Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koramal
Koramal (lat. Anguis) — Koramallar fəsiləsinə aid cins. Ayaqsız ilana bənzər kərtənkələlərdir. == Növləri == Bu cinsə 6 növ daxildir: Anguis cephallonica Anguis colchica Anguis fragilis — Cılız koramal Anguis graeca Anguis incomptus Anguis veronensisCılız koramal Avropada, həmcinin Türkiyə, Əlcəzir və Tunis ərazilərində yayılmışdır. A. cephallonica növü cənubi Yunanıstanın emdemik növü sayılır. A. incomptus növü isə 2010-cu ildəOphisaurus cinsinə daxil edilmişdir. 1758-ci ildə Karlos Linneaus Koramal cinsinə bir cox kərtənkələ və ilan növü daxil etmişdi.
Cılız koramal
Cılız koramal (lat. Anguis fragilis) — Pulcuqlular dəstəsinin koramallar fəsiləsinə aid növ. Bu, ayaqsız kərtənkələdir. Kərtənkələnin uzunluğu 50 sm-ə çatır ki, bunun da 30 sm-i bədəninin uzunluğudur. Erkəklərin quyruğu dişilərə nisbətən uzun olur. Erkəkləri qəhvəyi, boz və ya bürünc rəngində olur. Dişilərin rəngi erkəklərə nisbətən solğun olur. Dişilərdən fərqli olaraq, erkəklərin qarnında tünd ləkə və zolaqlar olur.
Koramal (dəqiqləşdirmə)
Koramal
Koramal (roman)
Koramal — Rövşən Abdullaoğlunun 2022-ci ildə nəşr olunan 4-cü romanı.Kitabın təqdimat mərasimi Gəncədə baş tutub. İşıq üzü gördükdən cəmi bir neçə gün sonra artıq birinci nəşri tükənib. == Məzmun == Bitməyən savaşlar, yuyulmuş beyinlər, insanlarla manipulyasiya edən imperialist qüvvələr, xəyanət, müəmmalı siyasi oyunlar, sirli qəhrəmanlar… – Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da. – Bəs, görəsən, xainlərin adı tarixə xain kimi düşməyəcək? Bu müharibədə yaşadığımız dəhşətlərdən gələcək nəsillərin xəbəri olmayacaq?.. Beşguşəli qızıl ulduzun parlaması uğrunda sevdiyi hər şeyi tərk etmək, silaha sarılıb yad diyarlara getmək asan deyildi, ancaq zaman iki cəbhə yoldaşına dönüşün daha çətin olduğunu göstərdi. Əfqanıstanda birgə vuruşduqları, uğrunda canlarını təhlükəyə atdıqları ermənilərlə öz vətənlərində, doğma Qarabağda alovlanan hərb meydanında üz-üzə gəldilər. Bu dəfə iki dost qarşısındakına duyduğu saxta nifrətdən deyil, arxada qoyduqlarına olan sonsuz sevgidən silaha sarıldı. Yaşatmaq və məhv etmək istəyi, heyvani instinktlər və ali dəyərlər, cəsarət və cinayət – qəhrəmanlar mürəkkəb mənəvi dilemmaların öhdəsindən necə gələcəklər? “Qırmızı imperiya”nın qanlı oraq-çəkici altına cəm olmuş sadə insanların kədərli aqibətinə, Əfqanıstan və Qarabağ müharibələrinin pərdəarxası məqamlarına işıq salan yeni roman: böyük bir tarixi dönəmi əhatə edən hadisələrdən bu dəfə quru, rəsmi faktlar deyil, çətin və şanlı illərdən ruhən qalib çıxmış, hər birimizə tanış və doğma olan insanlar danışır.
Sarı koramal
Sarı koramal(lat. Pseudopus apodus) — Koramallar fəsiləsinə aid ayaqsız kərtənkələ növü. == Xariçi görünüş == Koramallar ayaqlara malik olmurlar, halbuki kərtənkələdirlər. Sarı koramal öz sinfinə daxil olan ilanlar arasında ən irisidir. Onlar bəzən 1,5 m təşkil edir. Uzun quyruğa malik olular və təhlükə zamanı onu atırlar. == Yayılması == Onların arealı Cənub-şərqi Avropa, Orta və cənub-qərbi Asiya, Qafqaz və Krım ərazilərini təşkil edir. == Qidalanması və çoxalması == Əsasən molyusklar və Cücülərlə qidalanır. Bəzən onurğalılarlada qidalanması müşahidə edilib. 8–10 olmaqla yumurta qoyur.
Koramal (film, 2009)
== Məzmun == Filmdə iki kordan və onlar arasındakı konfliktdən bəhs olunur. Hər kor özlüyündə böyük bir kütləni təmsil edir. Filmin adı özlüyündə süjet haqqında çox şey deyir. Koramal sözünü 2 hissəyə bölmək olar: kor və amal. Bu birləşmədən koramal sözü əmələ gəlir ki, bu da sürünən heyvandır. Heç bir yerə getməyən, sonu olmayan ideyasını ifadə edir. == Film haqqında == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2008-ci il yanvarın 10-dan aprelin 10-a qədər "Bu meydan, bu ekran 2008" kinolayihələr müsabiqəsi keçirilib. Müsabiqə gənc nəslə vətənpərvərlik ruhu aşılayan yüksək səviyyəli bədii filmlər yaratmaq, Qarabağ müharibəsi mövzusunu kino vasitəsilə əks etdirmək, eləcə də kinematoqrafiya sahəsində çalışan gənclərə özlərini sınamaq üçün imkan yaratmaq məqsədilə təşkil olunmuşdu. Müsabiqədə iştirak etmək üçün 45 layihə təqdim olunub, onlardan 7-si seçilib. "Koramal" da bu 7 qalibdən biridir.
Mustafa Edige Kırımal
Mustafa Edige Kırımal və ya Mustafa Edige Şinkeviç (1911, Bağçasaray, Tavriya quberniyası[d] – 22 aprel 1980, Münhen) — litva tatarı, ictimai xadim, Krım tatar milli mərkəzinin sədri. İkinci Dünya müharibəsi dövründə nasist Almaniyası qarşısında Krım tatarlarının maraqlarını müdafiə etmiş və nasist işğalından sonra Krımda qurulmuş Simferopol Müsəlman Komitəsinin üzvü olmuşdur. == Həyatı və fəaliyyəti == Mustafa Edige Kırımal 1911-ci ildə Bağçasarayda anadan olub. Litva tatarlarından olan o, həm də Litva müsəlmanları müftisinin qardaşı oğlu idi. Birinci Dünya Müharibəsi ərəfəsində onun ailəsi Krıma köçür. Simferopol Pedaqoji İnstitutunda təhsil alıb. 1923-ci ildən 1927-ci ilə qədər Krımda fəaliyyət göstərən Milli Hərəkat Təşkilatında fəaliyyət göstərib. Sovet təqibindən qurtulmaq üçün birinci Azərbaycana gəlmiş Vəli İbrahimovun həbs edilib məhkəmə qərarı ilə güllələnməsindən sonra isə İrana keçmişdir. 1932-ci ildən İstanbulda yaşayıb 2 ildən sonra isə Vilnüsə köçüb. 1934-cü ildə Vilnüs Universitetinə daxil olub, 1939-cu ildə isə oranı bitirib.