Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamensk-Uralski
Kamensk-Uralskiy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Kamensk-Uralskiy
Kamensk-Uralskiy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Kamensk-Şaxtinski
Kamensk-Şaxtinskiy — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Lev Kamenev
Lev Kamenev (18 iyul 1883, Moskva – 25 avqust 1936[…], Lubyanka binası[d]; rus. Лев Борисович Каменев) — rus inqilabçısı, sovet partiya və dövlət xadimi. Görkəmli bolşevik, Leninin ən qədim tərəfdaşlarından biri. Moskva Şurasının sədri (1918-1926); 1922-ci ildən - SSRİ Xalq Komissarları Soveti və Əmək və Müdafiə Soveti sədrinin müavini, Leninin ölümündən sonra isə 1926-cı ilin yanvarına qədər SSRİ Əmək və Müdafiə Şurasının sədri. 1917-1918, 1919-1927-ci illərdə Bolşevik Partiyası Mərkəzi Komitəsinin üzvü, 1917-ci ilin oktyabrında və 1919-1925-ci illərdə Mərkəzi Komitə Siyasi Bürosunun üzvü, sonra üzvliyə namizəd (1926-cı ildə) olub. Mərkəzi İcraiyyə Komitəsinin üzvü və 1917-ci ildə 12 gün Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri. 1936-cı ildə “terrorist Trotskiçi-Zinovyev Mərkəzi” işi üzrə məhkum edilib və güllələnib. 1988-ci ildə ölümündən sonra reabilitasiya olunub. == Həyatı == Lev Rosenfeld 18 iyul 1883-cü ildə Moskvada anadan olub. Oğlan ziyalı ailəsində böyüyüb.
Çan Kayşek
Çan Kayşek (ing. Chiang Kai-shek, çin 蔣介石, pinyin 蒋介石; 31 oktyabr 1887 Çjetszyan əyaləti, Fınxua şəhəri — 5 aprel 1975, Taybey) — Çin hərbi və siyasi xadimi, 1925-ci ildən Çində xalq inqilabı nəticəsində devrilmiş (1949) Qomindan rejiminin başçısı, marşal, generalissimus. == Bioqrafiya == Çan Kayşi 31 oktyabr 1887-ci ildə Çjetszyan əyalətinin Fınxua şəhərində tacir ailəsində anadan olmuşdur. O, 1903–1906-cı illərdə Fınxuada yerləşən qəza məktəbində Avropa təhsili almışdır. 1906-cı ildə o, ilk dəfə Yaponiyaya getmiş və burada o, Sun Yatsenlə və onun əhatəsində olan inqilabçılarla tanış olmuşdur. 1907–1909-cu illərdə Baodin və Sinbu hərbi məktəblərini bitirdikdən sonra kadet rütbəsində hərbi xidmətə başlamışdır. 1915–1916-cı illərdə Çan Kayşi Şanxayda Yuan Şikay hakimiyyətinə qarşı silahlı çıxışlarda fəal iştirak edərək Sun Yatsenin yaxın silahdaşına çevrilmişdir. 1918-ci ildə o, inqilabi qüvvələrin mərkəzi olan Quançjouda əməliyyat ordusunun rəisi, daha sonra Qomindan ikinci birləşməsinin komandanı, 1923-cü ildə baş qərargah rəisi, 1924-cü ildə Quançjouda açılmış Vampu hərbi məktəbinin rəisi təyin olunmuşdur. Sun Yatsenin vəfatından (1925) sonra Çan Kayşi birinci milli inqilabi ordunun komandanı seçilərək Homindan partiyasının əsas fiquruna çevrilmiş, 1926-cı ildə Homindan partiyasının Mərkəzi İcra Komitəsinin üzvü seçılmışdı. 1926–1927-ci illərdə Şimal yürüşü zamanı Milli İnqilab Ordusunun baş komandanı idi.
Kamenes-Podolska qalası
Kamyanets-Podilskıy qalası, (ukr. Кам'янець-Подільська фортеця, pol. Stary Zamek w Kamieńcu Podolskim) – hal-hazırda Ukraynanın Kamyanets-Podilskıy şəhərində yerləşən tarixi Polşa qalası. 1672–1699-cu illər arasında 27 il ərzində Osmanlı İmperiyasının Kamaniçe əyalətinin mərkəzi olmuşdur. Qala haqqında ilk məlumatlar XIV yüzilliyə aiddir. O vaxtlar bölgə Böyük Litva knyazlığının idarəçiliyində idi. Qala XIV–XVIII yüzillikdə Reç Pospolita, Osmanlı və Rusiya Çarlığı maraq dairəsində olmuşdur. 1672-ci ildə Osmanlı padşahı IV. Mehmet 300.000-lik əsgər ilə qalanı işğal etmişdir. Osmanlı imperiyasına 40.000-lik kırım və kazak əsgərləri kömək etmişdir. 18 avqust 1672-ci ildə qala Osmanlı imperiyası rərəfindən ələ keçirilmişdir.
Kamensk Diyarşünaslıq muzeyi
Kamensk Diyarşunaslıq Muzeyi — Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən diyarşunaslıq muzeyi Muzeyin adresi: Rostov vilayəti, Kamensk-Şaxtinski ş, Marl Marks, 56. == Tarixi və təsviri == Kamensk Diyarşunaslıq Muzeyi Böyük Vətən müharibəsi və əmək veteranlarının səyi ilə yaradılmışdır. Muzey 1969-cu ildə təşkil edilmişdir. Muzey iki mərtəbəli, kərpiçdən inşa edilən binada yerləşir. Yerləşdiyi binanın özüdə tarixi abidədir. Muzeyin ekspozisiya zalının sahəsi 290 m² təşkil edir. Muzeydə iyirmi üç min tarixi və mədəni irs predmeti vardır. Əsas fondu isə iyirmi bir min dörd yüz eksponat təşkil edir. Bu ekponatlar ekspozisiya zalınfa nümayiş etdirilir. Muzeyin əsas göstəriş mövzusu Kamensk-Şaxtinski şəhərinin çox əsrlik tarixidir.