Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klinika
Klinika termini aşağıdakıları izah edir: Klinika və ya müalicəxana — xəstələrin stasionar müalicəsi ilə yanaşı tədris və elmi iş də aparılan müalicə müəssisəsi. Hüquq klinikası — ödənişsiz hüquqi xidmətlər göstərilən müəssisə. Klinika (diaqnostika) — müəyyən xəstəliklər üçün xarakterik olan klinik simptomlar və xəstənin şikayətləri kompleksi. Onun əsasında ilkin və ya son diaqnoz vermək olur.
Kubinka
Kubinka — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Atde Luznika
Atde Luznika (22 yanvar 1977) — Kosovolu oxatan. Atde Luznika Kosovonu 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Atde Luznika birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 202-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Bardhul Luznika
Bardhul Luznika (21 may 1971) — Kosovolu oxatan. Bardhul Luznika Kosovonu 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Bardhul Luznika birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 193-cü yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Kubinka Tank Muzeyi
Kubinka Tank Muzeyi (rus. Центральный музей бронетанкового вооружения и техники, Ro: Tsentralni muzey bronetankovogo voorujeniya i tehniki) — Rusiyanın Kubinka şəhərində yerləşən bir müharibə muzeyidir. Muzey 1978-ci ildə yaradılıb və orada 14 ölkədən 350-dən çox tank, zirehli döyüş avtomobilləri və onlar haqqında məlumatlar nümayiş etdirilir və sərgilənir. Muzey XX və XXI əsrlərdə (1917-ci ildən bu günə qədər) istehsal edilmiş bir çox məşhur tank və zirehli texnikanın açıq havada və qapalı yerdə daimi sərgilərindən ibarətdir. Burada həm də çox az nümunəsi olan bir çox unikal, qeyri-adi və bənzərsiz hərbi texnikalar yerləşdirilmiş və nümayiş etdirilir. Belə hərbi texnikalar sırasına Hitler Almaniyasının Panzer VIII Maus super ağır tankı, Karl-Gerät ağır özüyeriyən artilleriyası, SSRİ-nin Troyanovun Object 279 Kotin ağır tankı, Object 120 Su-152 "Taran" tank qatili kimi nadir və ya məhdud sayda istehsal edilmiş prototiplər daxildir. == Haqqında == Kubinka Tank Muzeyi tarixən "təsnif edilmiş" Qırmızı Ordunun zireh sınaq obyektində yerləşir. Muzeydəki ekspozisiyalarının əksəriyyəti hələ də fəaliyyət göstərən Kubinka zireh sınaqları və testləri poliqonunun tədqiqat kolleksiyasından əldə edilmişdir. Soyuq müharibə dövrünün Qərb tanklarının əksəriyyəti (ABŞ və ya Qərbi Avropadan) Yaxın Şərq, Afrika, Vyetnam və Latın Amerikasındakı döyüşlərdə ələ keçirilmiş olan döyüş kubokları idi və bunların hamısı onların hər birinin güclü və zəif tərəflərini diqqətlə öyrənmək və onların hər birini diqqətlə tədqiq etmək üçün Kubinkadakı zireh sınaq müəssisəsinə göndərilirdi. Gizli tarixi və hərbçilərlə sıx əlaqəsi sayəsində muzey bu gün də tamamilə Rusiya Ordusunun şəxsi heyəti tərəfindən idarə edilir.