Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Petrovka
Azərbaycanda Petrovka (Cəlilabad) — Cəlilabad rayonunda mövcud olmuş kənd. Belarusda Petrovka (Belarus) — Belarusda kənd. Ermənistanda Petrovka (Loru) — Loru mahalında kənd. Rusiyada Yeni Petrovka (Xaybulla) — Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd.
Federovka
Fyodorovka (Xaybulla) — Xaybulla rayonunda kənd. Fyodorovka (Qazaxıstan) — Fyodorovka (Qırğızıstan) — Fyodorovka (Belarus) — Federovka (Ufa) — Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində yerləşən bir kənd.
Kedrovu
Kedrovu (rus. Кедро́вый, tərc. "Sidrli"), Rusiyanın Tomsk vilayətində şəhərdir. Kedrovu şəhər bölgəsinin mərkəzidir. == Coğrafiya == Şəhər Tomskun 480 km qərb istiqaməti uzaqlığında Yamar çayının hövzəsində olan Çüzik adlı çayın dərəsində yerləşir.
Kirovka
Yaşayış məntəqələri Azərbaycanda Kirovka (Ağstafa) — Ağstafa rayonunun Həsənsu kəndinin 29 dekabr 1992-ci ilə qədərki adı. Kirovka (Biləsuvar) — Biləsuvar rayonunun Günəşli kəndinin 1 sentyabr 2005-ci ilə qədərki adı. Kirovka (Saatlı) — Saatlı rayonunun Mircəlal kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Kirovka (Şamaxı) — Şamaxı rayonunun Nağaraxana kəndinin 5 oktyabr 1999-cu ilə qədərki adı.
Medovka
Medovka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.
Federovka (Ufa)
Fedorovka (rus. Фёдоровка) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində yerləşən bir kənd. Kənd, Kalininski rayonunun altındakı Fedorov kənd şurasına aiddir. == Tarixi == 1992-ci ilə qədər Ufa rayonunun tərkibində olan kənd, həmən ildən bəri Ufa şəhərinin Kalininski rayonunun Fedorov kənd şurasının bir hissəsi olmuşdur. == Əhali == === Milli tərkib === 2002-ci ildə kəndin 75%-i rus idi. == İnfrastruktur == 2007-ci ildən etibarən Kalininski rayonunda 2650 hektar torpaq sahəsində Elkibayevo-Fedorovka-Samokvalovka yaşayış məntəqəsini qurmaq planlaşdırılır. Ufimtsevə yeni mikrorayonda küçələrin adlarını vermək təklif olunur. == Nəqliyyat == Kənddə 130 nömrəli avtobus marşrutu, 300 nömrəli, 299 nömrəli və 131 nömrəli taksi marşrutları fəaliyyət göstərir.
Petrovka (Bakalı)
Petrovka (başq. Петровка, rus. Петровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Yeni Ursay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 35 km, kənd sovetliyindən (Yeni Ursay): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 80 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (95 %) üstünlük təşkil edir.
Petrovka (Loru)
Qurdqala, Petrovka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Rayon təşkil edilənədək Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Toponim türk mənşəli qurd etnoniminə qala sözünün birləşməsindən əmələ gəlib "qurd tayfasına mənsub qala yanında salınan kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı XIX əsrin 60-cı illərində dəyişdirilib Petrovka qoyulmuşdur.
Kirovka (Ağstafa)
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Həsənsu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Kirovka (Biləsuvar)
Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Günəşli kəndi, Kirovka kənd inzibati ərazi vahidi Günəşli kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Rusiyanın köçürmə siyasəti nəticəsində rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar olaraq 1905-ci ildə yaranmış və Alekseyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində S. M. Kirovun (1886–1934) adı ilə Kirovka adlandırılmışdır. 1998-ci ildən kəndin adı Azərbaycan yazıçısı M. C. Paşayevin şərəfinə Mircəlal kimi rəsmiləşdirilmişdir. Memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Günəşli adlanır. == Tarixi == Kənd Nadir şah dövründə onun qışlaq etdiyi ərazilərdən biri olub. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun qərbində, rayon mərkəzindən təxminən 7–10 km məsafədə yərləşir.
Kirovka (Saatlı)
Mircəlal (əvvəlki adı: Kirovkənd; Kirovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Kirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kirovkənd olmuşdur. Ağamalıyevka və Aqrabaz məntə­qələrinin birləşməsi nəticəsində yaradıl­mışdır. Görkəmli yazıçı Mircəlal Paşayevin adı ilə adlandırılmışdır. Antropooykonimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisinin sayı 2360 nəfərdir. == Din == Kənddə Mircəlalkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Kirovka (Şamaxı)
Nağaraxana (əvvəlki adları: Maryevka; Kirovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Kirovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi, Kirovka kənd inzibati-ərazi vahidi Nağaraxana kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kənd qurulanda ilkin adı Maryevka olmuşdur. Kəndin əsasının 1830–1840-cı illər arası, çar Rusiyası dövründə əraziyə köçürülmüş malakan ailələrinin qoymuş olduğu düşünülür. Sovet dönəmində kəndin adı S.M.Kirovun şərəfinə Kirovka olaraq dəyişdirilmişdir, burada böyük kolxoz təsərrüfatı inkişaf etmiş və maldarlıq geniş yayılmışdır. Sovet İttifaqı dağılan zaman bir çox malakan ailəsi evlərini sataraq kənddən Rusiyaya köçmüş, kənd əhalisinin çox hissəsini isə Ermənistan SSR-dən köçmüş köçkünlər təşkil etmişdir. Müstəqillik illərində şəhərlər və kəndlərin adlarının bərpası nəticəsində 5 oktyabr 1999-cu ildə Kirovka kəndi yenidən Nağaraxana olaraq qeydə alındı. Günümüzdə Nağaraxana kəndi Pirqulu istirahət bölgəsinin ən məşhur turizm məkanıdır. == Tarixi == == Əhalisi == Kənd əhalisi 727 nəfərdir ki, onun da 383 nəfəri kişi, 344 nəfəri isə qadınlar təşkil edir.
Kirovka bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Konstantin Kedrov
Konstantin Aleksandroviç Kedrov (doğulmuş — Berdiçevski; 12 noyabr 1942, Rıbinsk) — Rus şairi, filosofu, ədəbiyyatşünası və ədəbiyyatşünası. Metametafor (1984) termininin və metakodun fəlsəfi nəzəriyyəsinin müəllifidir. filologiya elmləri namizədi, fəlsəfə doktoru, Qorki adına Ədəbiyyat İnstitutunun professoru. Ədəbi qrupun yaradıcısı və DOOS (İynəcələri Mühafizə Könüllü Cəmiyyəti) abbreviaturasının müəllifi (1984). SSRİ Yazıçılar İttifaqının üzvü (1989). Rusiya PEN Klubunun İcraiyyə Komitəsinin üzvü. Beynəlxalq Soylular İttifaqının üzvü (Çelişçevlər ailəsi vasitəsilə — şəhadətnamə No 98 11/13/08). Metarealizmin nümayəndəsi və nəzəriyyəçisi. KİV-lərin və bukmeker kontorlarının məlumatına görə, o, 2003–2005-ci illərdə ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub. Cənubi Koreyanın Manhae mükafatı laureatı (2013).
Federovka rayonu (Ufa)
Fedorovka (rus. Фёдоровка) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində yerləşən bir kənd. Kənd, Kalininski rayonunun altındakı Fedorov kənd şurasına aiddir. == Tarixi == 1992-ci ilə qədər Ufa rayonunun tərkibində olan kənd, həmən ildən bəri Ufa şəhərinin Kalininski rayonunun Fedorov kənd şurasının bir hissəsi olmuşdur. == Əhali == === Milli tərkib === 2002-ci ildə kəndin 75%-i rus idi. == İnfrastruktur == 2007-ci ildən etibarən Kalininski rayonunda 2650 hektar torpaq sahəsində Elkibayevo-Fedorovka-Samokvalovka yaşayış məntəqəsini qurmaq planlaşdırılır. Ufimtsevə yeni mikrorayonda küçələrin adlarını vermək təklif olunur. == Nəqliyyat == Kənddə 130 nömrəli avtobus marşrutu, 300 nömrəli, 299 nömrəli və 131 nömrəli taksi marşrutları fəaliyyət göstərir.
Kedrovaya Koşka burnu
Kedrovaya Koşka burnu — Çukot Muxtar Rayonunun cənubunda yerləşən burun. Sahillərini Berinq dənizinə daxil olan Onemen körfəzi yuyur. Elədə böyük olmayan yarımadanın cənub-şərq qutqracağını təşkil edir. Burunun qutaracağında qum və gildən təşkil olunmuş dil vardır. Tundra bitkiləri və kollarla örtülüdür. Burun ətrafında sahilin dərinliyi 1 metrdir. Su altı bankələrə rast gəlinir. Burunda Rusiya Federasiyasına məsxus olan naviqasiya işarəsi vardır.
Petrovka (Starıe Matı)
Petrovka (başq. Петровка, rus. Петровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 26 km, kənd sovetliyindən (Starıe Matı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 100 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşenlər (90 %) üstünlük təşkil edir.
Yeni Fedorovka (Avurğazı)
Yeni Fedorovka (başq. Яңы Федоровка, rus. Новофёдоровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İbray kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 17 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 28 km. Kənddə orta məktəb vardır. Burada 130 nəfər təhsil alır. Kənd uşaq bağcasına və kənd kitabxanasına sahibdir. Kənd 11 küçədən ibarətdir: Pervomayskaya, Sovetskaya, Komsomolskaya, Ufa, Bolşevistskaya, Oktyabrskaya, Krasnı Vostok, Molodyojnaya, Mesnaya, Sadovaya. Kənddə Böyük Vətən müharibəsinə aid abidə komplleksi ucaldılmışdır..
Yeni Petrovka (Xaybulla)
Yeni Petrovka kəndi (başq. Яңы Петровкa) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Yeni Petrovka kəndinin milli tərkibi: ruslar (54 %), başqırdlar (29 %) Məsafələr: rayon mərkəzindən (Akyar): 34 km., kənd sovetliyindən (Antinqan): 10 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 90 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Yeni Petrovka (Şaran)
Yeni Petrovka (başq. Яңы Петровка, rus. Новопетровка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 35 km, kənd sovetliyindən (Miçurinsk): 17 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası):77 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (91 %) üstünlük təşkil edir.