Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Komarno
Komarno (slovak. Komárno, alm. Komorn‎, mac. Komárom) — Slovakiyanın cənub-qərbində, Jitnıy adasında, Dunay çayının sahilində yerləşən şəhər. Nitra bölgəsində yerləşir. Əhalisi 37 min nəfərdir. Şəhər əhalisinin çoxunu macarlar (60,1 %) təşkil edir. == Əhali == 2001-ci ilə əhalinin etnik mənsubiyyəti belə idi: 60,09% di macarlar 34,68% di slovaklar 1,23% di roma 0,98% di çexlər === Əhali sayının dəyişilməsi === mənbə == Partnerské mestá == Blansko, Çexiya Komarom, Macarıstan Kralupy nad Vltavou, Çexiya Lieto, Finlandiya Sebeş, Rumıniya Terezin, Çexiya Weissenfels, Almaniya == Tanınmış Komarnolular == Frans Leqar, burada 1870-ci ildə anadan olmuşdu. Ladislav Postum, burada 1440-cı ildə anadan olmuşdu. Ayvan Raytman, burada 1946-cı ildə anadan olmuşdu.
Kovasna
Kovasna (şəhər) — Rumıniyada şəhər.
Kivano
Kivano (lat. Cucumis metulifer) — meyvə növü. Kivano meyvəsi Avropa, Şimali Amerika, Mərkəzi və Cənubi Afrikada geniş yayılıb. Bu meyvə qeyri-adi görünüşə malikdir. Belə ki, onun səthi qorxulu tikanlarla örtülüb. İçərisində isə yaşıl maye yığılıb. Dadı banan, kivi və limonun qarışığına bənzəsə də, meyvədən yemiş ətri gəlir.
Kovasna (judets)
Kovasna judetsi (rum. Judeţul Covasna Rumınca tələffüz: [koˈvasna], mac. Kovászna) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 223 364 nəfər təşkil edirdi, sıxlığı — 103,73 nəf./km². 2002-ci ildə etnik tərkibi: macarlar — 73,8 % (164 158 nəf.) rumınlar — 23,3 % (51 790 nəf.) qaraçılar — 2,7 % (5973 nəf.)2011-ci ildə etnik tərkibi: macarlar — 73,74 % (150 468 nəf.) rumınlar — 22,02 % (45 021 nəf.) qaraçılar — 4,05 % (8267 nəf.) başqaları — 0,19 % == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 3 şəhər və 40 kommuna daxildir. === Bələdiyyə === Sfıntu-Qeorqe (rum. Sfântu Gheorghe), Şepşisentdyord (mac. Sepsiszentgyörgy) Tırqu-Sekuesk (rum. Târgu Secuiesc), Kezdivaşarxey (mac. Kézdivásárhely) === Şəhərlər === Baraolt (mac.
Kovasna (şəhər)
Kovasna (Rumınca tələffüz: [koˈvasna] ( dinlə); mac. Kovászna;alm. Kowasna‎)- Rumıniyanın Kovasna judetsində şəhər. Şəhər öz mineral suları və mofetləri ilə məşhurlaşmışdır. Şəhərin tabeliyində sadəcə Çiurus (mac. Csomakőrös) kəndi var. Kəndin əhalisi 451 nəfərdir və əksəriyyəti Sekel-Macarlardır. == Tarixi == 1567 - Sənədlərdə ilk dəfə adı çəkilib. 1880 - Bu tarixdən etibarən Kovasna sağlamlıq mərkəzi kimi inkişaf edib. 1952 - Kovasna şəhərə çevrilib.
Lokarno sazişləri
Fransa Ruru işğal etdikdən sonra Avropada təhlükəsizlik üçün etibarlı təminat yaradılması məsələsi böyük dövlətlər arasında müzakirə obyektinə çevrildi. Fransanın beynəlxalq mövqeləri getdikcə zəifləyirdi. Onun mövqelərinə təsir edən məsələlərdən biri də Fransanın Suriyada yerli əhaliyə qarşı apardığı hərbi əməliyyatlar idi. 1925-ci ildə Millətlər Cəmiyyətinin Mosul rayonunu İraqa verməsi Türkiyə tərəfindən böyük narazılıqla qarşılandı. Belə bir şəraitdə təminat qərarının imzalanması məsələsi böyük zərurətə çevrildi. Təminat məsələsinə həsr edilmiş Lokarno konfransı 1925-ci il oktyabrın 5-16-da keçirildi. Konfransda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Polşa və Çexoslovakiya nümayəndələri iştirak edirdi. Konfransın sədri Nevill Çemberlen idi. Lokarno konfransı aşağıdakı sənədləri qəbul etdi: Konfransın yekun aktı; Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında təminat müqaviləsi və ya Reyn paktı; Almaniya ilə ayrı-ayrılıqda Belçika, Fransa, Polşa və Çexoslovakiya arasında arbitraj müqaviləsi; Fransa ilə Polşa arasında saziş; Fransa ilə Çexoslovakiya arasında saziş.Reyn təminat paktını imzalayan dövlətlər Versal sülh müqaviləsi ilə müəyyən olunmuş ərazilərdə status-kvoya hörmət edəcəklərini bildirərək, bir-birlərinə qarşı müharibələrdən imtina etmək və sərhədlərinin toxunulmazlığına dair öhdəlik götürürdülər. İngiltərə və İtaliya arbitraj sazişlərinin təminatçıları oldular.
Cunci Kavano
Cunci Kavano (d. 11 iyul 1945) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kerri Kavano
Kerri Kavano — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Yuiçi Komano
Yuiçi Komano (d. 25 iyul 1981) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 78 oyun keçirib, 1 qol vurub.
Cessi Roberta Kovan
Rita Taketsuru (竹鶴リタ, 14 dekabr 1896, Kirkintillox – 17 yanvar 1961, Yoiçi[d]) və ya əsl adı ilə Cessi Roberta Kovan – şotlandəsilli yaponiyalı iş qadını. O, "Yaponiya viskisinin anası" hesab olunur. == İlk illəri == Cessi Roberta Kovan 1896-cı ildə Şotlandiyanın Kirkintillox şəhərində həkim ailəsində doğulmuşdur. Onun İzabella və Luci adında iki bacısı, Kambell adlı bir qardaşı olmuşdur. Cessinin nişanlısı Birinci dünya müharibəsi zamanı Dəməşqdə öldürülmüş, atası isə 1918-ci ildə ürək tutmasından ölmüşdür. Buna görə müharibədən sonra ailə maddi problemlər yaşamağa başlamışdır. == Yaponiya == 1918-ci ildə onun ailəsinə qonaq olan və Şotlandiyaya viski sənayesini öyrənmək üçün gəlmiş yapon kimyaçı Masataka Taketsuru ilə tanış olmuşdur. Onlar 8 yanvar 1920-ci ildə Qlazqo şəhərində evlənmişdirlər. Cessi özünə Rita adını götürmüşdür.Evlilikdən 10 ay sonra onlar Yaponiyaya köçmüş və viski sənayesi ilə məşğul olmağa qərar vermişdirlər. O, ərinə "Nikka Whisky" şirkətini yaratmaqda və 1940-cı ildə Yaponiyada ilk viskisinin hazırlanmasında böyük dəstək göstərmişdir.
Korno-Qrande dağı
Korno-Qrande (it. Corno Grande — «böyük buynuz») dağı- İtaliyada dağ. == Coğrafiyası == Mərkəzi İtaliyada dağ olub, Appenin sıra dağlarının bir hissəsidir. O Abruçço regionunda, Qran-Sasso massivində yerləşir. Onun hündürlüyü-2912 m-dir. Bu zirvə alpinistlərin marağında olan bir yerdir ki, tez-tez burada müxtəlif yüksəlişlər müşahidə edilir ki, onlardan birincisi 1573-cü ildə baş vermişdir. Avropanın ən cənubunda olan Kalderone bu dağdadır.