QƏHVƏXANA

сущ. кофейня; устар. кафе
QƏHVƏDAN
QƏHVƏLİ
OBASTAN VİKİ
Qəhvəxana
Qəhvəxana — müştərilərinə əsasən qəhvə və digər isti içkilər təklif edən iaşə obyekti. Mədəni baxımdan qəhvəxanalar əsasən sosial qarşılıqlı əlaqə mərkəzləri kimi xidmət edirlər: qəhvəxana,sosial üzvlərinin fərdi və ya iki və ya üç nəfər kiçik qruplarlarda görüşüb danışma, yazma, oxuma, bir-birlərini əyləndirmə və ya vaxt keçirtmə yerlərini təmin edir. Qəhvəxana müntəzəm üzvləri üçün rəsmi klub kimi xidmət edir.
Osmanlı qəhvəxanası
Osmanlı qəhvəxanası və ya Osmanlı qəhvə evi — Qəhvə və çaydan əlavə müxtəlif sərinləşdirici içkilərin və qəlyan kimi tütün məmulatlarının təqdim olunduğu, stolüstü oyunların oynanıldığı, söhbətlərin və bir çox müxtəlif fəaliyyətlərin keçirildiyi məkandır. Kafe və barlardan fərqli olaraq, belə məkanlarda yeməklər ümumiyyətlə təqdim edilmir və spirtli içkilərdə xüsusi üstünlük təşkil etmir. Xüsusilə müsəlman cəmiyyətlərində qəhvəxanalar kifayət qədər geniş bir formada yayılmışdır. XVI əsrdən bəri qəhvəxana Yaxın Şərq ölkələrində kişilərin yığışdığı, kofe kimi içkilər içdiyi, söhbət etdiyi, kitab oxuduğu və müxtəlif stolüstü oyunlar oynadığı yerlərdən biri olmuşdur. Qəhvəxanalar həm də bəzi ədəbi, siyasi və bədii formalaşmaların doğulmasına da yol açmışdır; Onlar həm də sosial problemlərin müzakirə olunduğu mədəniyyət məkanı kimi fəaliyyət göstərirdilər və bu səbəbdən onları “söhbətxana” və ya “qiraətxana” da adlandırırdılar. Qəhvə sözü türkcəyə ərəbcədəki مقهى (qəhvə) sözündən gəlmişdir. Bu sözün ilkin mənşəyinin isə Efiopiyanın Kaffa regionundan götürüldüyü düşünülür. Xana (ev) sözü isə fars mənşəlidir. Osmanlı tarixçisi İbrahim Peçevinin qeydlərinə görə, İstanbulda ilk kafe açıldıqdan sonra bu söz bir çox dildə formasını dəyişdirərək işlədilmişdir: fransızca, portuqalca: café, ispanca: cafetería və ya café; İtalyanca: caffè, almanca: café və s.

Значение слова в других словарях