Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maqdalena Kojena
Maqdalena Kojena (çex. Magdalena Kožená 26 may 1973[…], Brno) — Çex əsilli müğənnisi (Mezzo-soprano) == Bioqrafiyası == Ziyalı alim ailəsində anadan olub (atası riyaziyyatçı, anası bioloqdur). Valideynlərinin hər ikisi Boxemiyadan idi. Atası on bir yaşında ikən dünyasını dəyişir. Əvvəlcə fortepianodan təhsil alır, lakin altı yaşında bir qolu sındıqdan sonra Brno Filarmoniya Orkestrinin uşaq xoruna daxil olaraq müğənnilik etməyə başlayır. Daha sonra Kojena Neva Meqova və Yirji Peşa ilə Brno Konservatoriyasında, Eva Blaxova ilə Bratislava Ali Musiqi Məktəbində (1995-ci ildə bitirmişdir) oxuyur. Elə həmin il Zalsburq festivalının laureatı seçilir. 1996-1997-ci illərdə Vyana Xalq Opera evinin solisti olur. "Adi" klassik-romantik repertuardan əlavə Kojena barokko ("orijinal") tərzdə də işləyir. Con Eliot Qardiner ilə Bax cantatalarının yubileyi dövründə (2000) fəal əməkdaşlıq etmişdir.
Spiraea koreana
Yapon topulqası (lat. Spiraea japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada, Çində, Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 metrdən çox olan koldur. Kolların təbii forması müxtəlifdir — piramidal, düzdayanan, sallaq, sürünən, yarımşarşəkilli formalarına rast gəlinir. Topulqaların müxtəlif növləri yarpaqların forması və rəngi ilə fərqlənir. Bir çox sortları payızda parlaq yaşıl rəngini parlaq qırmızı, narıncı və ya sarı rəngə dəyişir. İyunun axırları topulqa çiçəkləyir və payızın axırlarınadək bu gözəllik qalır. Topulqanın cavan zoğları keçəli tükcüklüdür, sonradan çılpaqlaşır və budaqları tamam hamar olur. == Ekologiyası == Temperatur dəyişkənliyini yaxşı keçirir, torpağın keyfiyyətinə tələbkar deyil və zəif şaxtalara davamlıdır.
Berberis koreana
Koreya zirinci (lat. Berberis koreana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Koreyada geniş əraziləri əhatə edir. == Botaniki təsviri == Boyu 1,5 m olan koldur. Budaqları düz, tünd-qonur, qısa, tək iynəlidir. Cavan budaqları yaşıldır. Çətiri tikanlıdır. Yarpaqları iri, çox möhkəm, yarımdərili, yumurtaşəkilli, kənarları xırda dişli, uzunluğu 7 sm-ə qədər, bir az qırışlı, tünd-yaşıl rənglidir. Payızda qırmızı rəngdə olurlar. İyunun əvvəlində sarı rəngli çiçəklər açır.
Bojena Nemtsova
Bojena Nemtsova (çex. Božena Němcová) — çex yazıçısı. == Həyatı == Bojena Nemtsova 1820-ci ildə Vyanada anadan olmuşdur. Onun atası varlı bir dvoryan malikanəsində mehtər, anası isə Ratiborjitsada, hersogina Saqanın malikanəsində qulluqçu idi. O, ancaq ibtidai təhsil ala bilmişdir. Bojena Nemtsova öz üzərində müstəqil çalışmaq yolu ilə ədəbi biliyini mükəmməlləşdirmişdir.Bojena Nemtsova 17 yaşında kiçik çinovnikə ərə getmiş, dörd övladı olmuşdur. O, bir müddət əri ilə Kosteletsədə yaşamışdır. Həyat yoldaşının tez-tez iş yerini dəyişməsi ilə əlaqədar ölkənin bütün yerlərini gəzməli olmuşdur.Onun yaradıcılığında tərbiyə və maarif məsələləri xüsusi yer tutur.Bojena Nemtsova ömrü boyu maddi ehtiyac içərisində yaşamışdır. Ömrürünün axırıncı on ili yazıçı üçün xüsusilə ağır keçmişdir. 1850-ci ildə Bojena Nemtsovanı şübhəli şəxs hesab etdikləri üçün onun ərini işdən kənar edirlər.
Mariya Koleva
Mariya Koleva (10 avqust 1977) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Mariya Koleva Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Cucumis conomon var. koreana
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Spiraea koreana var. macrogyna
Yapon topulqası (lat. Spiraea japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada, Çində, Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 metrdən çox olan koldur. Kolların təbii forması müxtəlifdir — piramidal, düzdayanan, sallaq, sürünən, yarımşarşəkilli formalarına rast gəlinir. Topulqaların müxtəlif növləri yarpaqların forması və rəngi ilə fərqlənir. Bir çox sortları payızda parlaq yaşıl rəngini parlaq qırmızı, narıncı və ya sarı rəngə dəyişir. İyunun axırları topulqa çiçəkləyir və payızın axırlarınadək bu gözəllik qalır. Topulqanın cavan zoğları keçəli tükcüklüdür, sonradan çılpaqlaşır və budaqları tamam hamar olur. == Ekologiyası == Temperatur dəyişkənliyini yaxşı keçirir, torpağın keyfiyyətinə tələbkar deyil və zəif şaxtalara davamlıdır.
Spiraea koreana var. rosea