Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ayjarkın Kanayulı
Ayjarkın Kanayulı (1855 – 8 mart 1930) — qazax siyasi və hərbi xadimi, 1916-cı ildə çar Rusiyasına qarşı baş vermiş Turqay üsyanının və 1930-cu ildə Sovet İttifaqına qarşı baş vermiş İrgiz üsyanının təşkilatçısı və lideri. == Həyatı == Ayjarkın Kanayulı II Nikolayın Orta Asiya xalqlarının Birinci Dünya Müharibəsində arxa cəbhədə məcburi işə cəlb olunmaları haqqında 1916-cı il iyun göstərişinə qarşı çıxaraq Turqay vilayətinin İrgiz bölgəsində üsyan qaldırmışdır. 1916-cı ilin iyul ayında İrgiz bölgəsində üsyançılar onu özlərinin xanı seçirlər. 1916-cı ilin avqust ayında isə hər kəsin xanı olan Abduqappar Janbosınov tərəfindən özünə müavin seçilmişdir. Üsyançılar onun tabeliyində İrgiz və Torqay bölgələrində aktiv döyüşlər keçirirdilər. Üsyan yatırıldıqdan sonra həbs olunmalı olsa belə Fevral inqilabının başlaması onu həbsdən qurtarır. 1930-cu ilin fevral mart aylarında sovet hökuməti tərəfindən keçirilən məcburi kollektivləşdirməyə qarşı kəndlilərin üsyanına rəhbərlik edir. Üsyan Qazaxıstan SSRnin Aqtöbe, Kostanay, Qızılorda vilayətlərini əhatə edirdi. Üsyançılar tərəfdən yenidən xan seçilən onun tabeliyində 2500 nəfər var idi. Kanayulı ilə birlikdə dəstəyə rəhbərlik edən Mukantay Səmədov da hökumət qüvvələri ilə döyüşlərdə iştirak etmiş İrgiz kəndini düşməndən qorumuşdur.
Kanikalə (Piranşəhr)
Kanikalə (fars. كاني كله‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (16 ailə).
Kanijalı Siyavuş Paşa
Kanijalı Siyavuş Paşa (1500-cü illər – 1602, Konstantinopol) — Sultan III Murad dönəmində 3 dəfə - ümumilikdə 5 il 4 ay 12 gün müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == İlk illəri == Əslinin xorvat vəya macar olduğu dəqiq bilinməsə də, doğum yerinin bu günki Macarıstan olduğu bilinir. Əndərunda saray təhsili almış, saray xəzinədarının kəndxudası olaraq saraydan ayrıldı və 1567-ci ildə "böyük miraxur" olaraq vəzifələndirildi. 1569-cu ildə yeniçəri ağası olan Siyavuş Paşa qısa müddət sonra Rumeli bəylərbəyi təyin olundu. Qübbə vəziri olduqdan sonra 1580 tarixində II Səlimin ən kiçik qızı Fatma Sultanla evləndirildi. == İlk sədarəti == 24 dekabr 1582 tarixində Qoca Sənan Paşanın yerinə ilk dəfə sədarətə alındı. Qafqaz səfərinə sərdar təyin olunsa da, vəzifə yükünün ağırlığından bu vəzifəni qəbul etmədi. Yerinə Qafqaz sərdarı olan Özdəmiroğlu Osman Paşa ordunu nizama salmaqda çətinlik çəkdi. Bundan başqa İstanbulda qalan qapıqulu əsgərləri də bu vəziyyətdən məmnun deyildi. Üstəlik qapıqulu əsgərlərinin maaşına edilən 1 axcalıq artım da, bu narazılıqları artırdı.