Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazatsa
Kazatsa (it. Casazza) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 3481 nəfər, əhalinin sıxlığı 497 nəfər/km²-dir. Sahəsi 7 km² ərazini tutur. Poçt kodu - 24060. Telefon kodu - 035. Müqədəs şəhid Lourens kommunanın himayədarı hesab olunur və 10 avqustda onun üçun bayram qeyd edilir.
Kidekşa
Kidekşa (rus. Кидекша) — Rusiya Federasiyasının Vladimir vilayətinin Suzdalsky rayonundakı bir kənd (selo), Suzdaldan 4 km (2.5 mil) şərqdə, Kamenka və Nerl çaylarının birləşməsində yerləşir. "Kidekşa" sözü, böyük ehtimal ki, Fin-uqor mənşəli sözdür. Söz sonluğunu təşkil edən "-kşa" ifadəsi (ünsürü) naməlum fin-uqor mənşəli "su", "çay" mənalı söz kimi qəbul olunmuşdur. Bu regionda bir sıra "-kşa", "-ksa" sonluqları ilə qurtaran kiçik çayların mövcud olması ilə təsdiq edilir. Bəzi alimlər "ki" komponentinin mövcudluğunu "daş" mənası verən meryan sözü hesab edir. Beləliklə, Kideşa sözü indiki Kamenka "daşlı çay" sözünü ifadə edə bilər. Bununla yanaşı, soraq kitabçalarında (bələdçi) rus sözləri olan "atmaq", "tullamaq" kimi izah olunan başqa izahlara da rast gəlmək olur. Bu onunla izah edilir ki, Yuri Dolqorukiy qala tikməyi nəzərdə tutduğu bu yeri tullamışdır.. Başqa müəlliflər bunu (bu versiyanı) xalq etimologiyasına aid edirlər.
Kidas
Kidas və ya Kidus — samur (lat. Martes zibellina) və meşə dələsinin (lat. Martes martes) qarışığı olan bir hibrid. Təbiətdə müşahidə edilirlər. Kidasların ölçüləri valideynlərin ölçülərindən biraz böyükdür. Kürkün görünüşü və keyfiyyəti, bəzi hallarda daha çox bir samura bənzəyir, digər xüsusiyyətlərinə görə isə meşə dələsini xatırladır. Daha uzun bir quyruğu və boğaz nahiyyəsində sarı ləkələrə sahib olurlar. Bir həyat tərzində görə sanki samurdur. İstər samur istərsə meşə dələsi ilə çütləşsələrdə balaları olmur.
Kodanşa ABŞ
Kodanşa ABŞ Nəşriyyat MMC (ing. Kodansha USA Publishing, LLC) — Nyu-York mərkəzli nəşriyyat şirkəti. Yaponiyanın ən böyük naşiri Kodanşanın alt qurumudur. 2008-ci ilin iyulunda əsası qoyulan Kodanşa ABŞ şirkəti Yaponiya və yapon mədəniyyəti ilə əlaqədar kitablar və Kodanşa Manqa imprintinin (əvvəllər Kodanşa Komikslər) adı altında manqalar çap etməkdədir.