Kamallı — Azərbaycan Respublikasının Laçın rayonu Kamallı kənd inzibati ərazi dairəsində kənd.[1]
Kamallı | |
---|---|
39°43′13″ şm. e. 46°18′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Laçın rayonunun Alxaslı inzibati ərazi vahidində yrləşən kənd dağlıq ərazidədir. Keçmiş adı Bozlu olmuşdur. Yaşayış məntəqəsinin əsasını Dərələyəz mahalından gəlmiş bozlu tayfasına mənsub ailələr salmışlar. Kəndin qərbindəki əkin sahələrindən biri Kamalın çuxuru adlanırdı[2].
Kəndin əhalisi 1992-ci ildə 2 min nəfərə çatırdı[3] ibarət idi.[4] Onlar kəndin işğalından sonra on iki müxtəlif rayonda məskunlaşmışdır.[3]
Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik idi. Kəndin 1992-ci ildə 800–900 baş iribuynuzlu mal-qarası, 6–7 min baş xırda buynuzlu davan, meyvə və bostan məhsullan yetişdirmək üçün böyük bağ sahəsi var idi. Kolxoz təsərrüfatında isə 400 baş iribuynuzlu mal-qara, o cümlədən 150 baş sağmal inək, 4 min baş xırda buynuzlu davan var idi.[3]
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |