Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Katarsis
Katarsis - yunancadan gəlmə olan katarsis, təmizlənmə kimi mənalandırıla bilər. Termin kimi yaranma səbəbi pyeslərdə, ən çox da faciələrdə əsərin sonluğunun tamaşaçı, izləyicilərdə məzmununa görə bir saatlıq, yaxud bir neçə günlük yaratdığı təsirlə təmizlənmə, xeyirxahlıq, peşimançılıq, öz-özünə pak insan olma, günahlardan arınma sözü verilməsi kimi izah olunur. Faciə janrı ilə daha yaxından əlaqədar olması, bu janrda baş qəhrəman(lar)ın ölümü, əbədi yox oluşu, bir daha geri qaıtmaması fikrinin ən itkin şüurlara belə təsir etməsidir.
Vilhelm Kanaris
Vilhelm Frans Kanaris (alm. Wilhelm Franz Canaris‎ 1 yanvar 1887 – 9 aprel 1945) — Almaniya hərbi xadimi, admiral, Nasist Almaniyasında hərbi kəşfiyyat və əks-kəşfiyyat xidmətinin rəhbəri (1935–1944). İkinci Dünya Müharibəsinin sonuna yaxın britaniyalılarla əməkdaşlıq edərək alman müqavimətində iştirak etmiş və yəhudiləri Üçüncü Reyxdən xilas etməyə səy göstərmişdir. 1945-ci il aprelin 9-da edam edilmişdir. 1887-ci il yanvarın 1-də Aplerbekdə (hazırda Dortmund şəhərinin bir rayonu) metallurgiya zavodunu idarəçisinin ailəsində anadan olmuşdur. Admiralın babası İoqan Yozef Kanaris Rur regionunda sənayenin öncüllərindən sayılır. Vilyamın özünün isə uşaqlıqdan dənizə böyük marağı var idi. 1938-ci ilə qədər özünü Yunan admiralı və azadlıq hərəkatının iştirakçısı Konstantin Kanarisin qohumu hesab edirdi. Sonradan əslində əcdadlarının Canarisi soyadı ilə Şimali İtaliyadan gələrək XVII əsrdə Almaniyada məskunlaşdığını və Lüteranlığa keçdiyini iddia edirdi. Bununla belə bir sıra tarixçilər hesab edir ki, Vilhelm Kanarisin Konstantin Kanaris ilə ümumi səcərəyə malik olması barədə yanılmamışdı, amma rəsmi ailə tarixi konyunktur səbəblərə görə dəyişdirilmişdir, çünki Almaniya Yunanıstana qarşı mübarizə aparan İtaliyanın müttəfiqi idi.