Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kantonca
Kanton dili (廣東話) və ya Standart Kantonca — Cənubi Çindəki Quanqdonq regionu (Qərbi Avropa dillərində bu bölgə əvvəldən “Canton”/“Kanton” olaraq bilinirdi) ətrafında danışılan Yue Çin dilinin növüdür. Yuenin ənənəvi prestij ləhcəsidir. Ənənəvi Çin heroqrifləri yazılı dil olaraq qəbul edilmişdir. Kantonca termini dilçilikdə dilçiliyin yalnız bu dialektini müəyyənləşdirsə də, bu termin daha geniş mənada Taishan ləhcəsi kimi qohum, fəqət böyük miqyasda qarşılıqlı surətdə başa düşülə bilinməyən ləhcələrdə daxil olmaqla bütün Yue budağını əhatə etmək üçün müntəzəm olaraq istifadə olunur. Standard Kantonca və onun yaxın qohum olan Yuehai ləhcələri bir yerə yığılsa, Kanton dilində 80 milyon insan danışır.
Karpovka (Bakalı)
Karpovka (başq. Карповка, rus. Карповка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Kuştirək kənd şurasının tərkibindədir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (96 %) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Vasily Mikhailoviç Varfolomeev (1923-1988) - Böyük Vətən Müharibəsi iştirakçısı.
Annovka (Baltas)
Annovka (rus. Анновка) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 71 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 20 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 90 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (50%) tatarlar (35%) üstünlük təşkil edir.
Eerik Kantola
Eerik Kantola (9 mart 2000-ci ildə Finlandiyada anadan olub) — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan RoPS klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === RoPS === Kantola RoPS akademiyası vasitəsilə inkişaf etmişdir. Kantola öz peşəkar karyerasında debütünü 6 fevral 2017-ci ildə Oulu klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə Adeniyi İbiyomi ilə əvəz olunmuşdur. Həmin görüşdə RoPS kubok görüşündə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 19 İyul 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Finlandiya Superkuboku görüşləri daxildir.
Erik Kantona
Erik Kantona (fr. Éric Daniel Pierre Cantona , 24 may 1966[…], Marsel) — Fransalı futbolçu. == Həyatı == Kantona Fransaya köçmüş italyan və ispan əsilli ailənin övladıdır. == Karyerası == Futbolçu karyerası ərzində "Oser", "Olimpik" (Marsel), "Bordo", "Montpellier", "Nimes", "Lids", "Mançester Yunayted"in formalarını geyinmişdir. 45 dəfə Fransa yığmasına dəvət almış və 20 qola imza atmışdır. 1997-ci ildə karyerasını bitirmişdir.
Antonio Kanova
Antonia Kanova (it. Antonio Canova; 1 noyabr 1757[…] – 13 oktyabr 1822[…], Venesiya[…]) — incəliklə işlədiyi çılpaq bədənlər təsvir olunan mərmər heykəlləri ilə məşhur olan italyan heykəltaraşı. Neoklassisizm tərzində hazırladığı əsərlər barokko heykəlinin teatr artıqlığından sonra klassik zərifliyə qayıdışı göstərir. Riçard Vestmakott və Con Qibson Kanovanın ingilis şagirləri arasındadır. == Həyatı == Antonio Kanova Venesiya Respublikasında Alp dağlarının ətəyində Asolo yüksəkliklərində yerləşən Possaqno qəsəbəsində anadan olmuşdur. Üç yaşında olarkən hər iki valideynindən ayrı düşüb, atası vəfat edib, anası isə başqası ilə ailə həyatı qurub. Ona babası və nənəsi baxıb. Atası və babası bənna idi, bu iş ailələrində illərdir davam edirdi. Kanovanın əli qələm tutan kimi babası ona rəsmxətin prinsiplərini öyrətməyə başladı. Babası həm rəsmxət, həm də memarlıq sahəsində biliyə malik idi, dekorasiya və layihələşdirmə işlərindən zövq alırdı.
Kaxovka bəndinin dağıdılması
6 iyun 2023-cü ildə Ukraynada Kaxovka bəndi yarıldı və geniş daşqınlara səbəb oldu. Xerson vilayətində Dnepr çayı üzərində yerləşən bənd Rusiyanın Ukraynaya hücumunun ilk günlərində onu ələ keçirən rus ordusunun nəzarəti altında idi. Səhər tezdən həm Ukrayna, həm də Rusiya tərəfindən bəndin su elektrik stansiyasından partlayış səsləri eşidildi. The New York Times-ın məsləhətləşdiyi mühəndis və döyüş sursatları ekspertləri bildiriblər ki, ən çox ehtimal olunan səbəb daxildən gələn partlayışdır. Müharibənin Tədqiqi İnstitutu bildirib ki, sübutlar Rusiya qüvvələrinin bəndi partlatdığını göstərir. Rusiya qüvvələri Ukraynanın planlaşdırılan əks-hücum əməliyyatına mane olmaq üçün bəndi partlatmaqda günahlandırılır, lakin Rusiya rəsmiləri bunu təkzib ediblər. Kaxovka su anbarında suyun səviyyəsi aylardır yüksəlirdi və bənd sıradan çıxanda 30 ilin ən yüksək həddinə çatmışdı. Aşağı axarda minlərlə sakin təxliyə edilib, daşqınlar Ukrayna və Rusiyanın nəzarətində olan ərazilərdə bir neçə kəndi su altında qoyub. 9 iyun 2023-cü il tarixinə kimi 9 nəfərin öldüyü bildirilir. Onlardan üçü Rusiya tərəfindən işğal edilmiş Oleşki şəhərindən, beşi isə Nova Kaxovkadan idi.