala", "səngər", "axın" mənalarında işlənir.
Cəfər Namiq Kamaloğlu
Cəfər Namiq Kamal (16 avqust 1950) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2013). == Həyatı == Əhmədov Cəfər Namiq Kamal oğlu (17.08.1950) 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirib. 1972-ci ildən Gənc Tamaşaçılar teatrında aktyor işləyən Cəfər Əhmədov aşağıdakı rolları oynayıb. Rəcəb ("Şirinbala bal yığır" S. Qədirzadə), Elçi ("Bir parça Vətən" F. Sadıq), Qasid ("Rüstəm və Zöhrab" İ. Coşqun), Aparıcı ("Şəhidlər" B. Vahabzadə), Uçitel Həsənov ("Danabaş kəndinin məktəbi" C. Məmmədquluzadə), Qaçay bəy ("Qonşu qonşu olsa, kor qız ərə gedər" R. Əfəndiyev) və s. C. Əhmədov 1996-cı ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul olunub və teatrın səhnəsində bu rolları oynayıb: Eynşteyn ("Ah, Paris…Paris!.." Elçin), 2-ci Tiqran ("Pompeyin Qafqaza yürüşü" N. Həsənzadə), Ədhəm Tağıyev ("Dəlilər və ağıllılar" İ. Əfəndiyev), Ədəbi işçi ("Mənim sevimli dəlim" Elçin), Dost ("Mənim ərim dəlidir" Elçin), Vəzir Mirzə Həbib ("Lənkəran xanının vəziri" M. F. Axundov), Xəlil ("Poçt şöbəsində xəyal" Elçin), Kamran Qızılsəs ("Köhnə ev" Ə. Əmirli), Qulaməli ("Bu dünyanın adamları" Hidayət), Gülməyən Adam ("Hərənin öz payı" X. Qoca), Şeyx Əhməd ("Ölülər" C. Məmmədquluzadə), Şahzadə ("Xurşidbanu Nətavan" İ. Əfəndiyev), general ("Generalın son əmri", Vaqif Səmədoğlu), Əmirqulu ("Yaşar", Cəfər Cabbarlı). Aktyor eləcə də "Qız atası" (Yarik), "Anamın kitabı" (Rüstəm), "Duel" (Əziz), "Yurd yeri" (Sədrəddin) teletamaşalarında oynayıb. Cəfər Əhmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır. 2013-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.