Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kozloduy buxtası
Kozloduy buxtası (bolq. залив Козлодуй, ‘Zaliv Kozloduy’ \'za-liv ko-zlo-'duy\) — 1.4 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən 1.25 km şərqdə yerləşmişdir. Kitçen burnu ilə Perelik burnu arasında yerləşmişdir. Buxta şimal-qərbi Bolqarıstanda yerləşən Kozloduy şəhərinin adını daşıyır. == Yerləşməsi == Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands. Scale 1:120000 topographic map. Troyan: Manfred Wörner Foundation, 2009. ISBN 978-954-92032-6-4 (Updated second edition 2010.
Andrey Kozlov
Andrey Kozlov (rus. Андрей Козлов; d. 25 dekabr 1960, Luqansk, Ukrayna SSR, SSRİ) — rusiyalı teleaparıcı, rejissor və prodüser. "Nə? Harada? Nə zaman?" elitar klubunun magistrı. "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının prezidenti. "İqra-TV" telekanalının baş direktorunun baş prodüseri və birinci müavini.
Kozlov adası
Kozlov adası — Yapon dənizində, Böyük Pyotr körfəzində yerləşən ada. Popov adasında yerləşən Alekseev burnundan 2,3 km, Reyneke adasından 2,2 km şimal-qərbdə, Vladivostokdan 26 km cənub-qərbdə yerləşir. == Tarixi == Ada V. Babkinin ekspedisiyası 1862–1863-cü illərdə araşdırılmışdır. 1885-ci ildə A. Malsev tərəfindən yenidən araşdırılır. Kozlov adasının maksimal hündürlüyü 40,2 metrdir. Sahilləri yüksək, qayalı və sıldırımlıdır. Ərazisi ot və kol bitkiləri ilə örtülüdür. Adadan cənub-qərbdə bir qaya yerləşir. Şimaldan cənuba doğru uzunluğu 540 m, maksimal eni isə 140 metrdir. Şərq sahilləri daha sıldırımlıdır.
Sergey Kozlov
Sergey Kozlov (yazıçı)
Ana Koloviç Lesoska
Ana Koloviç Lesoska (1980, Skopye) — 2011-ci ildən bəri nəsli kəsilməkdə olan Balkan vaşaqı da daxil olmaqla, nəsli kəsilməkdə olan növlərin qorunması üçün Mavrovski Milli Parkında hidroelektrik enerjisi üçün bəndlərin inşasına qarşı çıxan bir makedoniyalı bioloq. O, Şimali Makedoniya hökumətini milli parkda daha bənd tikintisini dayandırmağa razı salmağı bacarmış, bu da Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) kreditlərin vereilməsinin dayandırılmasına səbəb olmuşdur. Biyoloq Ana Koloviç Lesoska 2010-cu ildə Mavrovoda su elektrik stansiyalarının inşası planlarını öyrənir. Bunlara 33 metr hündürlüyündə Başkov-Most və 70 metr hündürlüyündə Lukovo-Polyus bəndinin inşası daxil olduğunu müəyyən edir. "Eko-Svest" Makedoniya Ətraf Tədqiqat Mərkəzinin icraçı direktoru olaraq, digər qeyri-hökumət təşkilatları və fəalları ilə əməkdaşlıq edərək "Mavrovonu Xilas et" kampaniyasını başladır. 2011-ci ilin noyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankına, Başkov-Most layihəsi üçün lazımi ekoloji qiymətləndirmədən borc təsdiq etdiklərini izah edərək şikayət verdir. AYİB-ın direktorlar şurasında təmsilçiləri olan ölkələrin səfirlərini maliyyələşməyə son qoymağa çağırır. Lesoska, hökuməti AYİB və Dünya Bankını layihələri bağlamağa çağıran bir vəsatət qaldırır və təxminən 100.000 imza toplayır. 2013-cü ildə Ana Kolovic, Avropadakı vəhşi yaşamın və təbii yaşayış yerlərinin qorunması haqqında Bern Konvensiyasına şikayət edərək, Boskov-Most hidroelektrik layihəsinin "vaşaqın varlığına mənfi təsir göstərə biləcəyini" izah edir. 2015-ci ilin dekabrında Bern Konvensiyası AYİB və Dünya Bankını maliyyələşdirməni dayandırması haqqınnda təzyiq edir.
Sergey Kozlov (dövlət xadimi)
Kozlov Sergey Vasilyeviç (rus. Козлов Сергей Васильевич; 10 aprel 1923, Treskino[d], Saratov quberniyası[d] – 12 noyabr 2000, Moskva) — SSRİ partiya xadimi, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1947). 22 may 1968-ci ildən 20 aprel 1977-ci ilə qədər Azərbaycan Kommunist Partiyasının ikinci katibi vəzifəsində işləmiş və Azərbaycan KP MK bürosunun üzvü olmuşdur. Azərbaycan Kommunist Partiyalarının MK-nın ikinci katibləri böyük səlahiyyətlərə malik idilər. Onlar Sovet İttifaqı Kommunist Partiyası MK-nın nomenklaturası olaraq birbaşa Kremlə tabe idilər və respublika haqqında Moskvanı məlumatlandırıb, oradan göstərişlər alırdılar. Bundan əlavə onlar respublikalarda bütün İnzibati orqanların fəaliyyətini idarə edirdilər.