Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klad
Klad — əcdadın və nəslin davamçılarının təşkil etdiyi qrupdur. == Xarici keçidlər == Evolving Thoughts: Clade DM Hillis, D Zwickl & R Gutell. "Tree of life". An unrooted cladogram depicting around 3000 species.
Klas-klas
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
Bret Klar
Bret Klar (27 oktyabr 1972) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bret Klar Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Karen Klar
Karen Klar (9 aprel 1972) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Karen Klar Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Karen Klar Olimpiadanın gümüş medalına sahib olub.
Klas Arnoldson
Klas Arnoldson (21 oktyabr 1844 – 20 fevral 1916[…]) — İsveçli yazıçı, jurnalist və siyasətçi. == Həyatı == Dayanıqlılığı və pasifistliyi iəl bilinən Arnoldson 1908-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. Arnoldson eyni zamanda İsveç Sülh və Arbitraj Dərnəyinin qurucu üzvü və başçısıdır.
Klaud Zid
Klaud Zid (fr. Claude Zidi; 25 iyul 1934, Paris) — fransız rejissor. Parisdə anadan olub. O, operator və daha sonra [quruluşçu operator kimi işə başlayıb və 1971-ci ildə onun rejissorluq və ssenarist debüt edilib. O, "Ən Yaxşı Rejissor" həmçinin "Ən Yaxşı Ssenari" üçün irəli sürülüb, Oskar və Sezar mükafatını qazanıb. == Filmləri == Asteriks və Obeliks Sezara qarşı (film, 1999) Əti sənin, sümüyü mənim (film, 1976) Mənim yeni qonşum (film, 1984) Dəniz qadını (film, 1971) Atların sevgisi (film, 1967) Əsl həyat (film, 1970) Qrand dayı (film, 1970) Cənablar (film, 1990) İki (film, 1989) Mənim yeni qonşum 2 (film, 1990) Hesab (film, 1991) Səhifəni izlə (film, 1997) Heyvan (film, 1977 Bənzər (film, 1983) Mən uduzmuram!
Klayd Tambo
Klayd Uilyam Tambo (4 fevral 1906[…] – 17 yanvar 1997[…]) — Amerikan astronomu.O Pluton planetini kəşf etməyi ilə məşhurdu.
Klod Debüssi
Klod Debüssi (fr. Achille-Claude Debussy [aʃil klod dəbysi]); 22 avqust 1862[…], Sen-Jermen-an-Le, Sena-i-Uaza[d], İkinci Fransa İmperiyası – 25 mart 1918[…], Parisin 16-cı dairəsi[d], Üçüncü Fransa Respublikası) —fransız bəstəkarı, musiqidə impressionizmin aparıcı nümayəndəsi. == Həyatı == Klod Debüssi 22 avqust 1862-ci ildə anadan olmuşdu.1872-ci ildə 10 yaşlı Debüssi Paris Konservatoriyasına daxil olur. İlk əsərlərindən simfonik oda “Zuleyma” (Heynenin şeirləri əsasında), 2 hissəli xor və orkestr üçün “Bahar” süitası, sonralar isə “Rodriqo və Ximena”, “Pelias və Melizanda”, “Məhəbbətin cinayəti” operaları, “Kamma”, “Oyunlar”, “Oyuncaqlarla dolu taxta” baletləri, Simfoniya (1880-1881), “Triumf Vakxa” süitası (1882), 3 noktyürn (“Buludlar”, “Bayramlar”, “Sirenalar”), arfa və simlilər üçün 2 rəqs, Prelüdiyalar (1891-1894), fortepiano triosu, simli kvartet, violonçel və fortepiano üçün Sonata (1915), skripka və fortepiano üçün Sonata (1916-1917), Qaraçı rəqsləri. Mazurka, “Berqamask süitası”, “Romantik vals”, “Obrazlar”, “Estamplar” süitası, “Ağ və qara” 3 pyesləri aiddir. Piano bəstələri tarixində ən önəmli bəstəkarlardan sayılan Debüssi impresionistlərin və simvolistlərin ideallarını və məqsədlərini musiqiyə daşıyıb. O ondan öncə gələn bəstəkarlar tərəfindən hazırlanmış klaviatura qaydalarını rədd eləyib, yeni texnikalar və səs effektləriini inkişaf etdirib. Debüssinin bəstəkarlığı XX əsr musiqisinə dərindən təsir edib. Debüssi musiqisinin obrazlar aləmi olduqca zəngin və çoxşaxəlidir. Məsələn, fortepiano üçün bəstələnmiş "Prelüdlər" məcmuəsindən "Qar üstə addımlar" pyesini dinləyərkən biz sanki tənha səyyahla rastlaşır, onun qapıldığı ümidsizlik, yalqızlıq hisslərini varlığımızla duyuruq; "Saçı kətan rəngli qız" əsəri gözlərimiz önündə incə, gül tək zərif qadın surəti canlandırır; "Qərbdən əsən külək nələr görüb" pyesi dənizin ənginliklərində baş vermiş faciəvi hadisələrin əks-sədası kimi səslənir; "Batmış kilsə" prelüdündə bəstəkar uzaq keçmişdə batmış və hərdən zəng səslərinin müşayiəti ilə dalğalardan qalxan İs şəhəri haqqında qədim fransız əfsanəsinə müraciət edir.
Klod Jad
Klod Jad (Claude Jade) Fransa aktrisası 8 oktyabr 1948 - 1 dekabr 2006) Gənc aktrisa aktyorluq ixtisası üzrə təhsil alıb. Teatrda onu Fransua Tryuffo kəşf etdi. Oğurlanmış öpüşlər (film, 1968) dəki Kristin baş rolu ilə məşhurlaşdı. Digər Fransua Trüffo filmlərində rol aldı ([Ailə ocağı, Qaçışda sevgi). Alfred Hiçkok (Topaz) və Sergey Yutkeviç (Lenin Parisdə) kimi rejissorlarla da oynadı. Fransız, Amerika, Belçika, İtalyan, Janpanik, Alman və Sovet filmlərində rol aldı.
Klod Kahen
Klod Kahen (fr. Claude Cahen; 26 fevral 1909[…], VI arondisman, Paris, İl de Frans, Fransa – 18 noyabr 1991[…]) — Fransız şərqşünası. == Həyatı == Klod Kahen 26 fevral 1909-cu ildə Parisdə doğulmuşdu. Yüksək təhsilinə École Normale Supérieuredə başladı; 1931-ci ildə École Nationale des Langues Orientalesin Türkcə-Ərəbcə bölümündən məzun oldu. 1932-ci ildə tarix müəllimliyi imtihanını qazanaraq Amiens, Rouen və Parisdə çalışdı və araşdırma fəaliyətləri ilə məşğul oldu. 1936–1937-ci illərni Türkiyədə keçirdi. 1940-cı ildə "La Syrie du Nord K lZpoque des Croisades" adlı dissertasiyası ilə doktor ünvanını aldı. II Dünya Savaşı müddətində beş il dustaq qaldı. 1945–1959-cu illərdə Strasburq Universitetində, daha sonra da kariyerini tamamladığı Sorbonne Universitetində (1959–1979) dosent vəzifəsində çalışdı. 1973-cü ildən etibarən Académie des Inscriptions et Belles-Lettresin üzvü və Société Asiatiquein başçısı olan Kahen, Légion dHonneur nişanı sahibi idi.
Klod Leluş
Klod Leluş (fr. Claude Lelouch) — fransız kino rejissoru, ssenarist, operator, aktyor və prodüser. == Həyatı == Klod Leluş 30 oktyabr 1937-ci ildə Parisdə anadan olmuşdur. Onun valideynləri Əlcəzair yəhudiləri idilər. Öz debütünü operator kimi qısametrajlı filmlərdə etmişdir. 13 yaşında Kann kinofestivalının debüt müsabiqəsinin mükafatını qazanmışdır. 1956-cı ildə Klod Leluş SSRİ haqqında "Pərdə qalxanda" adlı reportajın müəllifi olmuşdu. Bu reportaj gizli kamera ilə çəkilmiş və nümayiş üçün Fransa televiziyası tərəfindən alınmışdı. Leluşun tammetrajlı kinoda ilk işi "İnsanlığın məğzi" (1961) filmi olmuşdur. Bu ekran əsəri xüsusi bir uğur əldə etmədi.
Klod Mone
Oskar Klod Mone (fr. Oscar-Claude Monet, 14 noyabr 1840[…], Paris[…] – 5 dekabr 1926[…]) — fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri. == Həyatı == Klod Mone 1840-cı ildə Parisdə dünyaya gəlib. O, 5 yaşındaykən ailəsi Normandiyaya köçür. Notre-Dame-de-Lorette kilsəsində təhsil aldığı illərdə onun adı Oskar Klod Mone kimi yazıldı. Ata-baba sənəti olan baqqallığı davam etdirməsi üçün atası çox cəhd göstərsə də, o, musiqiçi anasının sənətinə maraq göstərirdi. 1851-ci ildə La Havre-də orta məktəb təhsilinə başlayan Mone qara karandaşla çəkdiyi cizgilərlə çevrəsində tanınırdı. Onun incəsənətə olan marağı məhz bu cizgilərdə təzahür edirdi. Fransis Oçarddan ilk dərslərini alan Klod bu ərəfədə gələcək karyerasında əvəzsiz rolu olacaq Boudinlə də tanış oldu. 28 yanvar 1857-ci ildə anası öldüyündə onun 16 yaşı vardı.
Klod Simon
Klod Ejen Anri Simon (fr. Claude Simon; 10 oktyabr 1913[…], Antananarivu – 6 iyul 2005[…], Paris) — fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1985). == Həyatı == Fransız yazıçısı Klod Ejen Anri Simon Madaqaskar adasında doğulmuşdu. Atası Lui Antuan Simon fransız müstəmləkə qüvvələrinin zabiti idi. Birinci Dünya müharibəsinin ilk günlərində cəbhədə həlak olmuşdu. Klod əvvəlcə anası Süzanna Simonla birlikdə Fransa-İspaniya sərhəddindəki kiçik Perpinyan şəhərində yaşamışdı. Lakin 10 yaşında anasını da itirdiyindən qohumlarının himayəsinə keçməli olmuşdu. Ədəbiyyatla, rəssamlıq və foto sənəti ilə yaxından maraqlanırdı. 1934-1935-ci illərdə o, Fransa ordusunda xidmət etmişdi. Ordudakı xidmətini başa vurandan sonra SSRİ-yə səfəri dünyagörüşündə müəyyən dəyişikliklərə yol açmışdı.
Klod Şapp
Klod Şapp (fr. Claude Chappe; 25 dekabr 1763[…] – 23 yanvar 1805[…], Paris) — fransız ixtiraçı. 1792-ci ildə Teleqraf sistemini yaratmağı təklif etmişdir. Klod Şapp təpələrin üzərində, teleqraf qüllələri quraşdırdı. Hər qüllənin üzərində 49 ayrı istiqamətə dəyişə bilən, iki çarxlı fırladıcı vardı. 49 istiqamətin hər biri, bir hərfə və ya şərti işarəyə uyğunlaşdırılmışdı. Bu sistem uğurlu oldu, belə ki, XIX əsrin ortalarında Fransada teleqraf xəttlərinin uzunluğu 4.828 kilometə çatmışdır. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Klod Şennon
Klod Elvud Şennon (ing. Claude Elwood Shannon; 30 aprel 1916[…] – 24 fevral 2001[…], Medford[d], Massaçusets) — amerikalı mühəndis, kriptoanalitik və riyaziyyatçı. "İnformasiya əsrinin atası" hesab olunur. Müasir yüksək texnoloji rabitə sistemlərində tətbiq tapan məlumat nəzəriyyəsinin banisidir. Hal-hazırda müasir rabitə texnologiyalarının əsasını təşkil edən fundamental anlayışları, fikirləri və onların riyazi formulalarını təqdim etdi. 1948-ci ildə məlumatın ən kiçik birliyini ifadə etmək üçün "bit" sözündən istifadə etməyi təklif etdi ("Riyazi nəzəriyyə" məqaləsində). Bundan əlavə, entropiya anlayışı Şennon nəzəriyyəsinin vacib bir xüsusiyyəti idi. O, təqdim etdiyi entropiyanın ötürülən mesajdakı məlumatın qeyri-müəyyənlik dərəcəsinə bərabər olduğunu nümayiş etdirdi. Şennonun "Rabitə riyazi nəzəriyyəsi" və "Gizli sistemlərdə rabitə nəzəriyyəsi" məqalələri informasiya və kriptoqrafiya nəzəriyyəsi üçün əsas hesab olunur. Klod Şennon, kriptovalyutaya elmi baxımdan müraciət edənlərdən biri, onun nəzəri əsaslarını formalaşdıran və bir çox əsas anlayışları təqdim edən ilk biri idi.
Uayz Blad
Vayz Blad (ing. Weyes Blood; 11 iyun 1988, Santa-Monika, Kaliforniya) — amerikalı müğənni və bəstəkar. O, beş albom və dörd mini-albom buraxıb. Karyera boyu onun musiqisi əhəmiyyətli dəyişilib. O, Oreqonun Portlend şəhərində fəaliyyət göstərən noiz musiqi səhnəsinin Jackie-O Motherfucker qrupunda bas-gitaraçı kimi iştirak edib və Satanized qrupunun vokalısti olub. Weyes Blud kimi o, iki albomunu özü yayımlamışdı. Səhnə adını Weyes Blood'a dəyişərək o, "The Outside Room" (2011) albomunu Not Not Fun Records albom şirkətində buraxmışdır. Daha sonra o, "The Innocents" (2014) və "Front Row Seat to Earth" (2016) albomları "Mexican Summer" adlı müstəqil albom şirkətində buraxır. "Titanic Rising" (2019) adlı ən son studiya albomunu Sub Pop-da buraxaraq tənqidçilər tərəfindən müsbət rəylər qazanıb.
Ulad-Hədac
Ulad-Hədac (ərəb. أولاد هداج‎, fr. Ouled Hedadj) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 30 metr hündürlükdə yerləşir, 10 km2 ərazini əhatə edir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 31 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 18 kilometr qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 30 573 nəfər idi.
Ulad-Musa
Ulad-Musa (ərəb. أولاد موسى‎, fr. Ouled Moussa) — Əlcəzairin şimalında, Bumerdes vilayətinin ərazisində kommuna. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 117 metr yüksəklikdə yerləşir, sahəsi 29 km2-dir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 38 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 15 kilometr cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 45,770 nəfər idi.
Ulad-Səid
Ulad-Səid (ərəb. أولاد السعيد‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Timimun dairəsinə daxildir. Şəhər vilayətin şimal hissəsində, Bğyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 850 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 343 metrdir.Ulad-Səid kommunasının sahəsi 650 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 24,2-dir °C. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,9°C, ən isti ayda (iyulda) 36,6°C-dir.
Ulad-Yəiş
Ulad-Yəiş (ərəb. أولاد يعيش‎) — Əlcəzairin şimalında, Blida vilayəti ərazisində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. Şəhər vilayətin mərkəzi hissəsində, vilayətin inzibati mərkəzi Blidanın yaxınlığında, dəniz səviyyəsindən 223 metr yüksəklikdə yerləşir. Ulad-Yəiş ölkənin paytaxtı Əlcəzairdən təxminən 30 kilometr cənub-qərbdə yerləşir. Əlcəzair müstəqillik qazanmazdan əvvəl şəhər Dalmati adlandırılırdı. 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 87,131 nəfər idi.
Vayz Blad
Vayz Blad (ing. Weyes Blood; 11 iyun 1988, Santa-Monika, Kaliforniya) — amerikalı müğənni və bəstəkar. O, beş albom və dörd mini-albom buraxıb. Karyera boyu onun musiqisi əhəmiyyətli dəyişilib. O, Oreqonun Portlend şəhərində fəaliyyət göstərən noiz musiqi səhnəsinin Jackie-O Motherfucker qrupunda bas-gitaraçı kimi iştirak edib və Satanized qrupunun vokalısti olub. Weyes Blud kimi o, iki albomunu özü yayımlamışdı. Səhnə adını Weyes Blood'a dəyişərək o, "The Outside Room" (2011) albomunu Not Not Fun Records albom şirkətində buraxmışdır. Daha sonra o, "The Innocents" (2014) və "Front Row Seat to Earth" (2016) albomları "Mexican Summer" adlı müstəqil albom şirkətində buraxır. "Titanic Rising" (2019) adlı ən son studiya albomunu Sub Pop-da buraxaraq tənqidçilər tərəfindən müsbət rəylər qazanıb.
Fransalı Klod
Fransalı Klod (fr. Claude de France, 13 oktyabr 1499 – 20 iyul 1524, Blua) — Fransa kralı I Fransiskin ilk xanımı, Fransa kraliçası. O, eyni zamanda Fransa kralı XII Lüdovikin qızı idi. == Mənbə == Henri Pigaillem: Claude de France : Première épouse de François Ier, mère d’Henri II. Pygmalion, 2006, 2756400386 Yves Bottineau: Georges Ier d'Amboise (1460–1510): un prélat normand de la Renaissance, Rouen, PTC, pp. 67–68. Ornato, Monique (2001). Répertoire de personnages apparentés à la couronne de France aux XIVe et XVe siècles [Directory of characters related to the crown of France in the 14th and 15th centuries]. Publications de la Sorbonne. p. 145.
III Vlad Drakula
III Vlad Tsepeş (rum. Vlad Ţepeş) və ya Vlad Drakula (rum. Drăculea) (ən tezi 1428 və ən geci 1431, dekabr 1431 və ya 2 noyabr 1431 – 14 dekabr 1476, Buxarest, Valaxiya knyazlığı)- Valaxiya voyevodası. Atası və babası kimi "Drakon" ("Əjdaha") ordeninin üzvü olmuşdur. 1897-ci ildə irland yazıçısı Brem Stoker Drakula əsərini yazmışdı. Bu kitab Vlad Tsepeşin şöhrətini daha da artırmışdı. Əslində "Drakula" əsərində IV əsrdə hökmranlıq etmiş İrlandiyanın qəddar hökmdarı Drakuladan danışılır. == Həyatı == III Vlad Tsepeş Transilvaniyanın (Şimal-Qərbi Rumıniya) kiçik Siqişoara şəhərciyində 1431-ci ilin noyabr və ya dekabr ayında dünyaya gəlmişdir. 13 yaşı olanda Osmanlılar tərəfindən əsir götürülmüşdü. 4 il əsir qaldıqdan sonra azad edilmişdi.
III Vlad Tsepeş
III Vlad Tsepeş (rum. Vlad Ţepeş) və ya Vlad Drakula (rum. Drăculea) (ən tezi 1428 və ən geci 1431, dekabr 1431 və ya 2 noyabr 1431 – 14 dekabr 1476, Buxarest, Valaxiya knyazlığı)- Valaxiya voyevodası. Atası və babası kimi "Drakon" ("Əjdaha") ordeninin üzvü olmuşdur. 1897-ci ildə irland yazıçısı Brem Stoker Drakula əsərini yazmışdı. Bu kitab Vlad Tsepeşin şöhrətini daha da artırmışdı. Əslində "Drakula" əsərində IV əsrdə hökmranlıq etmiş İrlandiyanın qəddar hökmdarı Drakuladan danışılır. == Həyatı == III Vlad Tsepeş Transilvaniyanın (Şimal-Qərbi Rumıniya) kiçik Siqişoara şəhərciyində 1431-ci ilin noyabr və ya dekabr ayında dünyaya gəlmişdir. 13 yaşı olanda Osmanlılar tərəfindən əsir götürülmüşdü. 4 il əsir qaldıqdan sonra azad edilmişdi.
Klod Adrian Helvetsi
Klod Adrian Helvetsi (26 yanvar 1715[…] – 26 dekabr 1771[…], Paris) — Fransa filosofu. == Fəlsəfəsi == O, insanı sırf təbii-elmi nöqteyi-nəzərdən izah etməyə çalışırdı. O, "elmi" izahlardan qeyri heç bir izahı qəbul etməyən alimlərdən idi. O, əmin idi ki, elm sosioloji və psixoloji hadisələr də daxil olmaqla, bütün halları izah etməyə qadirdir. Hobbsdan fərqli olaraq, Helvetsi öz sistemini özünü qoruyub saxlama instinktindən başlamırdı. Helvetsiyə görə, şəxsi maraq hərəkətverici qüvvə kimi çıxış edir. İnsan həzz axtarır və iztirablardan qaçır. Tərifinə görə, həzz və iztirab ancaq ayrı-ayrı fərdlərə aid olan eqoist hisslərdir. (Biz başqaları ilə birgə narahat ola bilərik, lakin onların hisslərini bölə bilmərik). Helvetsi insan fəaliyyətinin hərəkətverici qüvvəsinə sadə psixoloji izahat verir: insanların davranışı belə izah olunur ki, onlar avtomatik olaraq məmnunluğa can atır, ağrıdan isə qaçırlar.