Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karavella
Karavella (port. Caravela, isp. Carabela) — XV əsrdən etibarən istifadə olunmağa başlanmış yelkənli gəmi. Sürətlə hərəkət edirdi, həm də tutumlu idi. Əsas üstünlüyü: çoxlu yelkenləri var idi. Karavellaların ilkin nümunələri tək bir yelkəndən ibarət olmuşdur. XVII əsrdə isə karavella tipli gəmilərdə köklü dəyişikliklər edilmişdir. XVI əsrdə Portuqaliyada hazırlanan karavellalar 50 - 160 ton ağırlığında olan yükü daşıya bilirdi. Uzun səfərlər üçün nəzərdə tutulan karavellalarda 2 - 6 arası yelkən olurdu. Bu gəmilərin əsas cəhətlərindən biri küləyin hansı istiqamətdən əsməsinə baxmayaraq, yelkənlərin istiqamətini dəyişməklə nəzərdə tutulan yerə tez bir zamanda çatması idi.
Karmela Alluççi
Karmela Alluççi (22 iyun 1970, Neapol) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Karmela Alluççi, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
İspaniyalı Mariya Xosefa Karmela
İnfanta Mariya Jozefina (isp. Maria Josefa Carmela de Borbón y Sajonia) (6 iyul 1744 – 8 dekabr 1801, Madrid) – İspaniya kralı III Karlın ən böyük qızı. Neapol və Siciliya şahzadəsi olaraq dünyaya gəldi və atasının İspaniya taxtına çıxmasıyla İspaniya infantası oldu. Heç vaxt evlənmədi. Mississippi Commission For international Cultural Exchange. The Majesty of Spain: Royal Collections from The Museo del Prado & The Patrimonio Nacional. Mississippi Commission For international Cultural Exchange Inc, 2001.