Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kvorum
Kvorum – [lat. quorum – kafilik, yetərlilik, məqbulluluq, kifayətlilik] Yığıncağı səlahiyyətli hesab etmək üçün iştirakçıların zəruri sayı. Kvorum adətən qanunla və yaxud təşkilatların nizamnaməsində müəyyən edilir; Iclasın səlahiyyətlərini, hüquqiliyini tanımaqdan ötrü iştirakçıların sayı; Qəbul edilən qərarların qanuni olması üçün hər hansı bir yığıncaqda, toplantıda iştirak edənlərin zəruri sayı (yetərsay); Yetərsay, yetərsəs. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == What is Quorum?
Aporum
Dendrobium (lat. Dendrobium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Kaoru
Kaoru — Yapon adı.
Karum
Karum (ticarət qəsəbəsi, tacir koloniyası) — Yaxın Şərq tarixinin qədim dövrünə aid termin. Mövcud ticarət yollarından mənfəət əldə etmək və mal mübadiləsində iştirak etmək üçün xarici şəhərdə qəsəbə və ya ticarət rayonu. Karumda yaşayan tacirlər çox vaxt yerli özünüidarəetmə və xüsusi imtiyazlardan istifadə edirdilər. Ən tanınmış karum II minilliyin əvvəllərində Anadoluda assuriyalılar tərəfindən qurulmuş Kaneş karumudur.
Votum
Votum (lat. votum, voturn — istək, iradə) — səsvermə ilə ifadə edilən fikirdir. Bir sıra ölkələrin parlament təcrübəsində hökumətin və ya nazirin fəaliyyətinin təsdiqlənməsi və ya rədd edilməsi bu şəkildə ifadə edilir (etimad votumu və etimadsızlıq votumu). Etimadsızlıq votumunda hökumət və ya nazir istefaya gedir. Votumdan həmçinin Konstitusiyaya dəyişikliklərdə istifadə olunur. Bu halda, ikiqat votumdan istifadə edilə bilər, yəni cəhdlər etməklə zaman aralığında eyni məsələ barədə iki dəfə səs vermək.
Çorum
Çorum — Türkiyənin Çorum ilinin inzibati mərkəzi.
Melaleuca uxorum
Melaleuca uxorum (lat. Melaleuca uxorum) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Nerium odorum
Adi oleandr (lat. Nerium oleander) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin oleandr cinsinə aid bitki növü. Oleandrın vətəni — qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağıdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda yayılan 3 növü məlumdur. Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır.
Cuminum odorum
Adi cirə (lat. Cuminum cyminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirə cinsinə aid bitki növü. Onun toxumları bir çox mədəniyyətin mətbəxində həm bütöv, həm də üyüdülmüş şəkildə istifadə olunur. Cirənin xalq təbabətində istifadə edildiyi düşünülsə də, onun dərman vasitəsi kimi istifadəsinin təhlükəsiz və ya effektiv olduğuna dair güclü dəlil mövcud deyil. == Təsviri == Cirə bitkisi 30-50 santimetrə qədər böyüyür və əllə yığılır. Adi cirə 20-30 santimetr hündürlüyündə və 3–5 santimetr diametrində nazik, hamar, budaqlı gövdəyə malik olan birillik ot bitkisidir. Bitkinin kökü boz və ya tünd yaşıl rəngdədir. Yarpaqları 5-10 santimetr uzunluğunda, çiçəkləri kiçik, ağ və ya çəhrayı rəngdədir və çətirdə yığılır. Cirə toxumları uzunsov formada, uzunlamasına çıxıntılı və sarı-qəhvəyi rəngdə olan zirə toxumlarına bənzəyir. == Digər ədviyyatlarla qarışdırılması == Cirə bəzən çətirkimilər (lat.
Ocimum odorum
Adi reyhan (lat. Ocimum basilicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin reyhan cinsinə aid bitki növü. Əsasən subtropik və tropik ölkələrdə yayılan reyhanın dünyada 200-ə qədər növü var. Onların əksəriyyəti xarici görünüşcə oxşar olsalar da, ətirlərinə görə bir-birindən fərqlənirlər. Reyhanın vətəni Seylon adası, Asiyanın tropik rayonları hesab olunur. Həmin ölkələrin təbabət və mətbəxində bu bitkidən 5 min ildən çoxdur ki, istifadə olunur. Qədim zamanlarda Aralıq dənizi sahillərində yaşayan xalqlar onu "kralın ətirli bitkisi" hesab edirdilər. Reyhan sözü ərəb mənşəli olub "gözəl qoxu" deməkdir. Bitkinin latınca adı "krallara layiq ətir" mənasını verir. Qədim Romada belə bir inanc var idi ki, insan reyhan yeyərkən yenidən can qazanır, Hindistanda isə onu müqəddəs bitki hesab edirdilər.
Origanum odorum
Mərzə (lat. Origanum majorana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü. == İstifadəsi == Mərzənin xammalı otdur. Tam çiçəkləmə dövründə birinci çalımdan yığılır. İkinci çalım boy uzatma tədbiri kimi aparılır. Cavan, yaxşı yarpaqlamış budaqlarında və çiçək qruplarında efir yağları vardır. Onlar rutin, askorbin turşusu, karotin və aşı maddələri ilə zəngindir.Mərzə quru və təzə halda ətirli ədviyyat kimi kolbas hazırlan maşında, xiyar və pomidorun duza qoyulmasında, salatlarda, şorbalarda, balıq və tərəvəz yeməklərində (ikinci yeməklərdə) istifadə edilir. Mərzədən alınan efiryağları isə ətriyyat-kosmetika sənayesində istifadə olunur. Mərzə otu tibbi praktikada mərkəzi sinir sistemini sakitləşdirici kimi, mədə-bağırsaq fəaliyyətini stimullaşdıran vasitə kimi, iflic, astma, əsəb xəstəliklərində, öyümə-qusma zamanı, qadınlarda aybaşı pozulmasında, rematizm və s. xəstəliklərdə tətbiq edilir.
Galium verum subsp. verum
Galium verum var. verum
Cinnamomum verum
Cinnamomum verum (lat. Cinnamomum verum) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Camphorina cinnamomum (L.) Farw. Cinnamomum cinnamomum (L.) H.Karst. Cinnamomum zeylanicum var. commune Meisn. Cinnamomum zeylanicum var.
Forum teatr
Forum teatr - ortaya qoyulan problemin məhz tamaşaçılar tərəfindən həll olunduğu teatr növü. Problemin seçilməsində isə hər hansı məhdudiyyət yoxdur. Oynanılan oyunda konkret problem ortaya qoyulur və bu problem həlli yolu tapılması üçün tamaşaçıların müzakirəsinə verilir. Beləcə tamaşaçı hadisələrin gedişatında aktiv rol oynayaraq nəticəni dəyişdirə bilir. Forum teatrında improvizasiya açar rol oynayır. Forum teatr əsasən iri həcmli olmur. Əsas obrazlar əzilən və əzən tərəflər ilə məhdudlaşır və qalan personajlar köməkçi (neytral) obrazlar hesab olunur. Forum teatrının əsas məqsədi həll olunması istənilən problem ətrafında tamaşaçılarla müzakirələr aparmaqla cəmiyyəti bu problemlə üzləşdirmək, çıxış yolu tapmaq və çıxış yolunu insanlar arasında yaymaqdır. Forum teatr cəmiyyətdəki müxtəlif problemlərin həll olunmasında böyük təsirə malikdir. Form teatr hamının hər şeyi deyə bildiyi, fikirlərini azad ifadə edildiyi demokratik mühit yaradır.
Galium verum
Əsl qatıqotu (lat. Galium verum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Asterophyllum galium K.F.Schimp. & Spenn. Galium floridum Salisb. Galium verum subsp. euverum Hyl. Galium verum var. typicum Rouy Rubia vera (L.) Baill.
Grup Yorum
Grup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı Türkiyə musiqi qrupu. 1985-ci ildən indiyədək siyasi baxışlarını musiqi vasitəsilə cəmiyyətə çatdırmağa çalışmışlar. Bu səbəbdən yarandığı vaxtdan bu günə qədər qrup 400 dəfədən çox məhkəməyə verilmişdir. 15 üzvü həbs edilmiş və çıxardıqları 20 albomla 2 milyondan çox satış həyata keçirmişlər. 1987-ci ildən indiyədək 20 albom çıxaran, Türkiyə və Avropada hər il konsert verən qrup bununla yanaşı, yüzlərlə kütlə hərəkatına, küçə nümayişinə, tətilə, fabrik və universitet işğalına qatılmışdır. Uzun illər konsert keçirmələrinə mane olunmuş, üzvləri nəzarətə götürülmüş, həbs edilmiş və bir çox şəhərlərdə disklərinin satışına qadağa qoyulmuşdur. Albomları mahnılarında cinayət ünsürləri olduğu iddiası ilə rəsmi olaraq yığılmışdır. == Tarixi == 1980-ci ildə Türkiyədə reallaşan hərbi zərbəyə və ondan sonrakı siyasətə müqavimət məqsədilə Mərmərə Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin 4 tələbəsi (Kamal Sahir Gürəl, Tuncay Akdoğan, Metin Kahraman, Ayşəgül Yordam) bir araya gələrək 1985-ci ildə qrupu yaratdılar. Qrup musiqi qrupu olmaqdan əlavə müxalif düşüncənin, hüquq və azadlıqlar uğrunda mübarizənin də öndə gələn adlarından biri olmuşdur. Anadolu və orda yaşayan xalqların səsini inqilabçı-sosialist bir musiqi anlayışıyla eşitdirməyi əsas məqsəd seçmişdir.
Illicium verum
Illicium verum (lat. Illicium verum) — bitkilər aləminin avstrobeyliyaçiçəklilər dəstəsinin cırlimonkimilər fəsiləsinin illicium cinsinə aid bitki növü.
Kaoru Kadohara
Kaoru Kadohara (25 may 1970, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 1 qol vurub.
Kaoru Kakinami
Kaoru Kakinami (d. 7 may 1966) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Kaoru Naqadome
Kaoru Naqadome (d. 7 may 1973) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Lorum (Hurand)
Lorum (fars. لروم‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 397 nəfər yaşayır (83 ailə).
Qrup Yorum
Grup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı Türkiyə musiqi qrupu. 1985-ci ildən indiyədək siyasi baxışlarını musiqi vasitəsilə cəmiyyətə çatdırmağa çalışmışlar. Bu səbəbdən yarandığı vaxtdan bu günə qədər qrup 400 dəfədən çox məhkəməyə verilmişdir. 15 üzvü həbs edilmiş və çıxardıqları 20 albomla 2 milyondan çox satış həyata keçirmişlər. 1987-ci ildən indiyədək 20 albom çıxaran, Türkiyə və Avropada hər il konsert verən qrup bununla yanaşı, yüzlərlə kütlə hərəkatına, küçə nümayişinə, tətilə, fabrik və universitet işğalına qatılmışdır. Uzun illər konsert keçirmələrinə mane olunmuş, üzvləri nəzarətə götürülmüş, həbs edilmiş və bir çox şəhərlərdə disklərinin satışına qadağa qoyulmuşdur. Albomları mahnılarında cinayət ünsürləri olduğu iddiası ilə rəsmi olaraq yığılmışdır. 1980-ci ildə Türkiyədə reallaşan hərbi zərbəyə və ondan sonrakı siyasətə müqavimət məqsədilə Mərmərə Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin 4 tələbəsi (Kamal Sahir Gürəl, Tuncay Akdoğan, Metin Kahraman, Ayşəgül Yordam) bir araya gələrək 1985-ci ildə qrupu yaratdılar. Qrup musiqi qrupu olmaqdan əlavə müxalif düşüncənin, hüquq və azadlıqlar uğrunda mübarizənin də öndə gələn adlarından biri olmuşdur. Anadolu və orda yaşayan xalqların səsini inqilabçı-sosialist bir musiqi anlayışıyla eşitdirməyi əsas məqsəd seçmişdir.
Çorum ili
Çorum ili — Türkiyənin Qara dəniz regionunda il.
Korun Mahnısı (1961)
== Məzmun == Televiziya kinorolikində müğənni və aktyor Məmmədəli Əliyev Hüseyn Cavidin "Şeyx Sənan" tamaşasından Kor ərəbin mahnısını İçəri şəhərin fonunda ifa edir. == Film haqqında == Bu kinoçarx Azərbaycan klipinin ilkin variantıdır.