Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klokot
Klokot (serb-kiril. Клокот) və ya Kllokot (alb. Kllokoti), Kosovonun Gilan rayonunda yerləşən bir qəsəbə və bələdiyyə. Bələdiyyə 2010-cu ilin yanvar ayının 8-də quruldu və məskunlaşmalar Vitina bələdiyyəsinin bir parçası idi. Bələdiyyənin baş qərərgahı Klokot qəsəbəsindədir. Bu bir Serb enklavıdır. == Coğrafiyası == Klokot, Kosovonun cənub-şərqindəki Pomoravliye coğrafi regionunda yerləşir. Bələdiyyənin kadastr sahəsi 2,336 hektardır. Bələdiyyə, Klokot qəsəbəsini və üç kəndi ehtiva edir: Klokot (serb-kiril. Клокот, alb.
Kolçak
Aleksandr Vasilyeviç Kolçak (rus. Алекса́ндр Васи́льевич Колча́к; 4 (16) noyabr 1874, Aleksandrovskoye[d], Sankt-Peterburq quberniyası[d] – 7 fevral 1920[…], İrkutsk) — admiral, Rusiyanın ali rəhbəri (1918 −1920), Rus ordusunun baş komandanı. == Əsli-nəcabəti == Ulu babası İlyas Kolçak paşa 1735–1739-cu illər rus-türk müharibəsi zamanı Moldova cəbhəsində vuruşan türk qoşunlarının komandanı, sonra isə Xotin (Xatın) qalasının komendantı olmuşdu. İlyas Kolçak paşa ruslara əsir düşür, müharibə başa çatdıqdan sonra Polşada məskunlaşır. 1794-cü ildə onun övladları Rusiyaya köçürlər. Onlar pravoslav təriqəti üzrə xristianlığı qəbul edərək Rusiyada yaşamağa başlayırlar. Atası Vasili İvanoviç Kolçak (1837–1913) rus ordusunda ilk zabit rütbəsini Krım müharibəsində (1853–1856) Sevastopolun müdafiəsi zamanı qazanmışdır: o, Malaxov Kurqanın daş bürcünün müdafiəçilərindən yeganə sağ qalmış şəxs idi, hansı ki fransızlar onu ölülərin arasından tapmışdılar. Bu müharibədən sonra Vasili İvanoviç Kolçak Sankt-Peterburqda dağ-mədən institutunda təhsil almağa başlayır. Anası Olqa İliniçna Kolçak tacir ailəsində anadan olmuşdu. Aleksandr Vasilyeviç Kolçak 4 noyabr 1874-cü ildə Peterburq ətrafındakı Aleksandrovsk kəndində anadan olmuşdur.
Glock
Glock — Avstriya istehsalçısı "Glock Ges.mb" tərəfindən dizayn edilmiş və istehsal edilmiş polimer çərçivəli, qısa geri çəkilmə ilə idarə olunan, kilidli arxa yarımavtomat tapança markası. Silah etibarlılıq və təhlükəsizlik testlərində ən yüksək nəticə əldə etdikdən sonra 1982-ci ildə Avstriya hərbi və polis qüvvələrinin xidmətinə verilmişdir. Glock tapançaları şirkətin ən gəlirli məhsuluna çevrilib və ən azı 48 ölkədə milli silahlı qüvvələrə, təhlükəsizlik agentliklərinə və polis qüvvələrinə tədarük edilib. Glock həm gizli, həm də açıq daşımada istirahət və güllə atıcılığı, evdə və özünümüdafiə üçün mülki şəxslər arasında məşhur odlu silahdır. 2020-ci ildə Glock 19 "GunBroker"də ən çox satılan tapança idi. == Haqqında == Şirkətin ilk və şirkəti tanıdan əsas silahı "Glock-17" tapançasıdır. Gaston Glock tərəfindən hazırlanan bu tapança 1980-ci illərdə Avstriya ordusu tərəfindən təşkil edilən bir yarışmada qalib olur. Bundan sonra 80-ci illərin əvvəllərindən kütləvi şəkildə istehsal olunur. Hal-hazırda 30-dan çox ölkədə istehsal edilir.
Aleksandr Kolçak
Aleksandr Vasilyeviç Kolçak (rus. Алекса́ндр Васи́льевич Колча́к; 4 (16) noyabr 1874, Aleksandrovskoye[d], Sankt-Peterburq quberniyası[d] – 7 fevral 1920[…], İrkutsk) — admiral, Rusiyanın ali rəhbəri (1918 −1920), Rus ordusunun baş komandanı. == Əsli-nəcabəti == Ulu babası İlyas Kolçak paşa 1735–1739-cu illər rus-türk müharibəsi zamanı Moldova cəbhəsində vuruşan türk qoşunlarının komandanı, sonra isə Xotin (Xatın) qalasının komendantı olmuşdu. İlyas Kolçak paşa ruslara əsir düşür, müharibə başa çatdıqdan sonra Polşada məskunlaşır. 1794-cü ildə onun övladları Rusiyaya köçürlər. Onlar pravoslav təriqəti üzrə xristianlığı qəbul edərək Rusiyada yaşamağa başlayırlar. Atası Vasili İvanoviç Kolçak (1837–1913) rus ordusunda ilk zabit rütbəsini Krım müharibəsində (1853–1856) Sevastopolun müdafiəsi zamanı qazanmışdır: o, Malaxov Kurqanın daş bürcünün müdafiəçilərindən yeganə sağ qalmış şəxs idi, hansı ki fransızlar onu ölülərin arasından tapmışdılar. Bu müharibədən sonra Vasili İvanoviç Kolçak Sankt-Peterburqda dağ-mədən institutunda təhsil almağa başlayır. Anası Olqa İliniçna Kolçak tacir ailəsində anadan olmuşdu. Aleksandr Vasilyeviç Kolçak 4 noyabr 1874-cü ildə Peterburq ətrafındakı Aleksandrovsk kəndində anadan olmuşdur.
Cerard Kloson
Cerard Kloson (ing. Sir Gerard Leslie Makins Clauson; 1891[…], London – 1974[…], Birləşmiş Krallıq) — Böyük Britaniya dövlət xadimi, diplomat, şərqşünas, Türk dilləri üzrə mütəxəssis. == Həyatı == Cerard Kloson 28 aprel 1891-ci ildə Londonda doğulmuşdur. Bir minbaşının oğludur. İton kollecindən sonra ali təhsilini Oksford Universitetinə bağlı Corpus Christi Collegedə almışdır. 1914-cü ildə buradan məzun olmuş və çox keçmədən əsgər olaraq qatıldığı I Dünya Savaşı boyunca Çanaqqala, Misir və İraqda orduda xidmət etmişdir. Savaşdan sonra 1919-cu ildə daxil olduğu Müstəmləkələr Nazirliyində 1951-ci ildə təqaüdə çıxıncaya qədər önəmli mövqelərə yüksəlmişdir. Əməkli olduqdan sonra isə özünü bütünlüklə elmi araşdırmalara vermək imkanı əldə edərək ən önəmli çalışmalarını bu dövrədə ortaya qoymuşdur. Cerard Kloson 1 may 1974-cü ildə Londonda vəfat etmişdir. == Əsərləri == G.Clauson, An Etymological Dictionary of Pre-13th-century Turkish 1972 G.Clauson 'Turkish and Mongolian Studies' 1962.
Kolobok adası
Kolobok adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının qərbində, Komsomoles adasının şimal-qərbindən 13 km məsafədə yerləşir. Qonşu Şimal adası ondan cəmi 550 m aralıda yerləşir. == Təsviri == Ada dairəvi formaya malikdir. Diametri 600 metrdir. Şimalında ensiz körfəz yerləşir. Qərbində isə kiçik göl vardır. Səthi hamardır, yüksəklik yoxdur.
Kolçak adası
Kolçak adası (1937–2005 illərdə Rastoquev adası) — Kara dənizinin Taymır körfəzində yerləşən ada. Ada Taymır yarımadasında yerləşən Təyyarəçilər yarımadası sahilində Zeeberq közfəzi yaxənlığında qərar tutur. Materikdən Rastorquev boğazı ilə ayrılır. Adanın uzunluğu 20 km, eni isə 6 km, maksimal hündürlüyü 50 m təşkil edir. == Tarixi == Ada ilk dəfə 1901-ci ildə İmperator Elmlər akademiyasının təşkil etdiyi Rusiya Qütb ekspedisiyası zamanı kəşf edilmişdir. Bu ekspedisiyaya Eduard Vasileviç Toll rəhbərlik etmişdir. Tollun fikri ilə adanın şimalı Kolçaq burnu olaraq qeydə alınmışdır. Aleksadr Vasiliviç Kolçak ekspedisiyanın hidroqrafı olmuşdur. Bir müddət sonra ada bütünlüklə Kolçak adlandırılır. Burun idə Rusiya Coğrafiya cəmiyyətinin üzvü olan şair Konstantin Konstatinoviç Sluçevskinin (1873–1905) şərəfinə adlandırılır.
Kolçak hökuməti
Kolçak hökuməti (18 noyabr 1918-5 yanvar 1920, paytaxtı Omsk) — 1918-ci ilin noyabrında, Rusiya vətəndaş müharibəsi gedişində, Omskda müttəfiqlərinin yardımı və admiral Kolçakın başçılığı ilə fəaliyyət göstərən hökumət. == Aparıcı dövlətlərin mövqeyi == İngiltərə və Fransa Kolçaka malliyə və hərbi yardım göstərirdilər. Amerikanın Sibirdəki konsulu Harris bundan dərhal sonra Dövlət Departamentinə teleqram vuraraq, Kolçaka onun bolşevikləri devirmək yolunda güclü ordu yaratmaq niyyətinə, yardımları gücləndirməyi xahiş edirdi. ABŞ hökuməti Kolçakın maliyyə təminatı və hərbi təchizatı üçün bütün lazımı ölçüləri götürdü. Lakin, öz növbəsində başqa ağ generallara arxalanan və nəhəng əraziləri işğal etmiş Yaponiya Kolçakın Uzaq Şərqdə və Sibirdə güclənməsində maraqlı deyildi. Bununla da qismən onun Kolçaka yardımlarının gecikdirlməsi izah olunur. Yaponlar Kolçaka ancaq onun tərəfindən üç tələbin yerinə yetirilməsi şərti ilə yardım etmək fikrində idilər: 1)Vladivostokun azad liman olmasını elan etməsi; 2) Amur və Sunqari çaylarında azad ticarət etmək və üzmək icazəsi; 3) yaponlara Sibir dəmir yolu üzərində nəzarətin və Çançun - Harbin hissəsinin verilməsi; 4) yaponlara bütün Uzaq Şərqdə balıq tutmaq icazəsinin verilməsi; 5) Yaponiyaya Şimali Saxalinin satılması. 1919-cu ilin yanvarının əvvəlində müttəfiqlər Kolçakla interventlərin və ağ-qavardiyaçıların ordularının hərəkətlərinin koordinasiyası haqqında anlaşdılar. Müttəfiqlər Omska öz nümayəndələrini göndərdilər. Fransız hökuməti Kolçakın yanına qeneral Janeni göndərdilər.
Vasili Kolçak
Vasili Kolçak (17 (29) aprel 1837, Odessa, Xerson quberniyası – 4 (17) aprel 1913, Sankt-Peterburq) —Rusiya hərbçisi, Krım müharibəsi iştirakçısı. == Həyatı == İlyas paşanın nəvəsi ştabs-kapitan Vasili Kolçak Kırım müharibəsində iştirak edir. Sevastopolun (keçmiş adı Aktıyar) müdafiəsində dayanır. 1893-cü ildə general-mayor rütbəsində istefaya çıxır. Əslən kazak olan Olqa İlina adlı qızla evlənir. Gələcəyin admiralı Aleksandr Kolçak onların yeganə oğlu idi. Kolçaka bəlkə də hərb işinə sevgi ulu babası olan türk qalasının rəisi İlyas paşadan keçmişdi. Hər kəs onda şərq qanı qaynadığını xüsusilə göstərirdi. Sonralar isə düşmənləri onun Sibir diktatoru seçilərkən əslən türk olduğunu birdən-birə yada salıb qabardırdılar.
Vitali Kliçko
Vitali Kliçko (19 iyul 1971[…], Belovodsk[d]) — Ağır çəkidə WBC, WB0, WBA versiyaları (nüfuzlu kateqoriya) üzrə üç dəfə dünya çempionu, Ukrayna parlamentinin deputatı. Vitali Kliçko 19 iyul 1971-ci ildə Qırğızıstanın Belovodsk vilayətində anadan olub. Vitali Kliçkonun 1996-cı ildə Pereyaslav-Khmelnitski İnstitutu pedaqoji fakültəsinin məzunu olub. Kiyev Universitetində isə 2000-ci ildə doktorant dərəcəsi alıb. İdmançı karyerasına ilk dəfə 13 yaşında başlayıb. O, idmana ilk addımlarını kikboksinqlə atıb. 6 qat dünya çempionu olan Vitali Kliçko, həmin uğurları iki dəfə həvəskar və 4 dəfə də peşəkar şəkildə təkrarlayıb. Daha sonra özünü boksda sınayan Kliçko çox keçmədən 3 dəfə Ukrayna çempionu olur. Daha sonra ilk dəfə keçirilən "Dünya Ordu Oyunları" turnirində çempion kürsüsünə sahib çıxır. Ardından dünya boks çempionatının gümüş medalı ilə kifayətlənməli oldu.
Glock 17
Glock 17 (Qlok 17) — Glock şirkəti tərəfindən Avstriya ordusu üçün hazırlanmış tapançadır. Cari model həmin şirkət tərəfindən istehsal edilən ilk tapançadır. Əldə edilmiş məhsul uğurlu və rahat olduğu üçün P80 adı ilə Avstriya ordusunun istifadəsinə verilmişdir. Döyüş keyfiyyəti və etibarlılığına görə mülki müdafiə silahı kimi geniş şəkildə istifadə olunur. Fərqli seçimlərdə fərqli güllələr üçün istehsal olunur. 9×19 mm Parabellum, .40 S&W, 10 mm Auto, .357 SIG, .45 ACP və .45 GAP. Tapançanın əsas xüsusiyyəti təhlükəsizlik fitilinin olmamasıdır. Tapançanın əsas hissəsi möhkəm istiyə dözən 200 °C plastikdən hazırlanmışdır. Buna görə də Glock 17 yüngüldür və olduğca möhkəmdir. Glock 17 “götür və atəş aç” prinsipi ilə işləyir, ancaq atəş açmaq üçün tətiyi tam basmaq lazımdır. Cəmi 33 hissədən ibarətdir və ber neçə saniyə ərzində sökülüb yığıla bilər.
Kloto zülalı
Kloto zülalı — β-qlukuronidaza (К.Ф.3.2.1.31 ) bir sıra reseptorlarla qarşılıqlı təsirdə olan, orqanizmin insulunə qarşı həssaslığını tənzim edən transmembran zülaldır. == Kəşf tarixi == Kloto geni ilk dəfə 1997-ci ildə yapon alimləri tərəfindən kəşf edilmiş və yunan mifologiyasında ömrün ipini əyirən mələyin şərəfinə Kloto adlandırılmışdır. Yaşlandıqca orqanizmdə Klotonun miqdarı azalır. Təcrübə heyvanlarında Klotonun miqdarı yüksəldikcə ömrün uzunluğu artır, əksinə nokaut siçanlarda zülalın olmaması qocalmanı sürətləndirir. Aparılan tədqiqatlar göstərir ki, siçan və insanların Klotho zülalında 1014 amin turşusu var. İnsanla siçanın Klotho geni 86% oxşardır. İnsanda bu gen 13-cü xromosomda yerləşir: 5 eqzonu, 4 intronu var. Klotho proteini I tip transmembran zülallara aid edilir. Quruluşuna görə Klotho zülalının N və C terminalı (ucları) var. C terminalı transmembrana bitişikdir.
Mustafa Koçak
Mustafa Koçak (ən tezi 1 yanvar 1992 və ən geci 24 aprel 1993 və ya 1991, bilinmir, Türkiyə – 24 aprel 2020 və ya 28 aprel 2020, İzmir ili və ya İzmir) — Türkiyə siyasi məhbusu idi. 23 sentyabr 2017-ci ildə həbs edildi. Məhkəmədə şahid ifadələri sübut kimi qəbul edilərək ağırlaşdırılmış həbs cəzasına məhkum edildi. Şahid ifadəsinə əsasən "Konstutisyanı pozmaq" ittihamı ilə həbs cəzası alan Koçak, ədalətli mühakimə olunmaq üçün açlığa başladı. Bu, daha sonra açlıq aksiyasına çevrildi. O, aksiyadan 279 gün sonra 24 aprel 2020-ci ildə, İzmir Şakran həbsxanasında 29 kilo ağırlığında öldü. == Həyatı və mübarizəsi == Mustafa 4 uşaqlı işçi təbəqədən olan bir ailənin uşağı idi. Uşaqlığını və gəncliyini ailəsinə kömək məqsədi ilə kərgərlikdən tutmuş səyyar səhər yeməkçisinə qədər müxtəlif işlərdə çalışdı. Koçak 2017-ci il sentyabrın 23-də həbs edildi və 2019-cu il iyulun 11-də İstanbul 27-ci Ağır Cəza Məhkəməsi tərəfindən ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edildi. Koçak qeyri-qanuni təşkilata silah verməkdə ittiham edildi və Konstitusiyanı pozmaqda təqsirli bilindi.
Ümmiyə Koçak
Ümmiyə Koçak-(1 mart 1957) Türk aktrisa, yazıçı, əkinçi və rejissor. == Həyatı == 1 mart 1957-ci ildə Adana-nın Çelemli kəndində anadan olan Ümmiye Koçak, oxumaq istəməsinə baxmayaraq ailədə 10 uşaq olduqları üçün ibtidai sinifdən sonra məktəbə göndərilmədi. İbtidai məktəbi bitirdikdən sonra Ümmiye Koçak oxuduğu kitablarla özünü yaxşılaşdırdı. İlk oxuduğu kitab Maksim Gorkinin "Ana" adlı əsəri oldu. Evləndikdən sonra Mersinin Arslanköy şəhərinə köçən Koçak, 2001-ci ildə kənd qadınlarının yaşadıqlarını dünyaya göstərmək üçün "Arslanköy Qadın Teatr Qrupu" nu qurdu. Ansamblın səhnəyə qoyduğu ilk oyun Remzi Özçelikin "Taş Bademleri" pyesi oldu. Daha sonra qrup öz hekayələrindən ibarət bir tamaşa düzəldərək "Qadın sədası" tamaşasını səhnəyə çıxardı. Ümmiye Koçak 2006-cı ildə Sabancı Beynəlxalq Adana Teatr Festivalında "Həsrət Çiçəklər" pyesi ilə çıxış etdi. Koçak daha sonra tarlalarda işləyərək qazandığı pula qənaət edərək qadınlara qarşı zorakılıq problemindən bəhs edən "Yün Körpəsi" filmini yazdı və rejissorluq etdi. Ümmiye Koçak 49-cu Antalya Qızıl Portağal Film Festivalında premyerası olan "Yün Körpəsi" filmi ilə New York Avrasiya Film Festivalında "Sinemada Ən Yaxşı Avrasiyalı Qadın Sənətçi" mükafatını qazandı.2017-ci ildə Kristiano Ronaldo-nun oynadığı Türk Telekom reklamının rejissorluğunu etdi.
Flock (mesajlaşma xidməti)
Flock — özəl mesajlaşma və əməkdaşlıq vasitəsi. 2014-cü ildə texnoloji sahibkar Bhavin Turaxiya tərəfindən təsis edilmişdir. Proqram "Windows", "MacOS", "Android", "iOS" və brauzer sistemlərində mövcuddur. "Flock" istifadəçilərə "Flock App Store"dan xarici tətbiqləri və inteqrasiyaları konfiqurasiya etməyə və birbaşa "Flock"da bildirişlər və yeniləmələri qəbul etməyə imkan verir. Flock bir "freemium" qiymət modelində işləyir. Tətbiq 2014-cü ildə istifadəyə verilmişdir. == Doğma applikasiyalar == "Flock" aşağıdakı kimi biznes applikasiyaları ilə əvvəlcədən quraşdırılmışdır: Poll app Shared To-dos Mailcast Code snippet sharing Reminders Note sharing My Favourites == API == "Flock" özünün üstündə proqramlar, botlar və fərdi inteqrasiyalar yaratmaq məqsədilə tərtibatçılar üçün "FlockOS" platformasını təqdim etmişdir. "Flock" tərtibatçılara "FlockOS"un imkanlarından istifadə edərək innovativ proqramlar yaratmağa kömək etmək üçün müntəzəm hakatonlar keçirir. == App Store == Flock istifadəçilərə Flock App Store-dan xarici tətbiqləri və xidmətləri inteqrasiya etməyə imkan verir. Bəzi ümumi tətbiqlərə "Google Drive", "Google Analytics", "Trello", "GitHub", "Twitter" və "Mailchimp" daxildir.
Konur Alp Koçak
Konur Alp Koçak (20 iyun 1983, Karaman ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Konur Alp Koçak 1983-cü ildə Karaman ilində anadan olub. Boğaziçi Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Bölməsindən və həmin universitetin Tarix Bölməsindən məzun olub. 2006-2007-ci illərdə Yaponiyanın Keio Universitetində təhsil alıb. 2010-cu ildə Ankara Universitetində beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi alıb. Birləşmiş Ştatların Corctaun Universitetinin Dövlət İşləri İnstitutunda hüquq üzrə altı ay təlim alıb. TBMM Araşdırma şöbəsində hüquq üzrə mütəxəssis vəzifəsində çalışıb. 2014-2016-cı illərdə Brüsseldə Avropa Parlamenti Araşdırma İnstitutunun (EPRS) Xarici əlaqələr bölməsində siyasi şərhçi vəzifəsində, 2019-2023-cü illərdə isə TBMM Xarici əlaqələr üzrə sədr müavini vəzifəsində çalışıb. Siyasi Sosial Strateji Araşdırmalar Vəqfinin (TASAV) qurucularından olub. TÜRKGÜN qəzetində məqalələri dərc olunub.
Look Sharp!
Look Sharp! – İsveçin Roxette pop-qrupunun ikinci albomudur. Stokholmun EMI Studiosda 1988-ci ilin mart-avqust aylarında və Londonun Trident II Studiosda 1988-ci ilin iiyun ayında yazılıb. Dünyada albomun 9 millyon nüsxəsi satılıb.
Num Lock klavişi
Num Lock klavişi (ing. Num Lock key və ya ing. Numeric Lock key) — kompüterlərin klaviaturasında olan, rəqəm klaviaturasının ədədlərin daxil edilməsi və kursorun idarəolunması rejimləri arasında keçidi təmin edən düymə. Qoşulduqda rəqəm klavişləri ədələri daxil etmək üçün istifadə olunur, söndürüldükdə isə kursoru idarə etmək üçün.
I Look I See
I Look I See — Yusuf İslamın 2003-cü ildı çıxardığı albom.
Look Away (Darude mahnısı)
Look Away (azərb. Üz döndər‎) — Finlandiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Darude və Sebastian Reyman "Look Away" mahnısı ilə Finlandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil edəcək. Mahnı Sebastian Reyman və Villa Vertanen (Darude) tərəfindən bəstələnmişdir.