Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karavay
Karavay — ruslarda toy mərasimi zamanı istifadə olunan çörəklərdən ən məşhurudur. Şərqi slavyanların toy mərasimləri zamanı hazırlanan dairəvi şirin mayadan hazırlanmış çörəkdir. Adətən üstü mahiranə şəkildə bəzədilir. == Toyda == Toy mərasimləri zamanı gənclərə bayram çörəyi vermək Qədim Misir sivilizasiyasına gedib çıxır. Sonralar bunlar Qədim Elladaya və Romaya keçmiş, xristianlığın gəlişi ilə bütün dünyaya yayılmışdır. Bütpərəst Rusiyada yaşayan əhalinin xristianlıqdan bixəbər olmasına baxmayaraq, artıq toy mərasimlərində xüsusi çörək- günəşi simvolizə edən karavayın nümuməsi yaradılmışdır. Qədim slavyanlarda Günəş tanrısı yeni ailələrin əsas himayədarı idi. Karavay sözü slavyan mənşəlidir. Bu söz bu günə qədər də şərqi slavyan xalqlarının arasında qalmışdır: rus və belaruslar – karavay, ukraynalılar – korovay adlandırırlar. Qədim Rusiyada karavayı toy üçün hazırlayırdılar və bunun üçün çoxlu mərasim qaydalarına riayət edilirdi.
Kastavey-Ki
Kastavey-Ki (ing. Castaway Cay) — Baham adalarında özəl ada. Adanın keçmiş adı Qorda-Ki olmuşdur. Ada şimaldan cənuba 3.7 kilometr (2.3 mil) uzanır, maksimum eni 2.3 kilometr (1.4 mil), sahəsi təqribən 4 km2 qədərdir. Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 8 metr (26 ft) hündürlükdədir. Okean gəmiləri üçün liman olan dünyada yeganə özəl adadır. Adada təyinatı üzrə istifadə olunmayan, ancaq "böyüklər üçün" limandan çimərliyə gedən yol kimi xidmət hava limanı var. Velosiped və piyada yolları şəbəkəsi salınmışdır, turistlər dörd dayanacaqdan ibarət avtobus xətti ilə ada ətrafında hərəkət edə bilər. == Tarixi == Ada haqqında ilk qeydlər XVIII əsrin əvvəllərinə təsadüf edir. Ada o dövrün dəniz ticarət yollarının şimalında yerləşir.
Lev Karsavin
Lev Platonoviç Karsavin (d. 1882 - ö. 1952) — Rus filosofu, şair, tarixçi. == Həyatı == Lev Platonoviç Karsavin 13 dekabr 1882-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu.Sankt-Peterburq Dövlət Universitetində oxumuşdu. Lev Karsavin 20 iyul 1952-ci ildə vəfat edib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Карсавин, Лев Платонович: Биография. Библиография. Высказывания Arxivləşdirilib 2008-03-21 at the Wayback Machine Лев Карсавин (1882—1952): биография и тексты Arxivləşdirilib 2011-06-17 at the Wayback Machine Лев Карсавин. Метафизика любви — Документальный фильм (Россия, 2007). Режиссёр Олег Бараев.
Taliya Flora-Karaviya
Taliya Flora-Karaviya, (yun. Θάλεια Φλωρά-Καραβία) — yunan sənətçisi və Münhen Məktəbinin üzvü idi. Döyüş əsgərlərinin ən yaxşı eskizləri ilə tanındı. O, çox sayda rəsm və akvarelin müəllifidir. 1871-ci ildə Siatista şəhərində, Qərbi Makedoniyanın Osmanlı bölgəsində, rahib ailəsində anadan olub. 1874-cü ildə atası ailəsini Konstantinopola köçürdü. 1883-1888-ci illərdə Zappeion Qızlar Məktəbində təqaüdlə təhsil almışdır. Burda təhsilini bitirdikdən sonra o, bir il müəllim işləmişdir. Afina İncəsənət Məktəbində rəssamlıq şöbəsinə yazılmağa çalışdı, lakin qadın olduğu üçün qəbul edilmədi. 1895-ci ildə rəssamlıq oxumaq üçün Münhenə köçdü və orada Georgios Jakobides (1853–1932) və Nikolaos Gyzis (1842–1901) ilə birlikdə çalışdı.
Olcay Kartari Raçed
Olcay Kartari Raçed (tam adı: Olcay Kartari Raçed, ing. Olcay Kartari Rached; 30 noyabr 1950, Qars, Türkiyə) — Azərbaycan əsilli, "Sirr qadın" kimi tanınan, ABŞ prezidentlərinin türk dili üzrə sinxron tərcüməçisi. Olcay Kartari 1950-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gəlib. Babaları Marneulidəndir – azərbaycanlıdır. Belə ki, Kartarinin babaları XX əsrin əvvəllərində Borçalıdan Qars şəhərinə köçmüşdür. Atası Həsən Kartari uzun illər Qarsda yerli təhsil şöbəsinin müdiri, eyni zamanda TRT Qars radiosunun solisti olmuşdur. Kartari ailəsində 5 övladdan ən böyüyüdür. Onun Əsgər, Çingiz, Yavuz və Həmid adlı 4 qardaşı var. İkinci qardaşı professor Əsgər Kartari Hacettepe Universitetində İnformasiya və kommunikasiya fakültəsinin dekanı olub. Olcay Kartari vaxtilə TRT Qars radiosunda xorda xalq musiqisi sənətçisi kimi çalışıb.